Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Rusiya sülhməramlıları Xankəndi şəhərindəki poliqonda ZTR-82 ştatlı texnikadan planauyğun atəş açılması təlimi keçirib.

 Report xəbər verir ki, təlim zamanı zirehli texnikanın ekipaj üzvləri nəzəri və praktik tapşırıqları icra ediblər.

Manevrə 200 rusiyalı hərbçi qatılıb.

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və bu barədə S. Müslümovun yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.

Məlumatda bildirilir ki, sabiq nazir sürücüsü və yaxın qohumu ilə birlikdə saxlanılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən S.Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, sabiq nazirin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah, yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa, bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".

Sabiq Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs edilib.

Unikal.orq xəbər verir ki, hüquq mühafizə orqanları tərəfindən keçmiş məmur ciddi korrupsiya faktları ilə saxlanılıb.

Səlim Müslümov kimdir?

Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.

2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.

S.Y.Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.

17.01.2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona gömrük xidməti general-mayoru rütbəsi verilmişdir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Rus və ingilis dillərində sərbəst danışır.

Evlidir, 3 övladı var.

Sabiq nazir Səlim Müslümov həbs edilib.

Unikal.org xəbər verir ki, keçmiş məmur hüquq mühafizə orqanları tərəfindən korrupsiya faktlarının araşdırılması ilə bağlı saxlanılıb.

Qeyd edək ki, S.Müslümov DSMF sədri, daha sonra isə Əmək və Əhalinin sosial müdafiə naziri vəzifəsində çalışıb. 

Xatırladaq ki, 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən o, vəzifəsindən azad edilib.

Həbs xəbərini S.Müslümovun yaxınları Unikal.org-a təsdiqləyiblər.

Tovuz rayonunda poçt binasında yanğın baş verib.

7news.az bildirir ki, hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Tovuz Rayon Şöbəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın mühasibatlıq otağında yaranıb və hadisə kondisionerdən olub.

Saatlıda toy edənlər saxlanılıb

Saatlı rayonunda yaşadığı evin həyətində toy keçirənlər müəyyən edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, fevral ayının 2-də Saatlı RPŞ-nin əməkdaşları tərəfindən rayonun Bəylər kənd sakini B. Ağamirzəyevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

 

 
 
Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Şəhər sakini, 1950-ci il təvəllüdlü Mahir Quliyev ailə münaqişəsi zəminində qardaşı arvadını, gəlinini və nəvələrini bıçaqlayıb.

Nəticədə qardaşı arvadı, 1967-ci il təvəllüdlü Ofeliya Quliyeva ölüb, 1984-cü il təvəllüdlü Günay Quliyeva , 2006-cı il təvəllüdlü Malik Quliyev və 2002-ci il təvəllüdlü Sevinc Quliyeva xəsarət alıb.

Rusiyanın Bryansk vilayətində dəhşətli cinayət hadisəsi baş verib.

Oxu.az məlumatına görə, 28 yaşlı şəxs böyük qardaşını öldürərək, cəsədini 12 gün ərzində döşəmənin altında gizlədib. Hadisə vilayətin Raditsa-Krılova qəsəbəsində qeydə alınıb.

İki qardaş arasında münasibətlər heç də yaxşı olmayıb. Belə ki, mərhum vaxtilə kiçik qardaşına hücum etdiyi üçün məhkum olunub. Yanvarın 19-da tərəflər arasında növbəti mübahisə zamanı qardaşlardan biri digərinin başına ağır çəkiclə iki zərbə vurub. Alınan xəsarətdən böyük qardaş yerindəcə vəfat edib.

Tezliklə mərhumun övladları atalarını axtarmağa başlayıblar. 12 gün davam edən axtarışlardan sonra onlar əmilərindən şübhələnib və onun evinə gəliblər. Əmiləri isə polisə zəng edərək döyüldüyünü bildirib. Hadisə yerinə gələn polislər cəsədi döşəmənin altından tapıb çıxarıblar.

Bakı-Sumqayıt şosesində avtomobil yüksək sürətlə digər nəqliyyat vasitəsinə çırpılıb.

APA xəbər verir ki, hadisə şosenin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

"Toyota" markalı avtomobil yüksək sürətlə "Mercedes"ə çırpılıb. Nəticədə "Toyota" aşıb. Qəza nəticəsində "Toyota" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtoekspertiza təyin edilib.

Rasim Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti