Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirlyinin birgə məlumatında deyilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmamışdır.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18.06.2015-ci il tarixdə, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olub ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürmüş, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoymuşdur.
Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir.

İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.

Yol-xeber.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Əbulfəz Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub:

“Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”.

Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə Lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-19-a yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .

Qeyd edək ki, E.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

 

 

 

 
 
 
Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanıldı

Sosial şəbəkələrdə narkotik vasitələr olan “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb.

DİN Mətbuat xidmətindən “Yol-xeber.az”ya verilən məlumata görə, onlardan 30 kiloqramdan artıq metamfetamin, o cümlədən  4778 ədəd psixotrop tərkibli həb aşkar edilib.

Suraxanı rayonunda əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib.

Yasamal rayonunda saxlanılan paytaxt sakini Anar Məmmədovun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, 9 ədəd “Metadon” həbləri aşkar olunub. Anar Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbləri, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib.

Yasamal rayonunda daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıb. Bu şəxslərin üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin sosial şəbəkələrə satışı zamanı nağdsız pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar edilib.

Nəsimi rayonunda əvvəllər dəfələrlə məhkum olunmuş Vadim Şəfiyev və Mərahim Şahbazov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 12 kiloqramdan artıq, o cümlədən 8 kiloqram 90 qram heroin, 2 kiloqram 725 qram tiryək, 1 kiloqram 375 marixuana və 2 ədəd elektron tərəzi aşkar edilib.

Onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən İlqar Bayramov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan 7 qrama yaxın çox təhlükəli narkotik vasitələr qrupuna aid “Kokain”, 117 qram “Bonzai”, 60 qram “Metamfetamin” 1124 ədəd narkotik tərkibli həblər və 1 ədəd elektron tərəzi aşkar edilib. 

İlqar Bayramova onlayn yolla narkotik vasitələr satan paytaxt sakini Samir Ağayev də saxlanılıb. Onun üzərindən və Nizami rayonunda yaşadığı evdən 632 ədəd “Ekstazi” həbi, 48 qram “Kokain” və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı bu şəxslərin sosial şəbəkələrdə müxtəlif profillər açaraq əsasən gənclər arasında narkotik vasitələrin və psixotrop tərkibli həblərin onlayn yolla satışını təşkil etdikləri məlum olub.

Sabunçu rayonunda saxlanılan Raib Hüseynovun üzərindən və yaşadığı evdən 400 qrama yaxın “Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.  

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələr vasitəsi ilə ölkə ərazisində narkotik vasitələrin satışını təşkil edən və xaricdən idarə olunan səhifələrə qarşı Daxili İşlər Nazirliyinin mütəxəssisləri tərəfindən daim xüsusi texniki vasitələrdən istifadə edilməklə əməliyyat tədbirləri həyata keçirilir. Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək və onlar polis əməkdaşları tərəfindən ifşa ediləcəklər.

“Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov və digərlərinin qanunsuz əməllərinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılmışdır.

Bu barədə "Ölkə.az"a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Pərviz Abbasovun həmin vəzifədə işləyərkən Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyevin köməkliyi ilə COVİD-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Pərviz Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilmişdir.
30 iyun 2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirir. Belə tədbirlər rayonun işğaldan azad olunmuş ərazilərində də keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində baş tutan növbəti tədbir zamanı meşə zolağı və göl ətrafında narkotik tərkibli bitkilər aşkar edilib.

Polis əməkdaşları tərəfindən çəkisi 1,2 tondan artıq olan 2682 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Hacıqabulda qonşular arasında dava düşüb.

Yol-xeber.az manset.az-a istinadən xəbər verir ki, rayonun Udulu qəsəbə sakini, 1982-ci il təvəllüdlü Atakişiyev Şükür Qüdrət oğlu münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.O, qulağının bir hissəsinin kəsilmiş diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Yol-xeber.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Dünya şöhrətli azərbaycanlı arxeoloq Rauf Munçayev vəfat edib.

Bu barədə  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, R.Munçayev Moskvada 93 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rauf Maqomedoviç Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub. O, 1945-49-cu illərdə Dağıstan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində, 1949-1953-cü illərdə Moskvada SSRİ EA Maddi Mədəniyyət İnstitutunun (indiki Arxeologiya İnstitutu) aspiranturasında arxeologiya ixtisası üzrə təhsil alıb. 1953-cü ildə tarix elmləri namizədi, 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub. Bu ekspedisiya 1985-ci ilə qədər İraqda, 1988-2010-cu illərdə isə Suriyada e.ə. VIII-III minilliklərə aid abidələrdə arxeoloji qazıntılar aparıb.

R.Munçayev 20 ildən artıq bir müddətdə (1968-1991) SSRİ kimi nəhəng bir ölkənin Elmlər Akademiyasının Arxeologiya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışıb. 1991-1994-cü illərdə artıq Rusiya EA-nın Arxeologiya İnstitutunun direktoru vəzifəsini icra edib, 1994-2003-cü illərdə isə həmin institutun direktoru vəzifəsində işləyib.

Dünya şöhrətli arxeoloq R.Munçayev gərgin və məhsuldar elmi fəaliyyətinə görə Rusiya Federasiyasının bir sıra mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin!

 

 

 

 
 
 

Bakıda külli miqdarda dəyəri olan prezervativlərin oğurlanması ilə bağlı polisə şikayət daxil olub.

Bu barədə iyulun 4-də İran vətəndaşı, 1971-ci il təvəllüdlü Moeinifard Seyidmohammad Mirvəliyullah Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək məlumat verib.

O bildirib ki, AFEN Plazada yerləşən və icarəyə götürdüyü anbardan 663 600 manat dəyərində rezin qoruyucu oğurlanıb.

Araşdırma zamanı məlum olub ki, malları həmin anbarın sahibi, 1962-ci il təvəllüdlü Əbülfət Əliyev və şəriki – İran vətəndaşı, 1977-ci il təvəllüdlü Bayat Hassan Alı ona məlumat vermədən Novxanı qəsəbəsində yerləşən başqa bir anbara yığıblar.

Araşdırma davam etdirilir.Qafqazinfo

Xəbər lenti