Bu gün səhər erkən saatlardan Nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşları zamanı dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanının püskürməsi faktı aşkar olunub

Bu barədə Fövqəladə Hallar Nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur.

 

 
 
 
 
Erməni terrorçu birləşməsinin daha 13 üzvünün işi məhkəməsi keçirilir

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər dindirilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.

Qreven şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-37 isti, Bakıda gecə 22-26 isti, gündüz 32-37 isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi əsəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.

İyulun 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə 15-20 isti, gündüz 23-28 dərəcə isti olacaq.

Birinci Qarabağ müharibəsində Laçın rayonunda şəhid olmuş Salmanov Vaqifin oğlu Salmanzadə Hikmət dünən axşam saatlarında intihara cəhd edib.

“Yol-xeber.az” xəbər verir ki, şəhid oğlu yaşadığı evdə özünü yandırıb. Təcili tibbi yardımla 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən şəhid oğlunun vəziyyəti orta ağır kimi dəyərləndirilir.

İddiaya görə, Salmanzadə Hikmət dəfələrlə işlə təmin olunmasına dair dövlət qurumlarına, o cümlədən Laçın rayon İcra Hakimiyyətinə müraciət etsə də, işlə təmin olunmayıb. Ona artıq 3 aya yaxındır ki, bununla bağlı verilən yerinə yetirilməyib.

Məsələ ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə “Ölkə.az”a açıqlamasında vəziyyətdən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, H.Salmanzadənin özünü yandırması işsizlik problemi ilə əlaqədar olmayıb:

“Hadisə baş verən andan bu barədə məlumatlıyıq. Vətəndaşın problemi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon bölməsi ilə bağlıdır. Həmin bölmə ilə bağlı onun sənəd problemi olub. Müraciəti nəticəsiz qaldığı üçün intihara cəhd göstərib. Hazırda da 5 saylı şəhər xəstəxanasındadır, vəziyyəti də normaldır”. 

C.Əvvəzadə şəhid oğlunun hazırda işi olduğunu bildirib:

“O, Məktəbdə müəllim kimi çalışır. Müəssisələr bağlandığına görə hazırda məzuniyyətə çıxıb. 
Həmin şəhid ailəsinə 2016-cı ildən bu vaxta qədər ümumilikdə 2500 manata qədər birdəfəlik maddi köməklik göstərilib. Bizim Rayon İcra hakimiyyətiin fəaliyyət göstərdiyi ərazi müvəqqəti olaraq Ağcəbədi rayonundadır. Həmin şəxs Laçın şəhər ərazi üzrə nümayəndəliyin sakini olduğuna görə nümayəmdəlik xəstəxanaya gedərək vətəndaşın vəziyyəti ilə maraqlanıb” – açıqlamada bildirilib.

Sözügedən vəziyyətlə əlaqədar “Ölkə.az” Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət ünvanlayıb. Xidmətdən bildirilib ki, məsələ araşdırılmalıdır.

Ötən günlərdə Novxanı qəsəbəsində yol polisinin sürücüdən rüşvət alması iddiası ilə bağlı yayılan görüntülər barədə aparılan araşdırma yekunlaşıb.

Bu barədə Ölkə.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

O bildirib ki, yayılan video ilə yol polisi əməkdaşının rüşvət aldığına dair iddialar öz təsdiqini tapmayıb:

“Həmin polis əməkdaşının rüşvət alması faktı təsdiqlənməyib. Yol patrul xidmətinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirən zaman sürücü ilə lüzumsuz danışıqlara və yersiz hərəkətlərə yol verdiyinə görə, intizam qaydası ilə cəzalandırılıb”.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktı elan olunur.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq, 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və digərləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən digər şəxslərin cinayət işi ayrıca icraata ayrılıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.

“Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda qəzada ölən motosikletçinin kimliyi məlum olub. Bu, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədovdur. Motosikleti arxadan vuran "Shacman"ın sürücüsü isə 1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadədir.

Lənkəran rayonunda transformatorun içində paltarını dəyişən süpürgəçi qadın cərəyan vurması nəticəsində ölüb.

Prokurorluqdan “Ölkə.az”a verilən məlumata görə, iyunun 29-u saat 14 radələrində Lənkəran şəhər mənzil-istismar sahəsində süpürgəçi işləyən, Lənkəran rayon sakini Kitabə Quliyeva elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırmalarla müəyyən edilib ki, Kitabə Quliyeva rayonun K.Kazımov küçəsindəki binanın həyətində yerləşən Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin Lənkəran Elektrik şəbəkəsinin balansında olan qapalı paylayıcı-çevirici məntəqənin giriş qapısını açaraq içəri daxil olub, orada paltarını dəyişən zaman elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

"Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində işğaldan azad olunmuş Əliağalı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 106 kiloqram olan 1074 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Xəbər lenti