![]() |
|
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə "Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
İyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında “TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.
DİN-dən "Yol-xeber.az"a verilən məlumata görə, nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub.
Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov qısa zamanda saxlanılıblar. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.
Qeyd edək ki, bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün barələrində toplanmış materiallar məhkəmələrə göndərilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
"Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".
44 günlük müharibə zamanı Ermənistanda qəhrəman elan edilmiş ikinci dərəcəli "Döyüş xaçı" medalının sahibi Artur Aqasyanın cəsəd qalıqları tapılıb.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Artur Aqasyan 2016-cı ilin Aprel döyüşləri zamanı da kiçik çavuş rütbəsində Azərbaycana qarşı vuruşub.
2016-cı ilin may ayında ona leytenant rütbəsi, 2018-ci ilin mayında isə baş leytenant rütbəsi verilib.
Artur Aqasyanın cəsədinin qalıqları Tərtərin işğaldan azad olunmuş Suqovuşan qəsəbəsində tapılıb.
Axtarış aparan dəstənin üzvü olan əsgər Aqasyanı cəsədin üstündə tapılan xaçdan, bıçaqdan və telefondan tanıyıb.
Qeyd edilir ki, Arturun qardaşı Arsen Aqasyan da qalıqları bir neçə ay əvvəl Qarabağda aşkarlanıb və şəxsiyyəti DNT analizi ilə müəyyən edilib.
Bərdə rayonunun Mirzalıbəyli kəndində sexdə yanğın olub.
"Yol-xeber.az" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, kağız emalı sexinə aid ümumi sahəsi 430 m² olan birmərtəbəli tikilinin dam örtüyünün taxta atmaları qarsalanıb, içərisində olan 80 ton kağız mallarının 10 tonu yanıb. Tikilinin və kağız malların qalan hissəsi yanğından mühafizə olunub.
Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, ədliyyə mayoru Fərəc Sayılova ağır itki üz verib.
F.Sayılovun atası Nuhbala Sayılov vəfat edib.
Allah rəhmət eləsin!
Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.
"APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yol-xeber.az"a verilən məlumat görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi “Vaz 2106” markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar.
Keçirilən baxış zamanı F.Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, 1 ədəd bıçağa bənzər kəsilici alət aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərinə aparmaqla orada satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər.
Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İyulun 14-də, saat 21.00 radələrində 1 nəfər şəxsin rayon ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Göygöl rayon prokurorluğunfan məlumat verilib. Prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini, 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən "Bənövşəli yaylağı" adlanan ərazidə kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşmüş, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Göygöl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
Ötən gün Qış parkında əxlaqsız hərəkətlərə yol verən şəxslərdən birinin 1994-cü il təvəllüdlü Kərimova Lamiyə olduğu üzə çıxıb.
Daxili İşlər Nazirliyi (DİN) sözügedən faktla bağlı tədbir görüb.
DİN-dən "Yol-xeber.az"ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan videoda görüntülənən şəxslər atıq polis əməkdaşları tərəfindən müəyyən edilib:
"Araşdırma zamanı onların həmin vaxt sərxoş olduqları da məlum olub. Onlarla profilaktik söhbət aparılıb və ciddi xəbərdar olunublar".
Qeyd edək ki, həmin şəxslər günorta radələrində Bakının Qış parkında paltarlarını soyunaraq intim hərəkətlərə yol verib.