![]() |
|
Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.
Yükdaşıma xidmətləri ilə məşğul olan və bu yaxınlarda barəsində cinayət işi qaldırılaraq həbs edilən "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərovla bağlı istintaqa xeyli şikayətlər daxil olub.
"Report" məlumatına görə, R.Cəfərovun Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min ABŞ dollarından çox dəyəri olan yükü ələ keçirdiyi, Anar İsgəndərov, Elman Əkbərov, İftixar Mehdiyev və Əlikram Məmmədov adlı vətəndaşlara məxsus ümumilikdə 68 min ABŞ dolları dəyərində mal və məhsulların daşınmasında onlara maddi ziyan vurduğu üzə çıxıb.
Habelə anoloji qanunazidd hərəkətləri ilə bağlı Alim Hüseynovun da şikayətçi olduğu məlum olub.
Qeyd edək ki, fevralın 17-i səhər saatlarında "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlayıblar. Nəticədə saatlarla süni tıxac yaranıb. Hadisə ilə bağlı R.Cəfərov, Mirələm Məmmədov, Bəxtiyar Məmmədov və Elvin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə R.Cəfərovun barəsində 2 aylıq həbs qətimkan tədbiri qərarı çıxarılıb. Digər şəxslər isə 30 sutka həbs olunublar.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.
İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Balakəndə ictimai qaydanı pozmaqda ittiham edilən sürücü saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, şəhər sakini Asif Əzizov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri edib və həmin əməllərini özünün “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.
İntizamsızlıq edən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Asif Əzizov sürücülük hüququndan 1 il müddətinə məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
İlisu Dövlət Təbiət Qoruğunun yüksək və mürəkkəb relyefli dağlıq ərazisində gecə saatlarında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülsə də, lakin səhər saatlarında külək nəticəsində bəzi hissələrdə yenidən alovlanma baş verib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. O qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları və kənd sakinləri tərəfindən dağlıq və çətin relyefli ərazidə əl əməyindən istifadə olunmaqla alovlanan və közərən sahələrin tam söndürülməsi istiqamətində işlər aparılır.
***
00:16
Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.
“Report”a istinadla xəbər verir ki, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.
Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.
Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın 2 saatdan sonra lokallaşdırılıb.
Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə quru ağaclar yanıb.
Gəncədə bıçaqlanma hadisəsi verib.
APA xəbər verir ki, 1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstənin yarası tikilib,vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşıdır.
Hadisə onun xidməti vaxtı baş verib.
Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Jurnalistlərə qarşı nəzakətsiz davranış nümayiş etdirib, təzyiq göstərən polis əməkdaşı işdən çıxarılıb.
Bu barədə baku.ws-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, nəinki jurnalist, heç bir şəxsə qarşı belə bir hər hansı hüquqazidd əməl törədilməsi qəbul edilməzdir:
“Hər bir halda hüquqazidd əməl qəbuledilməzdir. O cümlədən jurnalistlərə qarşı nəzakətsiz davranışına görə həmin polis əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna görə, orada yaranan xoşagələməz halla bağlı intizam tənbeh tədbiri görülüb”, - deyə o bildirib.
Bakıda qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Təbriz küçəsində kütləvi dava zamanı 1993-cü il təvəllüdlü Alirzayev Fərid Adil oğlu ürəyindən bıçaqlanan qətlə yetirilib.
Hadisənin təfərrüatı Nərimanov rayon Prokurorluğunda araşdırılır.
Fevralın 18-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-12° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.
Əlavə məlumat veriləcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 4 TIR sürücüsünün bu gün etiraz əlaməti olaraq Bakının Heydər Əliyev prospektini bağlamasına, nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətini (DANX) ittiham etməsinə münasibət bildirib.
Nazirlikdən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən ilin iyun ayından DANX beynəlxalq daşıma icazələrinin bölüşdürülməsini yeni, şəffaf mexanizmin tətbiqi ilə həyata keçirir. İcazələrin bölgüsündə daşıyıcıların özlərinin də iştirak edir. Bölgünün nəticələri daşıyıcıların assosiasiyasının saytında ictimailəşdirilir. Əvvəlllər mövcud olmuş mənfi hallar tam və birmənalı dayandırılıb. Daşıyıcılar onlara ayrılan icazə blanklarını DANX-dan tam maneəsiz əldə edirlər. Blankların sayı məhdud olduğundan onların qabaqcadan real tələbatdan artıq alınması digər yerli daşıyıcıların qanuni mənafelərinə zərər vurmaqla yanaşı, beynəlxalq daşımalar həyata keçirən Azərbaycan daşıyıcılarının xarici bazarlara çıxışını məhdudlaşdırmaqla bazardakı mövqelərinin zəifləməsinə də səbəb olur.
Bu istiqamətdə nazirlik Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə əməkdaşlıq edir, daşıyıcıların real tələbatı haqqında məlumatlar mübadilə edilir. Yalnız bir daşıyıcı - Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub.
DANX-ın məsul əməkdaşlarının dəfələrlə qəbul edərək qanunvericilik barədə müvafiq izahatlar verməsinə baxmayaraq, R.Cəfərov müxtəlif vaxtlarda şantaj və hədə-qorxu yolu ilə ehtimal olunan real tələbatdan artıq sayda “İcazə” blankının alınması məqsədilə ictimai qaydanı dəfələrlə pozaraq qanunsuz əməllərə yol verib, hərəkətləri ilə Xidmətin normal iş ahəngini pozub.
Sonuncu dəfə 27 dekabr 2021-ci il tarixində R.Cəfərov növbəti bir qanunsuz əmələ yol verərək Xidmətin normal iş ahəngini pozub. Nəticədə xidmət Nərimanov rayon Polis İdarəsinə müraciət edib və polis əməkdaşlarının müdaxiləsindən sonra yük avtonəqliyyat vasitəsi Xidmətin inzibati binasının qarşısından götürülüb, R.Cəfərov barəsində məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs qərarı çıxarılıb.
R.Cəfərov əvvəllər də bir sıra qanun pozuntularına yol verib. Belə ki, Ədliyyə Nazirliyi Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsi DANX-a ünvanladığı 17 yanvar 2018-ci il tarixli məktubla lizinq müqaviləsi əsasında əldə etdiyi avtonəqliyyat vasitəsini qanunsuz yolla ölkədən çıxartdığına görə ona avtomobil nəqliyyatı ilə daşımalar üçün müvafiq icazələrin verilməsinin dayandırılmasını və verilmiş icazələrin etibarsız hesab edilməsinin təmin olunmasını xahiş edib.
Digər bir daşıyıcının 17 yanvar 2019-cu il tarixli məktubuna əsasən R.Cəfərov ona məxsus 99XE844/99ZA042 nömrəli nəqliyyat vasitəsi ilə 1 avqust 2018-ci il tarixində Türkiyə-Qazaxıstan marşrutunda beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsində şirkətin kustar üsulla hazırlanmış saxta ştampından istifadə edərək Türkiyədən Qazaxıstana daşıdığı yaş salfetka yükünü Gürcüstanda tütün məhsulları ilə əvəz edərək Rusiya ərazisinə keçib və orada yükü naməlum şəxslərə təhvil verib, nəticədə baş vermiş hadisəyə görə bu şirkətə Rusiyanın gömrük orqanları yükün ünvana çatdırılmaması və qara siyahıya salınması barədə xəbərdarlıq edib, onun işgüzar nüfuzuna xələl gətirilib.
Bu il R.Cəfərov DANX-dan müvafiq icazələr almayıb. O, xarici ölkədən yüklənmiş nəqliyyat vasitəsi olduğunu bildirdikdə icazəsiz bunu necə etdiyi sorğulanıb. Məsələyə aydınlıq gətirmək və dövlət orqanı ilə əməkdaşlıq etmək əvəzinə R.Cəfərov nəqliyyat vasitələrini şəhərin mərkəzi prospektinin 2-ci zolağında saxlayıb.
R.Cəfərovun beynəlxalq daşımalar sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərini dəfələrlə pozmağa meyilli daşıyıcı olduğunu və Azərbaycan avtodaşıyıcılarının adına ləkə gətirdiyini nəzərə alaraq, 10 yanvar 2022-ci il tarixindən etibarən “R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etidiriblər.
“İcazə blankları” verilərkən daşıyıcıların həmin blanklara cari tələbatı araşdırılır və onlar tərəfindən əvvəlki dövrlərdə həyata keçirilmiş beynəlxalq daşımaların həcmi nəzərə alınır. Bu istiqamətdə işlər davam etdirilir və qısa müddətdə icazələrin bölgüsünün idarə edilməsi üçün xüsusi elektron proqram təminatı istifadəyə veriləcək. Məqsəd icazələrin bölgü prosesində ədalət prinsipini qorumaq və daşıyıcıların icazələrə çıxışını daha da asanlaşdırmaqdır.