12 yaşlı yeniyetmənin atası tərəfindən zəncirlə ağaca bağlanaraq döyüldüyü iddia olunur. Hadisənin baş verdiyi ünvan kimi Tovuz rayonunun Cəlilli kəndi göstərilir.

Övladını ağır şəkildə döydüyü iddia olunan Şahin Mustafayevin valideynləri hadisənin konteksdən çıxarıldığını və əslində deyildiyi kimi baş vermədiyini iddia edirlər. Onlar övladlarının nəvələrini tərbiyə etmək üçün vurduğunu bildirirlər.
 
Azyaşlı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Uşaq özü də atası tərəfindən pis vərdişlərinə və nadincliyinə görə döyüldüyünü etiraf edir. Bununla belə o, yaşına uyğun olmayan hərəkətlərə yol verməsinə haqq qazandırmağa çalışır...
 
Şahin Mustafayevin 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi iddiası Tovuz Rayon Polis İdarəsində araşdırılır.
 
Qeyd edək ki, azyaşlı sol qolundan ağır zədələr alıb və bədənində müxtəlif əziklər var.

Ermənistanda Azərbaycanla bağlı bütün məlumatlar xalqa təhrif olunaraq çatdırılır.

Bunu erməni fəalı İşxan Verdyan “Baku TV”-yə eksklüziv müsahibəsində “Erməni cəmiyəti sizin sülh çağırışlarınızı eşidirmi?” sualına cavab olaraq bildirib.

O, qeyd edib ki, bu, üçtərəfli bəyanatın reallaşdırılmasını istəməyənlərin işidir.

Daha ətraflı “Baku TV”-nin süjetində:

Erməni tərəfi cəbhədəki itkilərini hər cəhdlə gizlətməyə çalışır, bu ölkənin siyasətçiləri isə ölkənin müdafiə idarəsinin yaydığı rəsmi məlumatları da şübhə altına alır.

Bu fikir “Caliber” analitik layihəsinin “YouTube” səhifəsində yayımlanan növbəti süjetdə səsləndirilir və layihənin müəllifləri tərəfindən konkret faktlarla sübut edilir.

“Kapitulyasiya etmiş erməni ordusunun şəxsi heyətinin itkilərinin gizlədilməsi üzrə ixtisaslaşmış Qaqik Şamşyan atıcılarımızın sərrast atəşilə sıradan çıxarılan Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbçiləri Mqer Qriqoryan (1991) və Artyom Akopyanın (1988) ölümünü də növbəti qurma yol nəqliyyat hadisəsi ilə ört-basdır etməyə çalışır. Onun öz resursunda yerləşdirdiyi reliz və fotoda yalnız 3-cü seriya BMW görünür. Qəzanın ikinci tərəfi, hər hansı bir insan və ya heyvan cəsədinin izləri, yaxud da hadisənin səbəbi ola biləcək dirəyin belə təsvirləri yoxdur”, - deyə videomaterialda qeyd olunur.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Report” xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə şahidlər dindiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Azərbaycan tələbə yol qəzasında dünyasını dəyişib.

Yol-xeber.az xəbər verir ki, qəzada həlak olan gənc Memarlıq və İnşaat Universitetinin tələbəsi Natiq Abdullayev olub.

Hadisə şahidlərinin sözlərinə görə, tələbə ensiz yolda yüksək sürətlə hərəkət edərkən qarşısına yük maşını çıxıb. O, manevr etmək istəsə də, idarəetməni itirərək yük maşınına çırpılıb.

Məlumata görə, vəfat edən 23 yaşlı gənc naxçıvanlı olub.

Həmin görüntüləri təqdim edirik:

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub.

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür", - deyə nazirlikdən bildirilib.

Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.

Yol-xeber.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.

Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.

Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.

Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub

Dövlət Təhlükəsizliyi Xidməti dövlətin ordu quruculuğu sahəsində qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı mübarizə tədbirlərini davam etdirir.

 DTX-nin saytı xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıb. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin özünün “Instagram” sosial şəbəkəsindəki səhifəsində paytaxtın Yasamal rayonunda ananın öz körpəsini daşın üzərinə qoyaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılıb.

Prokurorluqdan Yol-xeber.az-a bildirilib ki, araşdırmalarla Rövşanə Kərimovanın azyaşlı uşağı ilə birlikdə küçələrdə dilənməsi, tüfeyli həyat tərzi keçirməsi, daimi yaşayış yerinin olmaması, narkotik vasitə aludəçisi olması müəyyən edilib.

Qeyd olunan səbəblərə görə onun barəsində müvafiq məlumatlar toplanılaraq aidiyyəti yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına təqdim olunub.

Rövşanə Kərimovanın azyaşlı uşağının dövlət himayəsində olan uşaq müəssisəsinə yerləşdirilməsi qərara alınıb. 

Mövcud vəziyyətdə uşağın təhlükəsizliyinin təmin edilməsi üçün Baş Prokurorluq tərəfindən aidiyyəti rayon məhkəməsinə Rövşanə Kərimovanın valideynlik hüququnun məhdudlaşdırılması barədə mülki iddia qaldırılıb.

Şamaxı rayonunda polis əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.

Yol-xeber.az report-as istinadən xəbər verir ki, hadisə rayonun Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, polis serjantı İdrak Alıyev öz evinin həyətində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində vəfat edib.

Hadisə onun xidmətdənkənar olduğu vaxt baş verib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti