![]() |
|
"Qətliamın törədilməsindən 30 il ötür.
1992-ci ilin 10-12 fevralında erməni qeyri-qanuni silahlı birləşmələrinin Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə hücumu nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndi rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4 000 nəfərə yaxın əhali yaşayırdı.
Qarabağ müharibəsi başlanan andan bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi.
Fevralın 5-də kəndlərin üzərində uçan helikopter sakinlərə üzərində yaşayış yerlərini tərk etmək üçün iki gün vaxt verildiyi yazılan bildirişlər paylayıb. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış helikopterlə mümkün olub. Şuşaya uçan axırıncı helikopter isə yanvarın 28-də ermənilər tərəfindən vurulub.
Fevralın 10-u gecə yarısı erməni silahlı birləşmələri Malıbəyliyə hücum edib. Qadın və uşaqlar Quşçular kəndinə qaçıb. Bütün evlər yandırılıb. Ümumilikdə isə hər iki kəndin sakinləri səhərə qədər düşmənlə vuruşub.
Məhz Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərindəki qətliamdan sonra yüzlərlə günahsız azərbaycanlının qanı axıdılan Qaradağlı, Ağdaban soyqırımları və əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verib.
Xəbər verdiyimiz kimi 90-cı illərin Qarabağ Müharibəsi zamanı, daha dəqiq 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin bir gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatının detalları üzə çıxıb. Respublika Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev kriminialqafqaz.az-a cinayət işinin istintaqı barədə arayış göndərib.
K.Əliyev sənəddə qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb.
Kamal Əliyev bildirir ki, istintaq zamanı əslində Nəcməddin Sadıkovun yazdığı raportun yalan olduğu üzə çıxıb. Müstəntiq 1994-cü ildə Nəcməddin Sadıkov, Elbrus Orucov, Vasyak Aleksandr Petroviç və digərləri barəsində dövlətə xəyanət və vəzifə səlahiyyətlərini aşma (hazırkı redaksiyada Cinayət Məcəlləsinin 274 və 341-ci maddələr) ittihamını irəli sürüb:
“Baş Qərargah rəisi Nəcməddin Sadıkov və digərləri haqqında şübhəli şəxs qismində tutma protokolları tərtib edib, onların müttəhim kimi cinayət məsuliyyətinə cəlb olunmaları barədə qərar qəbul etdim”.
Müstəntiq K.Əliyev daha sonra bildirib ki, Nəcməddin Sadıkovun həbsinə nail ola bilməsə də, həmin olaylardan sonra Sadıkov Müdafiə Nazirliyinin əməliyyat, kəşfiyyat və XTQ-ə müdaxilədən, həmin strukturlardan informasiya alma imkanlarından məhrum edilib.
Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovdan açıqlama alıb.
O, açıqlamasında yuxarıda qeyd edilən ittihamlarla bağlı bunları deyib:
“Mən hal-hazırda çox məşğulam. Haqqımda yazılanları oxumuşam, xəbərim var. Hazırda bu barədə danışa bilmirəm. Üzr istəyirəm, məni narahat etməyin!”.
Baş prokuror "Tərtər işi" ilə bağlı bəraətverici əsaslar olmadan xitam verilmiş qərarı ləğv edib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilən 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib.
"Onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.
"Tərtər işi" ilə bağlı hərbi qulluqçulara işgəncə verən şəxslər həbs edilib.
Bu barədə Yol-xeber.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yeni əməliyyat həyata keçirib.
Yol-xeber.az xəbər verir ki, istifadəyə yararsız ətin satışı ilə məşğul olan mütəşəkkil dəstəyə qarşı keçirilən əməliyyat gizli kamera vasitəsilə anbaan lentə alınıb.
Polis əməkdaşı şərti alıcı qismində dəstə üzvləri ilə əlaqə yaradıb. Danışıqlardan sonra alıcıya şübhə etməyən dəstə üzvü dəstənin Azik adlı rəhbəri ilə görüşdürüb. Görüş yeri dəstəyə məxsus fermanın saxlama yeri olub.
Görüntüləri təqdim edirik:
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Lent.az-a açıqlamasında bildirib ki, 34 yaşlı Mirzəxanova Elnarə Minətulla qızı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun müalicəsi davam etdirilir.
Qardaşını və arvadını güllələyib öldürdü
Türkiyə mətbuatı xəbər verir ki, hadisə axşam saat 4 radələrində İstanbulun Silivri məhəlləsində baş verib.
Qardaşı ilə miras məsələsi üstündə mübahisə edən şəxs axşam saatlarında onun evinə gəlib.
İki qardaş evdə yenidən mübahisə etməyə başlayıblar. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilib. Bu zaman böyük qardaş üzərində olan silahı çıxararaq, qardaşını və onun həyat yoldaşını güllələyib. Ağır güllə yarası alan ər arvad elə hadisə yerində keçinib.
Silah səslərini eşidən qonşular polisə xəbər veriblər.
Qanlı cinayəti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Azərbaycanda polis əməkdaşı ağır xəstəlikdən ölüb.
Yol-xeber.az-ın əldə etdiyi məlumata görə, 39 yaşlı Məmmədov Tural Şahid oğlu bir neçə gün əvvəl dünyasını dəyişib.
O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, T.Məmmədov 18 il Şəki şəhər Polis Şöbəsində işləyib.
T.Məmmədov daim öz vəzifəsini layiqincə yerinə yetirdiyi üçün 2 dəfə fərqlənmə medalı ilə təltif edilib, 2 dəfə də fərqlənmə dərəcəsi alıb.
Ölümündən sonra işlədiyi yerdə adına xüsusi güşə yaradılıb.
Ailəli olan polis əməkdaşının özündən sonra 2 övladı yadigar qalıb.
O, dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib
“Azpetrol”da rəhbər vəzifələrdə çalışmış Ramiz Yusifov vəfat edib.
Publika xəbər verir ki, uzun illər şirkətdə komitə sədri, departament müdiri və baş direktorun birinci müavini kimi çalışmış R.Yusifov 86 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Yusifov Ramiz Yusif oğluAzərbaycan geoloq alimi, geologiya elmlər üzrə fəlsəfə doktoru, professor, təcrübi-metodiki geofiziki ekspedisiyanın baş geoloqu (1980-1997), Boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958 -ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə Beynəlxalq dərəcəli hakim olub. O, dəfələrlə Avropa və Dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib. Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü, Veteranlar Şurasının sədri və Prezident təqaüdçüsüdür.
R.Yusifov "Azpetrol LTD"nin baş direktorunun birinci müavini və təhlükəsizlik xidmətinin rəisi, həmçinin ictimaiyyətlə əlaqə departamentinin müdiri vəzifələrini icra edib. O, tanınmış dövlət xadimi Yusif Yusifovun oğludur.
Allah rəhmət eləsin!
İmişli Rayon İcra Hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə saxta “COVID-19” pasportu verməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə “COVID-19” əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.