![]() |
|
Sumqayıt Apellyasiya Məhkəməsində Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Report verdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.
Qeyd edək ki, 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb.
İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Səkkiz erməni hərbçi qarşı tərəfə təhvil verilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Respublikasının Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənmişdir.
Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.
Yol-xeber.az bildirir ki, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Xarici KİV xəbər verir ki, iranlı ər 17 yaşlı arvadının başını kəsib.
Məlum olub ki, 17 yaşlı yeniyetmə daha əvvəl həyat yoldaşının təzyiqlərindən bezərək Türkiyəyə qaçıb. Lakin daha sonra ailəsi tərəfindən yenidən İrana aparılıb. Barıəsində edam qərarı verilən 17 yaşlı gəncin başı əri tərəfindən kəsilib. Hadisədən arvadının kəsilmiş başını əlinə alaraq şəhər meydanında dolaşıb.
Hadisədən sonra qatil ər və qızın qardaşı polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı Xuzistan Baş Prokurorluğunun verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Bu gün Əhvazda qətl hadisəsi baş verib və daha sonra qatil şəhərin küçələrindən birində insanların psixoloji təhlükəsizliyinə xələl gətirərək qətl törətdiyini nümayiş etdirib. Polisin səyi və lazımi məhkəmə qərarlarının verilməsi ilə qətlin səbəbkarları hadisədən sonra müəyyən edilərək həbs edilib. Əyalət məhkəməsi bu hadisədə təqsirləndirilən şəxslərlə tez bir zamanda məşğul olacaq”, – açıqlamada bildirilib.
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə "Gənclər şəhərciyi" ərazisində qeydə alınıb.
Belə ki, "Lexus"markalı avtomobil idarəetməni itirmə nəticəsində qəza baş verib.
Yolda tıxac yaranıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Polis hadisənin baş vermə səbəbini araşdırır.
Qəza avtomobilin Bakı istiqamətinə hərəkəti zamanı baş verib.
Ölkə.Az
Salyanda qaz partlayışı nəticəsində bir ailənin 3 üzvü yanıq xəsarətləri alıb.
Report məlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənddə Qurbanovlar ailəsinə məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Ölkə.az xəbər verir ki, sosial şəbəkələrdə Rasim Məmmədovun qazini təhqir edən videosu yayılıb.
Belə ki, yayılan videoda Rasim Məmmədov birinci Qarabağ müharibəsi veteranının üzünə tüpürür.
Qeyd edək ki, Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır.
Daxili İşlər Nazirliyi Rasim Məmmədovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Ölkə.az-a daxil olan məlumatda qeyd edilir ki, vətəndaş Rasim Məmmədov 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyüb çölə çıxmasını tələb etmişdir. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsinə uyğun olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Fevralın 3-də Rasim Məmmədov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılmışdır.
Onu da qeyd edək ki, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədovun müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərə qarşı da qanunazidd hərəkətlər etməsi ehtimal olunur. Odur ki, onun belə əməllərindən zərərçəkmiş şəxslər varsa bu barədə DİN-in 102 Zəng-Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edə bilərlər.
Özünü "İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov saxlanıb.
Musavat.com xəbər verir ki, Rasim Məmmədovdan hüquq-mühafizə orqanlarına bir neçə vətəndaş şikayət edib. Saxlanma əməliyyatını ərazi üzrə Sumqayıt polisi həyata keçirib.
Xatırladaq ki, Rasim Məmmədov daha əvvəl məktəb direktoru olan bacısının qalmaqalı ilə gündəmə gəlmişdi.
Belə ki, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın jurnalisti təhqir etməsi ilə bağlı səs yazısı yayımlanmışdı. Bundan sonra Rasim Məmmədov bacısını müdafiə edən çıxışlar etməyə başlamışdı. Bir müddət sonra Nailə Məmmədova işdən çıxarıldı.
Rasim Məmmədovun saxlanma anının əməliyyat görüntülərini təqdim edirik:
Bakıda cinsi azlıq nümayəndələri ilə insident yaşanıb.
Yol-xeber.az xəbər verir ki, hadisə zamanı 2 transgender fərdi qarşı tərəflə mübahisə edib, ardınca isə mənzilin əşyalarına ziyan vurub.
Cinsi azlıq nümayəndəsi "Bu dəqiqə özümü doğrayaram. Sən bilirsən mən kiməm?", - deyərək oğlanlarla mübahisə edib.
Məlumata görə, videodakı transgender fərdləri müştəri qismində tanımadıqları şəxslərin evinə gedib. Daha sonra ortaya çıxıb ki, həmin şəxslərin onlarla görüşmək niyyəti olmayıb, sadəcə, ələ salmaqları üçün cinsi azlıqları çağırıblar. Bu səbəbdən onlar arasında münaqişə yaşanıb.
Görüntülər sosial mediada yayıldıqdan sonra transgender etdiyi hərəkətlərdən peşman olaraq üzr istəyib.