“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittihamı elan edib.

Bloger hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.

N.Şakirli hadisə günü içkili olmadığını deyir. Sərbəst ifadəsində həmin günü tam xatırlamadığını desə də, yadında qalan budur ki, hadisə günündən bir gün əvvəl içki qəbul edib.

Sədrlik edən hakim müttəhimin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.

© Qafqazinfo

Azərbaycanla Ermənistan arasında yeni müharibə? - NƏ BAŞ VERİR?“Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı var. Bunu Amerikanın ən nüfuzlu beyin mərkəzlərindən biri olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün illik proqnozunda qeyd edib”.

“Cebhe.info” xəbər verir ki, bunu erməni türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan sosial şəbəkə hesabında yazıb. O, Amerikanın ən nüfuzlu analitik mərkəzlərindən birinin Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı ilə bağlı illik proqnozunu təqdim edib.

“Lakin proqnozda bildirilir ki, bu, ABŞ üçün prioritet deyil”, - Qeqamyan yazıb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində, silah-sursat saxlamaqda və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 16 nəfər saxlanılıb. Ümumilikdə, 24 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 Bunlarla yanaşı, keçirilən tədbirlər zamanı qanunsuz silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan iki ədəd “Makarov” markalı tapança, iki ədəd daraq və beş ədəd patron aşkar edilərək götürülüb.

Daxil olmuş mal-qara oğurluqları ilə bağlı keçirilən əməliyyatlar zamanı isə şübhəli bilinən iki nəfər saxlanılıb. Onların ayrı-ayrı vətəndaşlara məxsus iri və xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə 15 min manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər aparılır.

Faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd “PK” markalı pulemyot, 3 ədəd “RPQ-7” qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd “MUXA” markalı qumbaraatan, 10 “PK” markalı pulemyot sandığı, 1 ədəd “PK” markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədəd “F1” əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd “M-75” əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


ABŞ-nin Azərbaycan İcmasında ağır itki baș verib.
 
Əvvəllər Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində intihar edib.
 
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Araşdırma aparılır.
 
Qeyd edək ki, Şahbazın nəşini ailəsinə göndərmək üçün Azərbaycan səfirliyi və Diaspora təşkilatlarına müraciət olunub. Sənədləşmə işləri aparılır.
 
©Bakupost.az 

ABŞ-nin Azərbaycan İcmasında ağır itki baș verib.

Əvvəllər Kaliforniyanın Kupertino şəhərində yaşayan gənc həmyerlimiz Şahbaz Abdurrəhmanov Viskonsində intihar edib.

 
 
 
Ad - 00:05
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil. Araşdırma aparılır.

Qeyd edək ki, Şahbazın nəşini ailəsinə göndərmək üçün Azərbaycan səfirliyi və Diaspora təşkilatlarına müraciət olunub. Sənədləşmə işləri aparılır.

 

 

 

©Bakupost.az 

Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib.

İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb.

Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birgə itkin düşmüşdü. Həmin gün A.Mehdiyeva azyaşlı övladı ilə təhlükəsizlik kameralarına düşmüşdü. Yaşadığı binanı tərk edərkən kameraya düşən 28 yaşlı qadından daha sonra heç kim məlumat ala bilməmişdi.

 

 

Larisa Stepanyan Azərbaycanın Tuğ kəndində doğulub. Vətəni olaraq isə Azərbaycanı görür.

Hazırda Xankəndidə tək yaşayır.

70 yaşlı qadın Azərbaycanlılarla bir yerdə yaşamaqlarından, Qarabağ separatçılarının cinayətkar əməllərindən, Arayik Arutyunyanın unu gizlətməyindən və digər mövzulardan danışıb.


Ətraflı “İTV Xəbər Yekun”da:

Antiterror əməliyyatından sonra özünü buraxmış separatçı rejimin qalıqlarının təmizlənməsi prosesi davam edir.

"Unikal" xəbər verir ki, Xankəndi şəhərində Qarabağ cəlladlarından biri Bekor ləqəbli Aşot Qulyanın abidəsi sökülüb.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə, Hadrut və bir sıra istiqamətlərdə nahaq qan tökən terrorçunun abidəsi Xankəndi universitetinin qarşısındakı parkda yerləşirdi.

Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, hadisə “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi şou mərasimi zamanı baş verib.

Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu dörd yaşlı uşağının gözü önündə döyüblər.
Daha sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçatmaq istəyiblər. Əsas səbəb H.Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə olan H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.

Bu əmələ görə cinayəti törədənlərdən dörd nəfər həbs edilib, iki nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Rusiyanın Dağıstan Respublikasında “Fight Nights” klubunun qarışıq döyüş növləri üzrə döyüşçüsü Maqomedrəsul Mutayev Mahaçqalada öldürülüb.

Bu barədə Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyi məlumat yayıb.

Məlumata görə, MMA döyüşçü evinin qarşısında qətlə yetirilib.
Qətli törədən şəxsin kimliyi müəyyən olunub.

Xəbər lenti