|
Xalq Bank ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən Amal Invest Group MMC ləğv olunduğunu elan edib.
Report-un xəbərinə görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər. Qeyd edək ki, bu ünvanda həm də PAŞA Holdinq MMC dövlət qeydiyyatından keçib.