Yanvarın 5-i saat 15 radələrində Şəmkir şəhər sakini, 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Ölkə.Az"a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan Qarabağ bəyanatına əsasən işğaldan azad edilərək Azərbaycana qaytarılan Şurnux kəndini tamamilə tərk edən erməni ailələri Gorusa, bir ailə isə Qafana gedib.
“Report” xəbər verir ki, ermənilər Şurnuxu tərk etməzdən əvvəl orada dağıntılar törədiblər, eyni zamanda kənddəki evləri yandırıblar. Şurnuxda yaşamış Akop Arşakyan həmkəndlilərinin hamısının kəndi tərk etdiklərini bildirib.

Xatırladaq ki, bir qismi Qubadlı rayonunun ərazisinə düşən və Ermənistanın Sünik vilayətinin Şurnux kəndinə qanunsuz şəkildə birləşdirilmiş 12 evin yerləşdiyi ərazi Azərbaycana təhvil verilib. 1990-cı ildən sonra Ermənistan hakimiyyəti Azərbaycanın sərhədboyu kəndlərini də işğal etmiş, həmin ərazilərə qanunsuz olaraq erməniləri köçürmüşdü.

Noyabrın 10-da imzalanmış bəyanata əsasən, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxır. Şurnux kəndinin Azərbaycana düşən ərazisindən də ermənilərin çıxması bəyanatın şərtlərinə uyğun olaraq aparılır.

Xaçmaz rayonunda polis mayoru koronavirusdan vəfat edib.

Report xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşı, əslən, Quba rayonundan olan 51 yaşlı polis mayoru Baba Poladov bir neçə gün koronavirusdan müalicə alsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis zabiti bu gün vəfat edib.

Baba Poladov Quba rayonunun Bağbanlı kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

 

 

 

 
 
Azərbaycanda daha bir tanınmış həkim COVID-19-un qurbanı olub.

Report xəbər verir ki, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının cərrahı Feyruz Sultanov koronavirusdan vəfat edib.

Məlumata görə, o, bir müddət COVID-19-dan müalicə alıb.

F.Sultanov Yardımlı rayonunda son günlər koronavirusdan vəfat etmiş ikinci həkimdir. Daha əvvəl digər tibb işçisi İsabala Hüseynov da COVID-19-un qurbanı olub.

 

 

 

 
 
Bakıda itkin düşən 12 yaşlı qız axtarılır.

Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yaşayan 12 yaşlı Ləman Şahbazova 2021-ci ilin yanvarın 4-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan nənəsinin evindən dükana getmək adı ilə çıxaraq geri qayıtmayıb.

Evdən çıxarkən əynində göy cins şalvar, qara rəngli idman ayaqqabısı və çəhrayı gödəkçə olub.

"Şəkildə gördüyünüz qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 305-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Keçən il küçədə döymüşdü, bu dəfə bıçaqladı

Yanvarın 4-də, saat 13 radələrində Şirvan şəhər sakini 1993-cü il təvəllüdlü Məmmədli Ayşən Hafiz qızına yaşadığı evdə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. 

Şirvan şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən  hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1957-ci il təvəllüdlü Nağıyev Mirhüseyn Balağa oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Ayşən Məmmədlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Mirhüseyn Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, M. Nağıyev ötən il də Ayşən Məmmədliyə şiddət tətbiq etmişdi. Belə ki, o, qadının satıcı işlədiyi telefon mağazasına gələrək, onu insanların gözü qarşısında vəhşicəsinə döyərək baş nahiyəsindən xəsarətlər yetirmişdi. M.Nağıyev 2012-ci ildən 2018-ci ilədək A.Məmmədli ilə qeyri-rəsmi nikahda yaşayıb.

Karantində işləyən kafenin 7 müştərisi cərimələndi

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın müxbirinin məlumatına görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub.

Hadisə nəticəsində ölən və yaralanan var.

 
 
 

Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər avtomobil altında qalıb.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, çoban iti zəncirlərini qırıb sahibinin evindən qaçaraq şosseyə çıxıb. Bu zaman onu Hidayət Məmmədovun idarə etdiyi "Mercedes” markalı nəqliyyat vasitəsi vuraraq bir neçə metr irəliyə doğru sürüyüb. Qəza nəticəsində  avtomobil yararsız hala düşüb. 
Bu vaxt həmin istiqamətdə olan motosiklet sürücüsü qəzaya uğramış avtomobili görüb qəfil manevr edib. Manevr zamanı eyni istiqamətdə olan "Opel” markalı avtomobil motosikletə çırpılıb. Daha sonra motosikletin sürücüsü "Opel”in altında qalıb. Hadisə şahidlərinin köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. 

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

 

 

 

 
 
 

Gecə saatlarında paytaxtın Xətai rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin məlumatına görə, qəza Babək prospektində qeydə alınıb.

“Lexus” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi əvvəlcə yolayırıcı səkiyə, daha sonra yol hərəkəti nişanı və işıq dirəyinə dəyərək dayanıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə zamanı avtomobildə tüstülənmə baş verib. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti və təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə zamanı xəsarət alanlardan birinə yerində ilkin tibbi yardım göstərilib. Ağır xəsarət alan sürücü isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Xəbər lenti