|
"Tərtər işi" ilə bağlı həbs edilən - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə Bakı Hərbi Məhkəməsində qərar elan olunub.
Qərarta əsasən, həmin şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
Qeyd edək ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, həmçinin Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona müvafiq ittiham elan olunub.
Azərbaycan Ordusunun Goranboy rayonunda yol qəzasında həlak olan hərbi qulluqçusu Ərəblinski Vahid Maarif oğluna şəhid statusu veriləcək.
"Report məlumatına görə, qanunvericiliyə əsasən, V.Ərəblinski şəhid statusu alacaq.
Qeyd edək ki, avqustun 26-sı saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
O, Zaqatala rayonu Aşağı Tala kəndində dəfn edilib.
Faktla bağlı Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, polis əməkdaşlarının keçirdiyi növbəti əməliyyat nəticəsində “Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.
Qafqazinfo məlumata görə, saxlanılanlar arasında bir neçə gün əvvəl bloqer Nail Kəmərlinin həmin ərazidə hazırladığı reportajda çıxış edən şəxs də var. Belə ki, N.Kəmərlinin suallarını cavablandıran, bəzi narkotik istifadəçilərinin “yaxşı kişi” olduğunu deyən, narkotik satanları isə “deşovıy”, yəni ucuz adlandıran şəxs də tutulan şəxslər arasındadır. Həmin şəxsin danışıq tərzi və sair xeyli maraq doğurduğundan görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının avqustun 23-də həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə Vüqar Muradxanov yaşadığı küçədə saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq (1040 qram) güclü təsiredici xüsusiyyətə malik narkotik vasitə olan heroin aşkar edilib.
Onun barəsində cinayət işi açılıb və təcridxanaya göndərilib.
Bərdə rayonunda dörd nəfər yeniyetmə qızı zorlayıb.
14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.
Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:
“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.
Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərindəki partlayışın səbəbi məlum olub.
Oksigen avadanlığı sexində yüksək təzyiqli konteynerlərin partlaması nəticəsində güclü yanğın baş verib.
***
Azərbaycan Respublikasının Xankəndi şəhərində güclü partlayış olub.
Videolar sosial şəbəkələrin erməni seqmentində yayılıb.
Partlayışın səbəbləri barədə dəqiq məlumat verilmir.
Bəzi məlumatlara görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.
Xeyli vaxtdır narkomaniya ilə bağlı videolar çəkən bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.
“Bu barədə bloqer sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. Açar seçmə yolu ilə maşının qapısını açaraq oradan videoların çəkilişi üçün istifadə edilən “Canon” markalı fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.
Avqustun 25-nə olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-36° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-38° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evində qeydə alınıb.
Əflatun Kərimov "Xəzər Xəbər"ə deyib ki, mətbəxdən çıxıb oğluna kömək etmək istəyərkən həmin şəxslər ona da hücum edərək döyməyə başlayıblar. Daha sonra onlardan biri evdə axtarış aparmağa başlayıb.
Xalq artistinin qardaşı hadisə ilə bağlı polisə məlumat verib. Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox çəkməyib ki, polis quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva, və Jalə Mahmudovanı saxlayıb. Onlar ifadələrində bildiriblər ki, sözügedən mənzili səhv salıblar.
Faktla bağlı dəstə üzvləri barəsində quldurluq maddəsi ilə cinayət işi başlanıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Avqustun 11-də Ağsuda baş vermiş yanğının qəsdən törədildiyi məlum olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
Avqustun 21-də dənizdə ("Şüvəlan" sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində meyit tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.