|
Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili Cavanşir Məmmədov və ailə üzlərinin 40 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsili bilmir, əksinə zərərçəkmiş olduğunu bildirir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci( dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses iyulun 25-nə təyin edilib.
Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın şikayətçidirlər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə polkovnik 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib.
Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.
İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonunadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.
Salyanda baş verən qəzada ölənin şəxsiyyəti məlum olub.
“Report”un məlumatına görə, yol qəzasında həyatını itirən Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Rəhim Abdullayevdir.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
***
Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.
“Report”un məlumatına görə, olay yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər iki avtomobillə toqquşub.
Qəza nəticəsində hələlik kimliyi bəlli olmayan bir nəfər hadisə yerində ölüb.
1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Qarabağdakı separatçılar növbəti təxribatlara hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə anonslar edilir.
Yəni bir neçə separatçı erməni öldürülür və cinayəti Azərbaycan tərəfinə atmaq üçün erməni təbliğat maşını ənənəvi qaydada işə düşür.
Oğuz rayonunda "TIR"ın qəza törətdiyi ərazidə magistral bağlandığına görə yolun yardımçı hissəsindən istifadə olunur.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün saat 11 radələrində Qazaxıstan vətəndaşının idarə etdiyi yük avtomobili idarəetmədən çıxıb və nəqliyyat vasitəsinin qoşqusu yolun müəyyən hissəsini bağlayıb.
Yol Patrul Xidmətinin əməkdaşları əraziyə cəlb olunub və avtomobillərin hərəkətində ləngimə olsa da, lakin yol polisi tərəfindən yolun yardımçı hissəsindən də istifadə edilməklə nəqliyyatın axını təmin edilir.
Hazırda yük avtomobilinin həmin ərazidən götürülməsi və avtonəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması istiqamətində tədbirlər görülür.
***
Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi TIR qəzaya düşüb, magistral yol bağlanıb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xarici vətəndaşın idarə etdiyi 254-AFM-05 Qazaxıstan dövlət qeydiyyat nişanlı TIR markalı yük avtomobili idarəetmədən çıxıb.
Nəticədə TIR-ın bir neçə metr uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb.
Buna görə də hazırda avtomobil yolunda hərəkət məhdudlaşıb.
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva dəfn edilib.
O,, Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
***
Ötən gün vəfat edən tanınmış aparıcı Natəvan Babayeva ilə vida mərasimi başlayıb.
“Unikal” xəbər verir ki, mərasim mərhumun Salyan rayonunun Parça Xələc kəndindəki ata evində keçirilir.
Qeyd edək ki, N.Babayeva bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bakı Kommersiya Məhkəməsində Ağarəhimov İlqar Ağarəhimoviçin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları - Anar Mahmudov və Nərgiz Mahmudovaya qarşı iddia üzrə məhkəmə iclası başlayıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.
Məhkəmə növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, İlqar Ağarəhimov Anar Mahmudov və Nərgiz Mahmudovu məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.
İlqar Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.
İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.
Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.
Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.
Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.
Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.
Laçında çətənə bitkiləri məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Qarıqışlaq kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkarlanıb.
Yabanı halda bitən, ümumi çəkisi 2 ton 320 kiloqram olan 5 158 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.
Hovuzda üzərkən halı pisləşən uşaq ölüb.
Hadisə paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsində qeydə alınıb.
Mərkəzin meneceri Emil Abdullayev "Xəzər Xəbər"ə bildirib ki, Gulay tez-tez hovuza üzməyə gəlirmiş.
Onun sözlərinə görə, məşqçinin nəzarəti altında üzən uşaq qoruyucu vasitələrlə təmin olunub.
Şahidlər iddia edir ki, təcili tibbi yardım avtomobili əraziyə vaxtında çatmayıb.
Hadisə ilə bağlı Baş prokururluq da məlumat yayıb. Araşdırmadan sonra hadisə ilə bağlı qərar veriləcək.