Əmlak alanlar kəskin azalıb: Bazarda “durğunluq dövrü” - NƏ BAŞ VERİR?Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 177 664 daşınmaz əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 % azdır. Yarım illik göstəricinin 27 707-si (15,6 %-i) ilkin, 149 957-si isə (84,4 %-i) isə təkrar qeydiyyatın payına düşür. Qeydiyyatı aparılan əmlaklardan 27 695-i fərdi yaşayış və bağ evi, 39 388-i mənzil, 104 580-i torpaq sahəsi, 1 586-sı qeyri-yaşayış binası, 4 017-si qeyri-yaşayış sahəsi, 376-sı əmlak kompleksi, 22-si isə çoxmərtəbəli yaşayış binasıdır. Bunların 45 513-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür. Hesabat dövründə 132 115 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə 1 il əvvələ nisbətən 39,4 % azdır. İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 9,95 % azalaraq 35 203 olub.

Qeyd edək ki, son illər sənədsiz evlərə çıxarışların (“kupça”) veriləcəyi aktualdır və 500 minə yaxın mənzilə şamil olunacağı istisna edilmir. Hazırda isə proses əksinə gedir. Daşınmaz əmlak üzərində mülkiyyət hüquqununun dövlət qeydiyyatına alınmasındakı azalmaya səbəb nədir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe info”-ya bildirib ki, mülkiyyət hüququnun qeydiyyatı çıxarışın verilməsidir:

“Mülklərin qeydə alınması ilkin və təkrar qeydiyyatdan asılıdır. Birincisi, ilkin qeydiyyat var ki, vətəndaşın torpaq sahəsi və ya fərdi həyət evi var, bununla bağlı çıxarış alır. Bu, ilkin qeydiyyatdır. Dövlət Xidmətinin qeyd etdiyi rəqəmlərə gəldikdə isə ilkin qeydiyyatdan söhbət getmir. Çıxarışsız fərdi həyət evləri və torpaq sahələri olduğu kimi qalır. Təkrar alqı-satqılar var ki, burada çıxarışsız, notarial qaydada vətəndaş əmlakı bir başqasına satır, həmin şəxs yenidən öz adına müraciət edib çıxarış alır. Artıq 2023-cü ilin oktyabr ayından bu günə kimi ölkənin, xüsusilə də paytaxt Bakı şəhərinin əmlak bazarında ciddi durğunluq var. Alıcı kütləsi həddindən çox azalıb. Alıcı kütləsinin azalması da həmin qeydiyyatlılarla bağlı rəqəmləri azaldır”.

Ekspert vurğulayıb ki, burada söhbət sənədsiz evlərin sənədləşdirilməsi prosesindən getmir, təkrar alqı-satqılardan gedir:

“Yəni təkrar alqı-satqıdan sonra əmlakına çıxarış alan vətəndaşların sayı azalıb. Əmlak bazarındakı durğunluq səbəbindən də həmin qeydiyyata alınma məsələlərində belə yubanmalar baş verir”.
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Xəbər lenti