11 Güclü külək nəticəsində bir-neçə avtomobil yolunda yaranmış problem aradan qaldırılıb

Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir-neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olmuşdur.

Avtomobil yollarında yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi  dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözügedən rayonlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub

Bundan başqa, güclü külək M2 Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

Agentliyin “3 N-li Magistral Yolların İstismarı” MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddət ərzində dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib

YOLUNUZ AÇIQ OLSUN...

 

 

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", MN-in məlumatında deyilir.

Erməni teleqram kanallar azərbaycanlılara məxsus sənədlərin fotolarını yaymaqla əhali arasında çaşqınlıq yaratmağa çalışır.

Bu barədə yerli “Mübarizlər 5.45” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, ermənilər müharibə ərəfəsində əldə etdikləri azərbycanlı hərbçilərinin fotolarını yayıblar:

“Ermənilərə məxsus kiçik həcmli teleqram kanallarında yayılan bu 2 şəkil Vətən müharibəsinə aiddir. Müharibə ərəfəsində hər iki tərəfdən hərbçilərin sənədlərinin ələ keçməsi normal sayılır. Ona qalsa, bizdə düşmənə məxsus n qədər pasport, hərbi bilet və s. var idi. Bu iki fotonu paylaşmaqla nə etmək istədiklərini heç özləri də bilmir. Əvvəlki əməliyyat və ya müharibədən qalan videolardan, fotolardan yeniymiş kimi paylaşaraq ictimaiyyətin fikrini yayındırmağa çalışmaq erməni dezinformasiya maşının çoxdanki adətidir. Son bayraq qaldırma videosundan da göründüyü kimi, insident sərhədçilərlə ermənilər arasında yaxın təmasda baş verməyib. Belə olan halda pasport, şəxsiyyət vəsiqəsi və ya hərbi biletin qarşı tərəfə keçməsi mümkünsüzdür” - məlumatda qeyd edilib.

 

 

 

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dələduzluqda ittiham edilən tanınmış idmançı barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 2 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Belə ki, 1976-cı il təvəllüdlü Elman Qurbanxan oğlu Mirzəyev barəsində Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

Bildirilir ki, məşhur idmançının cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub. Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.

Digər şikayətçi M.Quluzadə isə E.Mirzəyevin ona məxsus daşınmaz əmlaka çıxarış alacağına dair vəd verərək 42 min manat aldığını, lakin vədinə əməl etməyərək vəsaiti ələ keçirdiyini bildirib.

Zərərçəkmiş şəxslər geridə qalan uzun müddət ərzində Elman Mirzəyevin vəzifəli və nüfuzlu şəxslərin adlarını çəkərək onlar vasitəsilə istintaqa təsir göstərməyə cəhd edərək məsuliyyətdən yayınmaq istədiyini də iddia ediblər.

Hazırda açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib.

Bu barədə “Caliber” məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.

Sumqayıtda zavodda baş verən yanğının yayılmasının qarşısının alınması tədbirləri davam etdirilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Ölkə.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Daxili İşlər Nazirliyi Sabunçu rayonu, Nardaran qəsəbəsindəki istirahət mərkəzində baş vermiş insidentlə bağlı məlumat yayıb.

Ölkə.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub: “Bakı şəhəri, BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb. Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”.

 

Məlumata görə, artıq saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb və istintaq müddəti üçün barələrində həbs qətimkan tədbiri seçilib.

Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb.
Bəyanatda deyilir:

“Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk.

16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan belə bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir.

Mövcud Espo Konvensiyasının müddəalarına görə, Ermənistan öz ərazisində planlaşdırdığı belə bir iri təsərrüfat fəaliyyətinin digər ölkələrin, xüsusilə Azərbaycanın ərazisinə mənfi ekoloji təsiri olduğu üçün bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır.

Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur.

Bildiririk ki, Ermənistanın iri mədən müəssisələri - Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərməkdədir.

Qeyd etdiyimiz faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır.

Xaricdə yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq Ermənistanın regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd olan əməllərini qətiyyətlə pisləyir, beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırırıq”.

Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Xəbər lenti