Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O izahatında törətdiyi əməli etiraf edib.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Bu barədə "Yol-xeber.az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

 Bildirilib ki, saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 ov tüfəngi, 47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib.

Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar.

Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə “Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

“Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir”, - məlumatda qeyd olunub.

 

 

 

İyulun 3-ü saat 10:40-dan saat 11:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına Kazandan gələn erməni ailənin yerləşdirildiyi ilə bağlı məlumat yayılıb.

 “Bez Tormozov” Teleqram kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.

Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi antiazərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.

“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, - məlumatda bildirilib..

Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.

 

 

 

 

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir.

***
Azərbaycan dövlət sərhədini pozan Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin məhkəməsi başlayır.

"Report" xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Fəhmin Hümbətov sədrlik edəcək.

Qeyd edək ki, Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cari il mayın 26-sı saat 19 radələrində Azərbaycanın mühafizə olunan dövlət sərhədini qanunsuz əldə etdikləri odlu silah və döyüş sursatları ilə Dövlət Sərhəd Xidmətinin Zəngilan sərhəd dəstəsinin xidmətdə olan hərbi qulluqçularına qarşı zor tətbiq etməklə qanunsuz keçərək, odlu silah və döyüş sursatlarını qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə Zəngilan rayonunun Rəzdərə kəndinə keçirməklə ölkəmizdə terror aktı törədəcəkləri ilə hədələmələri, bu məqsədlə Azərbaycanın Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Azərbaycanın hərbi hissəsinin hərbi qulluqçularına silahla atəş açaraq hücum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, müəyyən edilib ki, ordumuzun hərbi qulluqçuları tərəfindən hücumlarının qarşısı qətiyyətlə alınaraq qaçmağa çalışan erməni diversiya qrupunun adları qeyd olunan üzvləri saxlanılan zaman Ovagimyan Arutyun Yurikoviçdən cinayətin aləti olan 1 ədəd “Kalaşnikov” markalı “AKM” modelli odlu silah və içərisində 10 ədəd 5,45 mm kalibrli döyüş patronları olan 1 ədəd daraq götürülüb.

Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə yekun ittihamlar elan edilib.

Sabirabad rayon sakininin həyətindən 23 ədəd çətənə kolu və 2 kiloqramdan artıq marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Xəlfəli kənd sakini Ramil Rəsulov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 23 ədəd çətənə kolu, eləcə də çəkisi 2 kiloqram 160 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

batma-tehlukesinde-olan-3-nefer-xilas-edildi

Astarada dənizdə batma təhlükəsində olan üç nəfər xilas edilib.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, “112” qaynar telefon xəttinə Astara şəhər çimərliyi ərazisində 3 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə yaxınlıqda xidmət aparan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” dalğıc-axtarış qrupu cəlb edilib.
 Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2004-cü il təvəllüdlü İsmayıl Əsgərov, 1996-cı il təvəllüdlü Şiraz Qəribov və 1996-cı il təvəllüdlü Şəhriyar Mailzadə dalğıclar tərəfindən xilas edilərək, ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

Kürdəmirdə yağan leysan bəzi fəsadlar törədib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, leysan qısa zamanda küçə və prospektlərdə hərəkət iştirakçıları üçün bir sıra çətinliklər yaradıb.

Rayonun əsasən Bakı prospektində, Şəhriyar, Xanlar və Məhəmməd Hadi küçələrinə leysan suları dolaraq gediş gəlişi məhdudlaşdırıb.

Hazırda rayonda leysan davam edir.

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

 Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ”qara” bazarda dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin, eləcə də 5300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.

Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psoxotrop maddə olan metamfetamin aşkarlanıb.

Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

 

 
s

Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb.

Dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.  

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, sürücülər alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yoluna (Ağsu aşırımı) yönəldilib.

Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkəti qismən bərpa olunub. Hazırda ərazidə sürüşmənin fəsadlarının tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, sürüşmə əsas yolda deyil, müvəqqəti salınmış xidməti yolda baş verib. Əsas yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması hazırda davam edir. 

Bir daha yaranan müvəqqəti narahatlığa görə üzr istəyirik.

 

s
s
s
s

Xəbər lenti