Bakıda “patı” kimi tanınan metamfetamin satan şəxs tutulub.

Yol-xeber.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı birbaşa olaraq xarici ölkələrdən birində yaşayan narkotacirlə sosial şəbəkələr vasitəsi ilə cinayət əlaqəsinə girərək narkotik vasitə və metamfetaminin ölkəmizdə onlayn satışını həyata keçirən şəxs saxlanılıb. Bölmə əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı vətəndaş İmdan Heydərov Nizami rayonu ərazisində tutulub. Onun üzərinə, idarə etdiyi avtomobilə və Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə baxış zamanı külli miqdarda – 200 qrama yaxın heroin, 700 qram “patı” adlanan psixotrop maddə metamfetamin, 1 kiloqramdan artıq tərkibinə sintetik maddələr qatılan marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə və psixotrop maddələr ümümilikdə 51 ədəd bükümdə olub. Bu isə onu deməyə əsas verir ki, İmdan Heydərov narkotik vasitələri satmaq üçün əldə edib. Saxlanılan şəxs ifadəsində sosial şəbəkələrdə səhifələr yaradaraq narkotiklərin satışını təşkil etdiyini bildirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində toplanan materiallar İstintaq Şöbəsinə göndərilib. İmdan Heydərov tutularaq istintaqa cəlb olunub. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışovun vəfat edib.

26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb:

"Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla patıya(süni narkotik) qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın". 

Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib. (Sportfm.az).

Bakıda yaşayış binasında yanğın başlayıb.

Yol-xeber.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.

 

İyulun 21-də saat 23 radələrində 2 nəfər şəxsin Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barəfə "Yol-xeber.az"a Xocalı rayon prokurorluğundan məlumat verilib.

Araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Yol-xeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Dəllər kənd sakini Yadulla Hüseynov saxlanılıb.

Onun yaşadığı evin ətrafına baxış keçirilən zaman Y.Huseynovun böyürtkən kolları arasında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 
 

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

İclasa Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.
Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
 
Report xəbərinə görə, iclasa Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, ittihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində E. Dubakov saxlanılıb.
 
Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

"Yol-xeber.az" xəbər verir ki, nəticədə Sumqayıtda yaşayış evindən yarım kiloqrama yaxın heroin aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Ceyranbatan bağları” yaşayış massivinin sakini Maqbet Bəşirov saxlanılıb.

Aparılan araşdırma zamanı 41 yaşlı M. Bəşirovun narkotik vasitəni Bakı şəhərində İran vətəndaşından aldığı məlum olub. Saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun yaşadığı evə keçirilən baxış zamanı kustar üsulla düzəlmiş tüfəng də aşkarlanıb. Bununla yanaşı, 41 yaşlı Maqbet Bəşirovun tanışı ilə əlbir olub Sumqayıtın “Xəzər bağları” yaşayış massivində evlərdən birindən motosiklet oğurladığı da məlum olub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Sumqayıtda “Betonzavod” yaşayış massivində yaşayan 48 yaşlı Akif Məhərrəmov da keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd elektron tərəzi və 33 müxtəlif bükümdə olan narkotik vasitə olan aşkarlanıb.

Akif Məhərrəmovun məhkumluğundan ikisi narkotik vasitələrlə bağlı olub. Belə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. – ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə 2 dəfə məhkum olunub.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq

iki dost - şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıb. Hər ikisinin üzərinə keçirilən baxış zamanı narkotik maddə aşkarlanıb. Kənan İsmayılov narkotik maddəni Valeh Məmmədovdan aldığını bildirib. Polis əməkdaşlarının Valeh Məmmədovun yaşadığı evdə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa cəlb edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin son 6 ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bıçaqlanma hadisəsi baş verib.

"Yol-xeber.az" APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Səfəralıyev Nəriman Tahir oğlu övladı 1993-cü il təvəllüdlü Tahirli Abuzər Nəriman oğlu üçün "Gülüstan" şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb. Toydan sonra onların davası mərasim sahibinin evində davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 1993-cü il təvəllüdlü Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 1996-ci il təvəllüdlü Ağayev Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, hadisəni törədən Hafiz Ağayev toya dəvət edilməyən başqa dostları, İsmayıllı rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı Cavid Əhmədov və bərbər işləyən İlkinurla birgə toy mərasiminə gələrək dava salıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

 

 
 
 


Daxili İşlər Nazirliyi (DİN) iyulun 1-dən 17-nə kimi polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarını açıqlayıb.

DİN-dən “Yol-xeber.az”a verilən məlumata görə, iki həftə ərzində 187 kq marixuana, 92 qr bonzai, 3,1 qr metadon, 58 kq heroin, 24 ton çətənə (əkin), 11 kq metamfetamin, 3 kq tiryək, 11 ton çətənə (yabanı), 427 ekstazi, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.

 

 

 

Xəbər lenti