Hazırlaşın - Tezliklə köhnə avtomobillər yığışdırılacaq
"Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir"

Yaxın zamanlarda yollarda şütüyən köhnə avtomobillər yığışdırılacaq. Yol-xeber.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib.

O qeyd edib ki, bu ilin yanvar-avqust aylarında idxalın iki dəfə artması da bununla bağlıdır. Köhnə avtomobillərin utilizasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən 5 illik dövlət proqramının təsdiqlədiyini dilə gətirən E. Muradlı bildirib ki, buna əsasən, yaxın vaxtlarda proqram həyata keçiriləcək. "İnsanlar da başa düşürlər ki, köhnə maşınlardan yaxa qurtarmaq lazımdır. Onu da əlavə edim ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı artıb. Çünki bəzi taksi şirkətləri öz fəaliyyətini genişləndirir. Turistlər çox gəldikcə artan tələbatı qarşılamaq üçün sərnişindaşıma şirkətləri mikroavtobusların sayını artırır. Bu səbəbdən də taksi şirkətləri üçün nisbətən ucuz və təzə maşınların alınmasına üstünlük verilir".

E.Muradlı həmçinin bildirib ki, avtomobil idxalındakı artımlara hibrid və elektromobillərin idxalının da təsir edəcəyi gözlənilir. "Bunun üçün gömrük rüsumlarına baxmaq lazımdır ki, o tipli avtomobillərin sayı artırılsın. Əhalinin də hibrid və elektromobillərə meyli var, ancaq rüsumlar digərlərindən fərqlənmədiyi üçün o avtomobillər az gətirilir", - deyə qeyd edilib.

06 May 2025 Tehran-Bakı reysləri açılıb
05 May 2025 "Ağşəhər” və NZS-də metro olacaq
05 May 2025 Kreditlərlə bağlı şad xəbər: müsbət qərar verildi
02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
02 May 2025 Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları

Xəbər lenti