Gəlir gətirəcək SAHƏLƏR - Azərbaycanda nəyə yatırım etmək daha QAZANCLIDIR?

Müxtəlif növ yatırım növləri var. Azərbaycanda ən çox yayılan yatırım növü daşınmaz əmlak, biznes və qızıldır. Qızıla yatırım etmək adəti keçmiş dövrlərdən bu günə qədər aktivdir. Bir çoxları qızıla yatırımın gəlirli olduğunu düşünsə də, bəziləri bunu sadəcə pulunu saxlamaq üçün edir. 

Bəs daşınmaz əmlaka yatırım nə qədər qazanclıdır?

Ekspert Nəcəf Allahverdiyev Bizim.Media-ya açıqlamasında yatırımın növlərindən danışıb. O, deyib ki, investisiyanın uğurlu olması insanların niyyətlərindən asılıdır:

“Yatırımı niyə istədiklərinə bağlıdır. Yatırımın fərqli formaları var. Bu formaların hər birinin əsas iki hədəfi olur. Birinci hədəf əldə olan  pulları saxlamaq, ikinci isə əldə olan pullardan daha çox qazanc əldə etməkdir. Yatırımdan nə qədər çox qazanc əldə etmək istənilirsə, bir o qədər risklər artır. Əksər hallarda daşınmaz əmlaka edilən yatırım özü-özlüyündə pulun saxlanması baxımından yaxşı investisiya sayılır”. 

Qızıla yatırım...

Nəcəf Allahverdiyev deyir ki, qızıla yatırımla qazanc əldə etmək olmur:

“Qızılın son  dövrlərdə qalxmaq tendensiyası var. Müsbət cəhəti odur ki, fors-major hallar üçün qızıl əlverişlidir, çünki satmaq çox rahatdır. Qızıla qoyulan investisiyanın çatışmayan cəhəti ondan ibarətdir ki, qızılın qiyməti qalxsa da, sadəcə olaraq sizi inflyasiyadan qorumuş olur. Məsələn, əgər siz bu gün bəlli bir məbləğə qızıl alırsızsa, qızılın qiyməti qalxdıqdan sonra siz həmin miqdar qızılı aldığınızdan daha baha sata bilərsiz. Amma nəzərə alın ki, ümumiyyətlə qiymətlər qalxıb və həmin məbləğ faktiki olaraq sizə gəlir gətirmiş olmur. Sadəcə sizi inflyasiyadan qoruyur”. 

15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Xəbər lenti