|
"Kapital Bank" nağd pul kreditinin illik faiz dərəcəsini azaltdı.
Artıq hamı “Kapital Bank” filiallarına müraciət etməklə, illik faiz dərəcəsi 19%-dən başlayan şərtlərlə nağd pul krediti əldə edə bilərlər.
Axar.az xəbər verir ki, aksiya çərçivəsində kredit götürənlərə üstəlik BirKart hədiyyə olunacaq. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər.
Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 98 filialı və 12 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.