Bakıda qeyri-rəsmi münasibətdə oluğu qadını qətlə yetirməkdə təqsirli bilinən Fərhad Şaqalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Yol-xeber.az” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Rayonun Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.
 

Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.

F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Fərhad Şaqalıyev ifadəsində bildirib ki, xırda sabihkarlıqla məşğul olub. Eyni zamanda fərdi yaşayış evləri tikib satmaqla ailəsini dolandırıb. Təxminən 4-5 il əvvəl Gülnarə Sadıqova ilə tanış olub. Arvadından boşanmadan Gülnarə ilə dini kəbin kəsdirib. Rəsmi nigahda olan həyat yoldaşına tez-tez deyib ki, rayonda sifarişçilər üçün ev tikir və ona görə orda yaşamalıdır.

O, vaxtının çox hissəsini Gülnarə ilə keçirib. Onunla birlikdə İrana və Gürcüstana gedib.

Hadisədən 1 ay əvvəl onlar Bakıxanov qəsəbəsində yaşamağa başlayıblar. Gülnarə ona ev tikdirmədiyi həmçinin qısqandığı üçün aralarında tez-tez mübahisələr baş verib.

Hadisədən bir gün əvvəl Fərhad sərxoş vəziyyətdə evə gəlib. Evə gec gəldiyi üçün Gülnarə onunla dava etməyə başlayıb. Fərhad qadını itələdikdə Gülnarə yerə yıxılıb qolunu əzib. Bua görə onu 3 saylı xəstəxanaya aparıb. Orada ona tibbi yardım göstərilib və qoluna sarğı qoyulub:

“Yeyib içib gəlmişdim başladı deyinməyə. Dedim ki, elə deyil başladı mənə əl atmağa məndə itələdim yıxıldı. Yıxılanda əli altında qaldı dedim yəqin sındı. Sonra taksi çağırdım apardım xəstəxanaya”.

Hadisə baş verən günü rəsmi ailəsinin yanında olan zaman Sadıqova zəng edib narazı şəkildə harda olması barədə marağlanıb və onu evə çağırıb. Fərhad evdən çıxandan sonra Elman adlı dostu ilə görüşüb. Axşam saat 6-ya kimi onunla kafedə spitli içki qəbul ediblər.

Evə qayıdanda Gülnarə onunla aqressiv şəkildə danışdığı üçün qadını sifətindən vurub. Sonuncu yataq otağında çarpayı ilə skaf arasında yerə yıxılıb:

“Çox qısqanırdı məni. Onun üstündə aramızda həmişə mübahisə olurdu. Elə həmin gündə aramızda mübahisə düşdü mən buna bir şillə vurdum yıxıldı. Qalxıb ayağa qəndqabının qapağını götürüb mənə tərəf atanda bir dənə də vurdum bir də yıxıldı. Ayağımı ağzına qodum ki, danışmasın. Bir də gördüm ki, hərəkətsizdi. Dedim yəqin özündən getdi”.

Fərhad Şaqalıyev ifadəsinin davamında bildirib ki, ayağını həmin vəziyyətdə təxminən 1 dəqiqə saxlayıb. Ona hansı qüvvə ilə təsir etdiyini anlamayıb. Hamam otağına gedin əllərini su ilə isladıb və  qayıdıb ayılması üçün Sadıqovaya bir neçə şillə vurub. Qadın tərpənmədiyi üçün keçindiyini başa düşüb. Onu üzü üstə çarpayıya uzadıb otağın pənçərəsini və qapısını bağlayıb marketə gedib. Evdə olan Gülnarənin oğlu Anar həmin vaxt yatıb. Fərhad onun oyanıb meyiti görəcəyini düşünüb dərhal mənzilə qayıdıb. O, uşağa anasının evdə olmadığını deyib. Onunla birlikdə polis idarəsinə gedərək törətdiyi cinayət barəsində məlumat verib və könüllü təslim olub.

Məhkəmə prosesi zamanı Fərhad Şaqalıyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Fərhad Şaqalıyev CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müdətinə azadlıqdan məhrum edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyta keçirən 27 nəfər saxlanılıb.

Bu barədə "Yol-xeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində xüsusən onlayn yolla narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstə üzvlərinin müəyyən edilərək tutulması istiqamətində ötən dövrlər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Qeyd edilib ki, rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatları əsasında silsilə tədbirlər baş tutub. Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır.

Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib vatsap ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

Qeyd edək ki, mütəşəkkil dəstəyə daxil olan və saxlanılan şəbəkə üzvləri öz aralarında gizliliyi saxlamaq və polis əməkdaşlarının diqqətindən yayınmaq üçün real həyatda bir-biriləri ilə ünsiyyətdə olmayıblar. Ancaq sosial şəbəkələrlə əlaqə saxlayan dəstə üzvlərinin hər birinin özünəməxsus kod adları da olub. Onu da bildirək ki, mütəşəkkil dəstənin başçıları narkokuryerkliyə gənc qızları cəlb etməkdən də çəkinməyiblər. Təsadüfi deyil ki, saxlanılan 27 nəfərdən ibarət şəbəkənin 7 üzvü qadındır.

Baş İdarədə dəstə üzvlərinin ətrafında keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onların narkotik vasitələrin satışı ilə bağlı aralarındakı gizli sövdələşmələri sübüt edən yazışmalar, eləcə də, Bakı şəhərinin demək olar ki, hər bir rayonunda mövcud olan və narkotik vasitələrin tədarük edildiyi saxlanc yerləri müəyyən edilib. Həmin məkanlara Baş İdarənin əməkdaşları tərəfindən baxış keçirilən zamanı külli miqdarda narkotik vasitələr olan heroin, tiryək, marixuana, habelə metamfetamin, kokain, yüksək təsiredici psixotrop tərkibli təsiredici dərmanlar, ekstazi həbləri, həmçinin narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdikləri bank kartları, ödəniş qəbzləri, müxtəlif ölkərə məxsus mobil nömrələr və sair sübutlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərin hər biri narkotik vasitələrin aludəçisidir. Bu isə onların asanlıqla natrkotiklərin satışı ilə məşğul olan şəxslərdən asılı vəəziyyətə düşməsinə səbəb olub və onlardan narkokuryer kimi istifadə edilib.

İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Hazırda dəstə üzvləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə icraat davam etməkdədir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq.

“Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq nəticəsində müəyyən edilib ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Bir müddət əvvəl həbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədova hökm oxunub.

"Unikal.org məlumatına görə, mənimsəmədə ittiham olunan Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Kəlbəcərdə göldə batan Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti tapılıb.

"Yol-xeber.az"ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə aparılan axtarış işləri başa çatıb.

Axtarışda olan 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici ölkələrin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Yol-xeber.az"ın xəbərinə görə, DTX-nın saytında yer alan məlumatda bildirilib ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılıb və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi “Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan Respublikası vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Bu barədə  Ağdam Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.

C.Hətəmxanovun nəşi Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.

Xaçmazda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıblar - FOTO - VİDEO

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Şöbəyə rayonun Xaspoladoba kəndi ərazisində meşə massivində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal xüsusi texniki vasitələrin köməkliyi ilə əməliyyat nəzarətinə götürülüb. Həyata keçirilən uğurlu əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakinləri Cavad Mütəllimov və Zaur Mustafayev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların çətənə kollarını əkdiyi sahəyə baxış zamanı 100-ə yaxın narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cavad Mütəllimov və Zaur Mustafayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Bakının Nərimanov Rayonunda kütləvi dava zamanı iki nəfər ağır xəsarət alıb.

 APA xəbər verir ki, hadisə Fətəli Xan Xoyski və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən köşkdə qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Allahverdiyev Maqsud Bəhram oğlu və qardaşı 1992-ci il təvəllüdlü Allahverdiyev Rəcəb Bəhram oğlu köşkdə naməlum şəxslərin hücumuna məruz qalıb. M.Allahverdiyev ağız boşluğu, bilək, qarın və ayaq nahiyələrinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub. R.Allahverdiyevə isə beş bıçaq zərbəsi vurulub.

Hər iki yaralı 5 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. R.Allahverdiyevin vəziyyəti ağırdır, onu özəl klinikaların birinə yerləşdiriblər.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.

Qubada iki azyaşlını elektrik cərəyanı vurması ilə bağlı cinayət işi başlanıb. 

"Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. 

Bildirilib ki, iyunun 13-də Quba rayonunda iki azyaşlının elektrik cərəyanı vurması nəticəsində birinin ölməsi, digərinin isə xəsarət alması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

"Report verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər - 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.

Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti