|
Xəbər verdiyimiz kimi, Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları aralarında sosial media fenomenlərinin və bloqerlərin də olduğu 120 nəfəri saxlayıb.
Saxlanılanlar arasında azərbaycanlı bloger Səfər Eyvazovun da olduğu iddia olunur.
Bu barədə saxlanılıb buraxılan şəxslərdən biri TikTok canlı yayımında deyib:
“Səfər Eyvazovu da öz gözümlə gördüm. Mən çıxanda ya onu yeni gətirirdilər, ya da buraxılacaqdı. Bilmirəm”,- deyə o söyləyib.
Qeyd edək ki, S.Eyvazovun TikTok-da 726 min instaqramda 1 milyondan çox izləyicisi var.
Xatırladaq ki, əməliyyat zamanı saxlanılan şəxslər çirkli pulların yuyulmasında şübhəli bilinir. Saxlanılan cinayətkar dəstə oğurlanmış kredit kartları ilə jeton alıb və bunları TikTok fenomenlərinə göndərib. Dəstə üzvlərinin sonradan məbləğin böyük hissəsini fenomenlərdən geri alaraq onlara komissiya ödədiyi bildirilir.
Məlumat üçün bildirək ki, bundan öncə isə saxlanılanlar arasında "Sədərək" TM-in rəhbəri Yusif Qədimbəylinin oğlu Mehmanın da adı çəkilib.
İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov insidentin baş verdiyi Söyüdlü kəndinə gedib sakinlərin və jurnalistlərin suallarını cavablandırıb.
Oxu.Az-ın məlumatına görə İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayonun, eləcə də kənd sakinlərinin sağlamlığı onlar üçün prioritet məsələlərdin biridir.
“Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik.
Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.
Qeyd edək ki, dünən Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Bu zaman isə polislərlə sakinlər arasında insident yaşanıb.
Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxiləsilə bağlı 2 aydır ki, həmin şəxslərlə rayon icra hakimiyyəti və polis əməkdaşları tərəfindən profilaktik izahat işləri aparılıb.
Bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenatı Elşad Hacıyev bildirib ki, ancaq bütün tədbirlərə baxmayaraq, dünən həmin şəxslər müəssisə əməkdaşlarına hücum etməsi ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb olunaraq onların qanunsuz əməllərinin qarşısını alıblar.
Təəssüf ki, sosial şəbəkələrdə yayılan görüntülər törədilən qanunsuz hərəkətlərin digər tərəflərini əks etdirmir. Qəsdən, məqsədli olaraq, polis əməkdaşının qadınlardan birinə qarşı xüsusi vasitədən istifadə etməsini göstərirlər. Polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcəkdir.
Vətəndaşlara yaxşı məlumdur ki, əsasən Bakı şəhərində qanunsuz aksiya cəhdlərində iştirak edən qadınların polis əməkdaşlarının ünvanına səsləndirdiyi nalayiq ifadələr, hüquqazidd hərəkətləri ilə bağlı çoxsaylı faktlar var və bunlar jurnalistlər tərəfindən çəkilib, yayılıb. Orada da aşkar görünür ki, polis əməkdaşları həmin qadınlara qarşı yüksək təmkin və intizam nümayiş etdiriblər.
Dəfələrlə olub ki, polis əməkdaşları Azərbaycan qadınına yaraşmayan hüquqazidd hərəkətlərə məruz qalsa da həmin qadınlara qarşı hər hansı xüsusi vasitə tətbiq edilməyib, yaxud cəza verilməsi ilə bağlı məsələ qaldırılmayıb.
Dünən Gədəbəyin Söyüdlü kəndində sakinlərlə polislər arasında yaşanmış insidentin yeni görüntüləri yayılıb.
Azərbaycan ictimaiyyətini hiddətləndirən görüntülərlə bağlı polis yoxlamaya başlasa da, etirazçıların polislərə daş atdıqları da bildirilmişdi.
Bu gün yeni yayılan görüntülərdə etirazçılardan bəzilərinin polis əməkdaşlarına daş atması və onları təhqir etməsi əks olunur.
Səhər saatlarında paylaşılan yeni görüntüləri təqdim edirik:
Son günlər erməni təxribatları kəskin artmaqdadır. Laçın yolundakı təxribatdan sonra vəziyyət daha da kritikləşib. Kəlbəcər, Gədəbəy, Naxçıvan, həmçinin Ağdam və Şuşa istiqamətində bölmələrimiz müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur. Ermənistan tərəfinin Azərbaycanla sərhədə qoşun cəmləməsi ilə bağlı xəbərlər yayılır. “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan bu xəbəri təsdiqləyib.
Bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Həmçinin ərazimizdəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında fortifikasiya (kəşfiyyat cihazı) qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ümumerməni Milli Dövlət Partiyasının sədri Artur Vardanyan isə deyib ki, Zəngəzur və Göyçə vilayətlərinə gedən avropalı müşahidəçilər gərgin vəziyyətlə əlaqədar təcili təxliyə edilib. Onun sözlərinə görə, Azərbaycanla bütün təmas xətləri boyunca bir nömrəli hazırlıq elan edilib.
Təxribat cəhdləri ilə bağlı "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ermənilər 1 nömrəli hazırlıq vəziyyətinin Azərbaycan Ordusunun hərəkətliliyinə görə elan edildiyini iddia edirlər. Analitik vurğulayıb ki, hərçənd onların məlumatlarını analiz etdikdə hücumun Azərbaycan yox, Ermənistan tərəfindən hazırlandığı aydın görünür: "Azərbaycanın hərbi əməliyyatları öz ərazisində keçirməsi ehtimalı daha çoxdur, nəinki sərhədboyunca. Mövcud şəraitdə Qarabağda separatizmin ləğv edilməsi daha aktual görünür. Ermənilər Azərbaycan Ordusunun “Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmləndiyini” iddia edir. Kəlbəcər və Laçın istiqamətində ordumuz strateji yüksəkliklərə sahibdir. Naxçıvan istiqamətində Zəngəzur dəhlizinin hərbi yolla açılması versiyası bölgədə üçüncü ölkələrin də qoşula biləcəyi hərbi eskalasiya riski yaratdığı üçün bu ehtimal az görünür. Ermənistan avropalı müşahidəçiləri sərhədə məhz “Azərbaycan atəş açır, təxribat törədir” iddialarını isbat etmək üçün gətiriblər. Əgər Azərbaycan hücuma hazırlaşırsa, ermənilər müşahidəçiləri bölgədən təxliyə etməz. Əksinə, “sübutlar toplamaq” üçün saxlayardılar. Onların təxliyəsi hücumun Ermənistan tərəfindən hazırlandığını açıq şəkildə göstərir".
A.Nərimanlı hesab edir ki, Ermənistanın mümkün təxribat hücumunun birdən çox hədəfi ola bilər: "Azərbaycan Qarabağda genişmiqyaslı antiterror əməliyyatına başlayarsa, Ermənistan tərəfi sərhəddə təxribatlarla cəbhəni böyütmək, qüvvələri ikiyə bölmək və zəiflətmək niyyətinə düşə bilər. Həmçinin Kəlbəcər və Laçın istiqamətində əlverişli mövqelərə çıxmaq istəyər. Naxçıvan istiqamətində təxribatlarla “Azərbaycan Zəngəzur dəhlizini hərbi yolla əldə etmək istəyir” görüntüsü yaratmağa, üçüncü ölkələri - Qərb ölkələrinin və İranın ən azı siyasi müdaxiləsinə nail olmağa çalışar. Bununla yanaşı, sərhəddə təxribatlar törətməklə danışıqlar masasında “güzgü prinsipi”ni, yəni qoşunların geri çəkilməsini yenidən aktuallaşdırmaq məqsədi güdə bilər. Ermənistan ordusunun sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsindən sonra müdafiə naziri Suren Papikyanın Fransaya səfəri də diqqətçəkən məqamlardandır".
Bakının Nərimanov rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, sürücülərin verdiyi məlumata görə, prospektin “Koroğlu” metro stansiyası istiqamətinə gedən hissəsində tuneldə iki avtomobil toqquşub.
Daha sonra 7 avtomobil ardıcıl zəncirvari şəkildə biri-birinə dəyib.
Qəza zamanı “Opel” markalı maşının sərnişini və BYD markalı avtomobilin sürücüsü Balakişi Hüseynov ağır bədən xəsarətləri alıb. Əraziyə təcili tibbi yardım maşını gəlib. Yaralılar xəstəxanaya çatdırılıb.
Bu vaxt prospektdə hər üç zolaqda qəzaya uğramış avtomobillər olduğundan tıxac yaranıb.
Əraziyə Yol Patrul Xidmətinin və Post Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.
Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.
Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.
Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, iyunun 17-si, saat 02 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.