|
"Ölkə.Az" xəbər verir ki, təqdimat təmin edilib və Rasim Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
O, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəninin və oğlunun şikayəti əsasında tutulub.
Binəqədi Rayon Məhkəməsində gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atan İdris Məhərrəmov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Ölkə.Az"ın xəbərinə görə, məhkəmə təqdimatı təmin edib.
Qərara əsasən, İ.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 27-i gecə saatlarında Nəsimi rayonu ərazisində zibil qutularından naməlum qadının doğranmış meyiti aşkarlanıb. Yanvarın 28-də məlum olub ki, həmin şəxs 32 yaşlı Banu Məhərrəmovadır. Onu 75 yaşlı qayınatası İdris Məhərrəmovun öldürdüyü məlum olub. Hadisə isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İdris Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, selofan və kisələrdə qonşu Nəsimi rayonuna apararaq, zibil qabılarına atıb.
Hadisədən sonra İdris Məhərrəmov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
55 erməni əsirlikdən azad edilərək qarşı tərəfə təhvil verilib.
Rusiya sülhməramlılarının səyi nəticəsində indiyədək 55 Ermənistan vətəndaşı və 15 Azərbaycan vətəndaşı əsirlikdən azad etmək ümmkün olub.
Bu barədə Qarabağda yerləşən Rus sülhmərmalı kontingentinin rəisinin müavini polkovnik Dmitriy Perepelkin deyib.
Onun sözlərinə görə, axrıncı dəfə yanvarın 28-də 5 Ermənistan və 1 Azərbaycan vətəndaşı əsirlikdən azad edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədovla bağlı bu gün məhkəmə qərar verəcək.
Qafqazinfo verdiyi xəbərə görə, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.
R. Məmmədovun yanvarın 28-i təxminən saat 17 radələrində saxlanıldığı bildirilir.
Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.
Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.
“Report” xəbərinə görə, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərdə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətinə hərəkətdə olub.
Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.
Daha sonra həmin mikroavtobusun sürücüsünə "Nəvai" postu ərazisində DYP əməkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.
Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən yenə də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, rayon polis şöbəsi əməkdaşlarına təhvil verilib.
Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Kərimli Mətləb Teymur oğludur.
O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D kateqoriyası, nə də etibarnaməsi olmayıb. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə, T.Kərimliyə də protokol tərtib edilib.
Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb.
“Ötən gecə Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması nəticəsində yaralanan üç şəxsin müalicəsi davam etdirilir”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, gecə saatlarında brakonyer Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisində qanunsuz balıq ovu üçün daxil olublar:
“Onlar əməkdaşlarımıza atəş açıb. Üç nəfər yaralanıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.
O qeyd edib ki, nazirliyin əməkdaşları hadisə baş verən əraziyə ezam edilib:
“Daha geniş məlumat veriləcək”.
***
Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalarla 27 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.
Federasiyadan "Report"a verilən məlumata görə, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.
Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.
Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.
Azərbaycan aktyoru, rejissor dublyajist, Əməkdar mədəniyyət işçisi Arif Həbibi vəfat edib.
Oxu.az xəbər verir ki, bu barədə onun qızı İlhamə Həbibi öz “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
Arif Həbibi 1943-cü il iyunun 1-də İran Astarasında anadan olub.
1967-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissor fakültəsini bitirib və həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayıb. Dublyaj üzrə ali dərəcəli kinorejissor olub.
Azərbaycan Kinematoqrafiya İttifaqının üzvü olub. Xarici ölkələrdə istehsal olunan bədii, sənədli və cizgi filmlərini ana dilinə dublyaj və tərcümə edib.
R.İbrahimbəyevin “Sınıq körpülər” filminin rus dilindən tərcüməçisi və səslənmə rejissoru olub. Mədəniyyət və İncəsənət Universitetində dublyajdan dərs deyib.
“Kral Lir”, “Rüstəm Zal haqqında əfsanə”, “Qırmızı çadır”, “Rezidentin səhvi”, “Əlahəzrətin adyutantı”, “Səyavuş”, “Qaraqulaq ağ Bim”, “Karnaval”, “İmam Əli”, “İudanın arvadı”, “Mənim üç bacım”, “Ağbəniz”, “Mauqli”, “Gəlinlərin qiyamı” və s. filmləri dublyaj edib.
"Ölkə.Az"a daxil olan rəsmi açıqlamada deyilir:
"Yanvarın 27-də saat 01 radələrində Nəsimi rayonu 4-cü mikrorayon, Əlisgəndər İsgəndərov küçəsində məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularında 4 ədəd kisədə və 1 ədəd selofan torbada doğranmış vəziyyətdə naməlum qadın meyitinin hissələrinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsi, cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin İran İslam Respublikası dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun bərpa edilməsi tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin İran İslam Respublikası ilə dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.
Son günlər ərzində Cəbrayıl rayonunun Həsənli kəndi yaxınlığında 80 ədəd tank əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.