Rusiya Ermənistana satdığı qazın qiymətini 150 dollardan 165 dollara qaldırıb. Bu, Ermənistana illik nə qədər əlavə ödənişə məcbur edəcək?

 

Məsələ ilə bağlı Axar.az-a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Rusiya Ermənistana ildə ortalama 2 milyard kub metr qaz satır.

“Bu rəqəm faktiki olaraq, neçə ildir dəyişmir. Əgər hər min kub/metrə görə qazın qiyməti 15 dollar artıbsa, ötən illə müqayisədə bu il Rusiyanın Ermənistandan alacağı pul 30 milyon dollar artıq olacaq.

Amma bir məsələ var ki, “Qazprom” o qazı “Qazprom Armenia” şirkətinə satır, Ermənistan hökumətinə yox. Qazın alış qiymətinin 10% qalxmasının daxilə təsir etməməsinin səbəbi isə şirkətin biznesin optimallaşdırılması siyasətini həyata keçirməsidir”.

İ.Şaban Rusiya qazının bahalaşması səbəbindən Ermənistanın İran qazına meyillənməsi ehtimalına da aydınlıq gətirib:

“İran Ermənistana heç vaxt qazı pul ilə satmır. İranın Ermənistana qaz satışı gündəlik 1 milyon kub metrdir. Yəni illik təqribən 365 milyon kub metr, bu il isə bu rəqəmin 400 milyon kub metrə çatması gözlənilir. Bir kub metr qazın əvəzində İran Ermənistandan 3 k/saat elektrik enerjisi alır. Bu barter yolu ilə iki ölkənin hökumətlərarası sazişi əsasında həyata keçirilən enerji mübadiləsidir. Ermənistan İrandan aldığı qazı Razdan İstilik Elektrik Stansiyasında elektrik enerjisinə çevirir, 2 k/saatını özünə götürür, 3 k/saatını isə İrana verir. Bu, Ermənistan üçün sərfəlidir. İran isə Ermənistandan aldığı elektrik enerjisini özünün şimal əyalətlərində istifadə edir”.

İ.Şaban İranın Ermənistana qaz satışı ilə bağlı güzəştə gedib-getməyəcəyinə də münasibət bildirib:

“İranla Ermənistan arasında 1 qaz kəməri mövcuddur. Onlar təqribən 5 ildir ki, 1 milyard kub metrə qədər qaz həcmlərini artırmaq imkanlarını müzakirə edirlər. Hətta birinci müqavilə imzalananda qazın həcminin artırılması ilə bağlı bənd də bu müqavilədə öz əksini tapmışdı. Ancaq İran qazı bahalı olduğu üçün Ermənistan bunu ala bilmir. Yəni İranın qazı Ermənistan üçün ucuz deyil. Ermənistan İrandan aldığı qazı heç vaxt istehsal və yaxud əhalinin təlabatını ödəmək üçün istifadə etmək gücündə deyil. Əgər bu olarsa, İran qazı Ermənistana Rusiya qazından qat-qat baha başa gələr”.

18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib

Xəbər lenti