Xəbər verdiyimiz kimi, Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib.

Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb – 2 milyard 78 milyon avro. Ayrılan vəsait nəzərdə tutulan infrastrukturların inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Avropa Birliyinin Azərbaycana vəsait ayırması ölkəmizdə infrastrukturun inkişafı baxımından çox vacibdir:

“Ayrılan vəsait infrastrukturun inkişafı üçün istifadə olunacaq. Təbii ki, Avropa Birliyi və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi bu kontekstdən təqdirəlayiqdir. Çünki bu, bir tərəfdən ölkəyə valyutanın daxil olması, digər tərəfdən isə yeni iş yerlərinin yaradılması baxımından önəmlidir. Bu, həmçinin məşğulluğun təmin edilməsinə də müsbət təsir göstərəcək. Burada söhbət birmənalı şəkildə qeyri-neft sektorunda məşğulluğun təmin edilməsinin müsbət təsirlərindən gedir”.

İqtisadçının sözlərinə görə, bu qərar əsasən Azərbaycan-Avropa münasibətləri baxımından çox vacibdir:

“Bildiyiniz kimi, Azərbaycan Avropanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsi 15 milyard dollardır. Onun 11,2 milyard dolları Azərbaycanın payına düşür. Burada Gürcüstanın payı 2,7, Ermənistanın payı isə 1,1 milyard dollar təşkil edir. Azərbaycan Avropa Birliyi üçün bölgədə əsas ticarət tərəfdaşı olmaqla yanaşı, həm də enerji təhlükəsizliyinin formalaşmasında əsas tərəfdaşlardan biridir. Xüsusilə yeni vəsaitin ayrılması iki tərəf arasında əməkdaşlığın gücləndirilməsinə və ölkələrin birgə iqtisadi layihələr həyata keçirməsi üçün bir baza formalaşdırmasına kömək edəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov isə vurğulayıb ki, Şərq Tərəfdaşlığı proqramına daxil olan 6 ölkə hazırda Avropa Birliyinin maraq dairəsindədir:

“Xüsusilə də növbəti dövrlərdə bu ölkələrdə Avropa Birliyinin iqtisadi maraqlarının təmin edilməsi və qlobal iqtisadiyyata inteqrasiyası üçün davamlı olaraq texniki, siyasi, iqtisadi sahələrdə maliyyə dəstəyi təmin edilərək müxtəlif layihələr həyata keçirilir. Dünya Bankı ilə birgə növbəti 11 il ərzində maliyyələşdirilməsi nəzərdə tutulan 13 milyard avronun xərclənmə istiqamətlərinə baxsaq, burada əsas hədəfin yol infrastrukturunun təkmilləşdirilməsi olduğunu görərik. Böyük ehtimalla məqsəd Avropa Birliyi-Asiya arasında növbəti dövrlərdə hədəflənən ticarət əlaqələrinin genişləndirilməsi üçün infrastrukturun müasir tələblərə uyğunlaşdırılmasıdır”.

İqtisadçının sözlərinə görə, vəsaitləri ayrıldığı istiqamətlər baxımından qiymətləndirsək, kifayət qədər perspektivli layihələr üçün nəzərdə tutulduğunu aydın görmək olar:

“Burada xüsusilə Ələt Azad İqtisadi Zonasını qeyd etmək yerinə düşərdi. Çünki Azərbaycan iqtisadiyyatının növbəti dövrlərdə müasir tələblərə uyğunlaşdırılması və xarici investisiyanın ölkəyə cəlbi baxımından Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti kifayət qədər böyükdür. Buradakı layihələrin maliyyələşdirilməsi prosesin daha da sürətlənməsinə gətirib çıxaracaq”.

İqtisadçı vurğulayıb ki, xarici mənbələr hesabına maliyyələşmənin həyata keçirilməsinin digər müsbət tərəfləri də var:

“Ölkə iqtisadiyyatına müxtəlif maliyyə mənbələrindən investisiya qoyuluşları üçün imkan yaranacaq. Digər tərəfdən, Azərbaycanın tranzit imkanlarının daha da genişlənməsinə və bu sahədən ölkənin gəlirlərinin artmasına gətirib çıxaracaq. Bununla yanaşı, ölkənin regional iqtisadi əhəmiyyətini artırmaq və gələcəkdə Avropa Birliyi kimi iqtisadi güclə əməkdaşlığının, ticarət əlaqələrinin də genişlənməsinə şərait yaranır”.

25 Noyabr 2024 ADY COP29 dövründə: Dayanıqlı, təhlükəsiz və rahat
25 Noyabr 2024 Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
25 Noyabr 2024 Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
25 Noyabr 2024 Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
23 Noyabr 2024 Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
23 Noyabr 2024 Azərbaycan “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bərpası çərçivəsində ADB ilə kredit sazişi imzalayıb
20 Noyabr 2024 Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
20 Noyabr 2024 Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
20 Noyabr 2024 Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
19 Noyabr 2024 Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...
19 Noyabr 2024 Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama
19 Noyabr 2024 Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır
19 Noyabr 2024 Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır
18 Noyabr 2024 Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir
18 Noyabr 2024 “Zəfər Yolu”nda ağırçəkili nəqliyyat vasitələrinə nəzarət üçün elektron tərəzi quraşdırılır FOTO
15 Noyabr 2024 SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib
14 Noyabr 2024 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıracaq
12 Noyabr 2024 Azərbaycanda "Bitcoin"i hardan almaq olar?
12 Noyabr 2024 BMT BA-nın prezidenti: İqlim maliyyələşməsi üçün yeni bir yol müəyyən edə bilərik
07 Noyabr 2024 Bayram günlərində banklar bu qayda ilə işləyəcək – RƏSMİ AÇIQLAMA

Xəbər lenti