Ziyarətdən gələn şəxslər Lənkəran - Lerik yolunun 45-ci km- də ağır yol qəzasına düşüblər.

Dəhşətli hadisə Lerik rayonunun Günəşli kəndi ərazisində qeydə alınıb.

 Lənkəran rayonunun Boladı kənd sakinləri 18 - 20 nəfər tutumlu mikroavtobusla Lerik rayonuna ziyarətgaha gediblər. Qayıdarkən sürücü idarəetməni itirib və mikroavtobus yol kənarındakı betona, sonra irigövdəli ağaca çırpılaraq aşıb.

Dərhal hadisə yerinə FHN-in xilasediciləri və TƏBİB -in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı tibb briqadaları cəlb olunub. Xilasetmə zamanı hadisə yerində 5 nəfərin yerindəcə öldüyü məlum olub. 3 nəfər yaralı Lerik rayonuna, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyətləri daha ağır olan 3 yaralı xəstəxanada dünyasını dəyişib.

Ölən və yaralıların bəzilərinin adları da məlum olub. Beləliklə, mikroavtobusun sürücüsü 63 yaşlı Səyyad Səyyadov, 64 yaşlı Nazilə Kərimova, 63 yaşlı Şərafət Fərəcova, 70 yaşlı Əsbət İbrahimova, 63 yaşlı Gülər Qurbanova, 62 yaşlı Zəhra Səyyadova və 69 yaşlı Lətifə Axundova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Dilarə Xəlilova, Sərvər Həşimova, Saray Axundova, Təcrübə Ağayeva, Güldəstə Cəfərova, Səmayə Rzayeva və Zərnitac Tahirova dünyalarını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bu barədə sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.

Bakıda loqopedik mərkəzdə uşaqlara işgəncə verildi

Bakıda loqopedik mərkəzdə azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

“Patrul.az” saytında yayımlanan görüntülərin “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Mehnur” loqopedik mərkəzində qeydə alındığı bildirilib.

Mərkəzin xüsusi qayğıya ehtiyacı olan, əsasən nitq və əqli məhdudiyyətli uşaqların reabilitasiyası üçün fəaliyyət göstərdiyi qeyd edilsə də, videoda uşaqların saçlarının yolunduğu, onlara fiziki əzab və işgəncə verildiyi görünür.

Görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ artıq nəzarətə götürülüb: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

***

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır. Komissiya Səhiyyə Nazirliyi,Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.

 

Oğuzda 16 yaşlı qız qaçırılıb.

Qafqazinfo xəbər verir ki, 3 nəfər Şəmkir sakini - Hüseyn Məhərrəmov, Samir Quliyev və Yaqub Musayev birlikdə Oğuz rayonuna gedərək yeniyetmə qızı məcburi şəkildə avtomobilə mindiriblər. Daha sonra ərazidən uzaqlaşıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məsələ ilə bağlı bildirib ki, qızı qaçırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.
 
Xəzər TV xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.
 
Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.
 
Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır.
 
Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqlədilər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir
 
Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, həmin kənddə təsərrüfatlara baxış keçirilib. Hazırda araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ətraflı məlumat veriləcək.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub.

Nəsimi rayonunda izini itirmək məqsədi ilə otel otaqlarında gecələyən qadın narkobaron və onun tərəfindən narkokuryerliyə cəlb edilən şəxslər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik maddələrin satışına qarşı keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət etdiyi üçün məhkum olunmuş Əkbər Əkbərov və Məcid Dadaşov saxlanılıblar.

Bildirilib ki, onların üzərinə baxış zamanı 36 ədəd psixotrop tərkibli metadon və preqabalın həbi, eləcə də külli miqdarda metamfetamin, heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik maddələri tanışları Gülnar adlı şəxsdən aldıqlarını və onun təklifi ilə paytaxt ərazisində narkokuryerlik etdiklərini bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs Şirvan şəhər sakini olan Gülnar Əhmədova da tutularaq istintaqa təqdim edilib. Onun Nəsimi rayonunda yerləşən otellərin birində müvəqqəti qaldığı nömrəyə baxış zamanı 2 kiloqrama yaxn heroin, metamfetamin, tiryək, marixuana, həşiş və psixotrop tərkibli dərmanlar aşkar olunaraq götürülüb. Gülnar Əhmədova külli miqdarda narkotik vasitəni satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu naməlum şəxsdən aldığını bildirib. O, polis əməkdaşları tərəfindən tutulmamaq və izini itirmək məqsədi ilə mütəmadi olaraq yaşayış yerini dəyişdiyini, bu məqsədlə də əsasən otellərdə gecələdiyini bildirib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

"Report məlumatına görə, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov "Report"un yerli bürosuna bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

"Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb".

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.

 

 
  •  

 

Bərdə rayonunda cinsi zorakılığa məruz qalan 14 yaşlı qızla bağlı məsələ aktual olaraq qalır.

Ötən gün təcavüzə məruz qalan yeniyetmə və anası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Bərdə Qadın Resurs Mərkəzinə dəvət olunub, onlarla psixoloji söhbət aparılıb. Azyaşlı psixo-sosial dəstək işinə cəlb edilib.

Psixoloqlar zorakı qurbanı olan qızın olayın baş verdiyi rayondan müvəqqəti də olsa uzaqlaşdırılması, əslində yeniyetmənin olayı xatırlatmayacaq məkanda reablitasiyaya cəlb olunmasını dorğu addım hesab edirlər.

Onların qənaətinə görə indiki halda 4 şəxs tərəfindən zorakılığa məruz qalmış yeniyetmə ilə rəftar, onun zədəlınmiş psixologiyasının bərpası və gələcək həyatı ilə bağlı doğru yöntəm ən vacib məsələdir. Bu baxımdan ailənin razılığı ilə yeniyetmənin paytaxtın müvafiq mərkəzlərində reablitasiya keçməsi təklif olunur.

Qeyd edək ki, bu təklifi ilk dəfə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də olay baş verəndən dərhal sonra verdiyi açıqlamada irəli sürmüşdü.

Kəmalə Ağazadə növbəti dəfə sözügedən yeniyetmənin Bakıya gətirilməsi və psixoloji dəstəyə cəlb olunması üçün Bizim.Media vasitəsilə çağırış edib:

“O hadisə baş verən kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərhal bu barədə bildirdim. Eyni zamanda qızın reablitasiyaya çox böyük ehtiyacı olduğunu dedim. Kim ali kitabların üzərinə əlini qoyub desə ki, o qız reablitasiyaya cəlb olunacaq, mən buna əmin deyiləm.

Çünki ona xatırladacaq bir mühitdə qız reablitasiya keçə bilməyəcək. Növbəti dəfə təklifimi etdim. Mənə bildirildi ki, ailə istəmir və qeyd edi ki, bütün kənd onların arxasında dayanır. Bəllidir ki, kənd cəzalandırmanın arxasında dayanır və dəstək olur.

Bunları anlayıram. Amma reablitasiyanın Bərdədə effektiv olacağına şübhə ilə yanaşıram. Kim bunu necə qəbul edir, etsin. Bu, bir reallıqdır. Bəli, bu gün Ailələrə Dəstək Mərkəzi o qızla Bərdədə işləyir. Məlumatım var. Hətta təklif etmişdim ki, anası ilə qızını müvəqqəti reablitasiyaya götürək və iş aparaq.

Bunlarda belə bir fikir var ki, əlimizdən alacaqlar. Bu cür insanların beynini yumaq da olmaz. Bir sözlə biz öz təklifimizi vermişik”, - deyə Kəmalə Ağazadə əlavə edib.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Xankəndidəki terrorçu rejimin çənbəri sürətlə daralır - NƏ BAŞ VERİR?

“Artıq indidən erməni qeyri-qanuni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmasına başlamaq lazımdır ki, 2022-ci il noyabrın 10-dək orada bir nəfər də silahlı erməni qalmasın”.

“Yeni Müsavat” xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalında yazıb. Onun sözlərinə görə, paralel olaraq separatçı administrasiyanın bütün orqanları ləğv edilməli, fəaliyyətləri dayandırılmalı, onların rəhbərləri və funksionerləri Azərbaycan ərazisini tərk etməlidirlər. “Azərbaycan vətəndaşlığını qəbul etmək arzusunu bildirmiş Qarabağda qalan dinc erməni əhalisinin təhlükəsizliyi isə (müvafiq quraşdırma və yoxlama prosedurlarından sonra) Rusiya sülhməramlıları və Azərbaycan Daxili İşlər Nazirliyinin daxili işlər orqanları tərəfindən təmin ediləcək”, - deyə Korotçenko qeyd edib.

Bu təklif, şübhəsiz, həm 10 noyabr üçtərəfli kapitulyasiya sənədinin tələblərinə, həm də Bakı və Moskva arasında imzalanmış 22 fevral 2022-ci il Moskva bəyannaməsinə tamamilə uyğundur. Hərçənd Korotçenko rəsmi şəxs deyil, amma reallığı dilə gətirib. Bəs bu yöndə proses nə yerdədir? 10 noyabra kimi ərazinin hərbsizləşdirilməsi mümkün olacaqmı? Rusiya sülhməramlı kontingenti bölgənin separatçılardan demilitarizasiyasını həyata keçirəcəkmi, yoxsa özümüz addım-addım bu işi görməliyik? İkinci yandan, Azərbaycan dövləti doğrudanmı separatçıların rəhbərlərinin heç bir cəza almadan Qarabağı tərk eləməsinə imkan yarada bilər? Dia.az xəbər verir ki, polkovnik, hərbi analitik Üzeyir Cəfərov “Yeni Müsavat”a şərhində göstərilən tarixlə bağlı inamı olmadığını vurğuladı. Onun fikrincə, 10 noyabra çox vaxt qalmayıb və erməni silahlılarının əraziləri boş saxlayacağını gözləmir: “Nəzərə alsaq ki, avqustun 29-da Putinlə Paşinyanın telefon söhbəti olub, Ermənistanın baş nazirinə müəyyən tapşırıqlar verilib, Brüssel görüşü öncəsi İrəvan yeni təlimatlar alıb, o zaman düşünmək olar ki, ermənilər vaxtı uzatmağa çalışacaqlar. İnanmıram ki, onlar 10 noyabra qədər bölgədən tam çıxacaqlar. Digər rus ekspert Sergey Markov da müharibədən çox-çox əvvəl deyirdi ki, Dağlıq Qarabağ məsələsi həll olunub, ermənilər oradan çıxacaqlar. İndi Korotçenko da xoş gəlmək üçün belə fikirlər səsləndirir, açığı, belə qısa müddətdə gedəcəklərinə inamım yoxdur”.

Ü.Cəfərovun sözlərinə görə, Korotçenko göstərdiyi tarix təsdiqlənərsə, o halda 10 noyabrdan sonra rus hərbçilərin də ərazidə qalmasına əsas yoxdur: “Onlar da getməlidirlər. Biz mülki erməni əhalisinin təhlükəsizliyinə təminat verəcəyik, vətəndaşlığımızı qəbul edənlər digər azərbaycanlılar kimi eyni hüquqlara malik olacaqlar. Odur ki, bölgədə separatizmi yaşatmağa çalışacaqlar. Üstəlik, minatəmizləmə işləri aparılmalı, vətəndaşlarımız Qarabağın dağlıq bölgəsinə köçürülməlidir, birgəyaşayış məsələsi ilə bağlı addımlar atılmalıdır ki, bu problemlər yoluna düşsün”.

Təhlükəsizlik eksperti İlham İsmayıl qeyd edir ki, Cənubi Qafqazda qlobal dünya güclərinin maraqlarının toqquşması, konkret olaraq Rusiyanın münaqişənin tezliklə bitməsini istəməməsi, bizim istəklərimizlə üst-üstə düşmədiyi üçün, şimal qonşumuzla ehtiyatlı siyasət aparıb, zamanla milli maraqlarımızı həyata keçirməliyik - Laçına nəzarətimizi bərpa etdiyimiz kimi: “Yeni yola hələ nəzarətimizin olmamasının ilk fəsadlarını elə yolun açılışının ilk günlərindən görə bilərik. Xankəndidəki separatçı rejim sentyabrın 2-də qondarma rejimlərinin elan olunmasının 31 illiyini qeyd etmək niyyətindədir. Keçən il ağır məğlubiyyətdən sonra 30 illik qondarma yubileylərini yas mərasimi kimi keçirib, qəbiristanlığı ziyarət etməklə kifayətlənən ermənilər bu il 2 sentyabrı ”bayram tədbirlərinin keçirilməsi" kimi qeyd etməyi planlaşdırırlar. Erməni parlament üzvləri Qarabağa gəlməkdə həvəsli görünməsələr də, təxribat naminə müxalif fraksiyadan bəzilərinin gəlməsi barədə fikirlər səslənib.

Paşinyan hakimiyyətinə müxalif daşnakların təxribat xarakterli səfərləri mütləq olacaq və Qarabağ ermənilərinin beyinlərinə minalar yerləşdirib yalançı ümidlərlə “mübarizəyə davam” təbliğatını aparacaqlar. Bu gəlişləri ilə yeni yolun onlar üçün maneə olmadıqlarını sübut etməyə çalışacaqlar. Vaxtilə Norayr Mirzoyan nəzarət məntəqəmizə qumbara atdığı kimi, daşnakların da belə bir silahlı diversiya törədəcəyi bu günlər üçün tamamilə mümkün variantlardan biri ola bilər. Buna görə də Azərbaycan Rusiya sülhməramlılarının komandanlığına xəbərdarlıq etməli, sentyabrın ilk günlərində sərhəddə xüsusi rejim tətbiq edilməsini, hətta üç gün ərzində yalnız birtərəfli çıxışa icazə verilməsini tələb etməlidir".

Siyasi şərhçi Ramiyə Məmmədova separatçıların halqasının daraldığını düşünür: ““Qisas” əməliyyatı nəticəsində Qırxqız, Sarıbaba, Buzdux yüksəkliklərinin nəzarətimizə keçməsi, ardınca Laçın şəhərini ermənilərdən boşaltmağımız təbii ki, xunta rejiminin əl-qolunu xeyli dərəcədə bağlamış oldu. Bunun davamı kimi Sərsəng su anbarı ilə bağlı atılan addımlar da bir işarədir ki, növbəti dövrdə həmin ərazilər də törk-töküntülərdən təmizlənəcək. Azərbaycan bu işi radikal şəkildə həyata keçirmək istəmir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Xankəndi məsələsinə aydınlıq gətirdi. Dövlət daha çox mərhələli və sakit şəkildə erməni işğalında qalan əraziləri azad edir. Yəni müharibəsiz, səs-küylü antiterror əməliyyatları aparmadan iş gedir. Sentyabra qədər Ermənistan ordusunun bir hərbi qulluqçusu da bölgədə qalmayacaq, amma oxşar sözləri “artsax qüvvələri” haqda deməyə çətinlik çəkirəm. Onların silib-süpürmək üçün zamanla proses gedəcək. Bakı radikal və güc üsulundan istifadə edərsə, Hikmət Hacıyevin dediyi məsələ yenidən gündəmə gələcək. Ona görə Azərbaycan çalışır ki, hər periodda yüksəklikləri götürməklə, Rusiya ilə danışıqlar aparmaqla bu problemi həll etsin. Necə ki, “Qisas” cəza tədbiri oldu, bir mülki erməninin burnu qanamadı, bir rus hərbçi xəsarət almadı. Bəli, bizim 4 faiz ərazimiz işğaldadır və separatizmin bölgədə uzunömürlü olmasına imkan verə bilmərik, amma reallıqlar var və soyuq ağılla siyasət yürütməliyik".

Ekspertin fikrincə, dövlət də cəmiyyət kimi çox yaxşı bilir ki, Araikin, Balasanyanın, oradakı qanunsuz dəstələrin cəmi 3 saatlıq canı var: “İki ”Bayraktar" kifayətdir ki, bir sutka içində bayrağımız Xankəndi, Xocavəndin mərkəzi və Xocalıda sancılsın. Yəni bu, hərbi amillə bağlı deyil, ona qalsa Hadrutda yerləşən “Komandos” briqadalarımız terrorçuların qısa zamanda meyitlərini ərazilərdən çıxarar, sadəcə, siyasi faktorlar mövcuddur, özəlliklə Rusiya burada mötərizə içində qeyd olunmalıdır, eləcə də Qərb ermənilərin yanındadır. Bax, bu kontekstdə biz işimizi səliqəli, ehtiyatlı görürük, addım-addım irəliləyirik, separatçıların son hadisələrdən sonra nəfəsi kəsilməkdədir, onların meydanı daralır, hər halda, irəliləyən bizik, zaman və gedişat əleyhimizə işləmir, tam əksinə, 6 ay əvvəllə müqayisədə indi nəzarət etdiyimiz ərazilər daha da artıb".

Xəbər lenti