Bakıda 81 yaşlı atasını qətlə yetirməkdə təqsirli bilinən İlyas Mehtiyevin cinayət işi.

“Hadisə Sabunçu rayonunda baş verib. Rayonun  Maştağa qəsəbəsində İlyas Mehdiyev ailə münaqişəsi zəminində 81 yaşlı atası İmdad Mehdiyevin üzərinə benzin tökərək, onu yandırıb.

İ. Mehtiyev hadisə yerində dünyasını dəyişib.

Cinayəti törtəməkdə şübhəli bilinən İlyas Mehtiyev polisə könüllü gələrək təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlyas Mehtiyev ifadəsində bildirib ki, atasının birinci nigahından 6 uşağı olub. İmdad Mehtiyev birinci arvadından rəsmi qaydada boşandıqdan sonra onun anası ilə evlənib. Onların nigahından isə o və iki bacısı dünyaya gəlib. Atası nə onlara nə də birinci ailəsinə normal həyat yaşatmayıb. Övladlarına heç vaxt dayaq olmayıb və anasına hər zaman əzab verib.

2012-ci ildə İlyas işdə olan zaman atası anasını boğmağa çalışıb. Lakin qadın müqavimət göstərib onun əlindən çıxmağa nail olub. Hadisədən sonra anası qorxduğu üçün gecəni həyətdə keçirib.

Ölkə.az-ın xəbərinə görə, İlyas Mehtiyev bildirib ki, atası təxminən 2 il əvvəl yaşayış sahəsində iki otaqlı ev tikib və həmin vaxtdan orada tək yaşayıb. Aldığı təqaüdü özünə xərcləyib və onlara heç bir maddi köməklik göstərməyib.

Hadisə baş verən günü qonşuluqda yaşayan yeznəsi İlyasa zəng edib evə təcili gəlməsini və atasının yenədə dava-dalaş saldığını bildirib. Gecə saat 1:00 radələrində İlyas atasına məxsus avtomaşınla işlədiyi sexdən çıxıb özü ilə 4 litirlik plastik qabda götürüb. Maştağa qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsindən benzin alaraq evə gəlib:

“Gəldim evə atamın yatdığı otaqın qapısını döydüm açmadı. Qarajdan taxta tapıb ücünə parça bağladım. Dedim öz qaldığın evinə getməsən səni öldürəcəm. Gördüm yenədə qapını açmır. Əlimdəki taxtanı yandırdım. Təpiklə qapını vurub açıb girdim içəri. Əlimdəki qabdan atamın üstünə benzin töküb yanan taxta parçasını da atdım üstünə”.

İlyas Mehyiyev ifadəsinin davamında bildirib ki, atasını alov bürüyüb və ev tüstü ilə dolub. Əsas məqsədi atasını öldürmək olduğu üçün evin yanması onu çox da maraqladrımayıb. Buna görədə benzin dolu plastik qabı da alovun içərisinə tullayıb.

İlyas Mehtiyev bir daha qeyd edib ki, atasını illərlə ona, anasına və bacısına yaşatdığı zülmün ucbatından qısas almaq məqsədi ilə öldürüb.

Məhkəmə prosesi zamanı İlyas Mehtiyev ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmə onun əməlinin CM-nin 120.2-4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.29-cu (köməksiz vəziyyətdə olam adamı qəsdən öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə tövsif olunmasını əsaslı sayıb.

Sonda məhkəmənin hökmü ilə İlyas Mehtiyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Ermənistan ordusunun əsgəri Mher Ovannisyanın intiharı ilə bağlı cinayət işi qaldırılıb.

" “Report xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, hərbi qulluqçu mayın 25-də saat təxminən 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomat silahdan başına atəş açaraq özünü öldürüb.

“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə çatdırılıb və orada onun ölümü qeydə alınıb”, - komitənin xəbərində bildirilir.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahla ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yayıb. Lakin İstintaq Komitəsi əsgərin intihar etdiyini açıqlayıb.

Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisindəki yanğın söndürülüb.

"ununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

***

Bərdədə güclü yanğın başlayıb.

 “Report” xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

 

 

Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisindəki yanğın söndürülüb.

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Qeyd edək ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

***

Bərdədə güclü yanğın başlayıb.

Ölkə.Az “Report”a istinadən xəbər verir ki, hadisə Güloğlular kəndində, "Təzə Bazar" ərazisində qeydə alınıb.

Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib

Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

 

 

Ötən gün Bakıda baş verən dəhşətli yol qəzasının görüntüləri yayılıb.

"Yol-xeber.az" xəbər verir ki, hadisə şahidlərin BAKU.WS-in “qaynar xətti”nə bildiriblər ki, qəza hava limanı - Bilgəh yolunda yolunda qeydə alınıb.

Hadisə zamanı “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində bir qadın iki kişi olmaqla 3 nəfər hadisə yerində həlak olub. Bundan başqa 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qeyd edək ki, qəza barədə ilkin məlumatı Bakı Nəqliyyat Agentliyi də yaymışdı.

Azərbaycanda insan alverində ittiham olunan Nurəsdə Əlimuradovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Yol-xeber.az”  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyunun 3-nə təyin olunub.

İttihama görə, Nurəsdə Əlimuradova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

O, maddi gəlir əldə etmək üçün bir qrup Azərbaycan vətəndaşı olan qadınları fahişəliyə cəlb etməklə insan alveri cinayəti törədib.

Onun cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Nurəsdə Əlimuradovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni hərbçisi, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi icraata verilib.

"Yol-xeber.az"ın apa-ya istinadən məlumatına görə, cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə 12 azərbaycanlı zərərçəkən şəxs qismində cəlb edilib.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla müəyyən edilib ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 3 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ilin mayın 5-də tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Yol-xeber.az” xəbər verir ki, hadisə Həsən Seyidbəyli küçəsində qeydə alınıb. Beləki adıçəkilən küçə ilə hərəkətdə olan 99 PU 023 dövlət qeydiyyat nişanlı Xəzər markalı avtomobil yolun kənarında dayanan 90 PB 874 dövlət qeydiyyat nişanlı Saypa markalı aavtomobilə çırpılıb. Sürücünün sözlərinə görə qəzaya hərəkətdə olduğu zaman təkərin sıradan çıxıb və  idarəetməni itirməsi səbəb olub.

Hadisə zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi zərər dəyib.

Araşdırma aparılır.

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yol-xeber.az"ın Trend-ə istinadən məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki "Lada" markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyatı üzrə təhvil verilib.




Bərdə rayonunun H.Əliyev prospektində yerləşən çoxmənzilli binada yaşayan 7 yaşlı oğlan yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

"Yol-xeber.az" xəbər verir ki, azyaşlı deyib ki, anası Raya Həsənova onun qollarına qızdırılmış qaşıq basıb. Uşağın qolları yanıb, bədənində müxtəlif xəsarət izləri var.

Azyaşlı bildirib ki, anası bu hərəkəti onu cəzalandırmaq üçün edib.

7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı halanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.

Hazırda azyaşlının müalicələri davam etdirilir. Hadisə ilə bağlı hüquq- mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb. Onun xalası Sevinc Fərəcova hadisənin başvermə səbəbini açıqlayıb.

Faktla bağlı aidiyyəti qrumlar tərəfindən araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli Məclisin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov vəzifəsindən azad edilib.

“Report” xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, S.Kərimov Ali Məhkəmənin hakimi təyin edilməsi səbəbindən vəzifəsindən azad olunub.

Onun yerinə hələ təyinat olmayıb.

 

 

 
 
 

Xəbər lenti