|
Qızılın bir unsiyası 1300,04 dollara çatıb.
Axar.az xəbər verir ki, buna səbəb müdafiə aktivlərinə tələbatın güclənməsi olub. Belə ki, iqtisadi artımın zəifləməsi və dünya bazarlarında səhmlərin düşməsi investorların qızıl və digər dəyərli metallara marağını artırıb.
Qeyd edək ki, qızıl sonuncu dəfə bu qiymətə 2018-ci ilin iyununda qalxıb.