|
Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.
Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
“Caliber” S.Peqovun guya qondarma qurumun başçısı Araik Arutyunyanla görüşdüyünü iddia edən görüntüləri araşdırıb.
Araşdırma zamanı məlum olub ki, sözügedən videonun tarixi yoxdur və görüş hərbi əməliyyatların ilk günlərində çəkilib.
Bunu sübut edən iki əsas məqam var:
1. Əgər çəkiliş A.Arutyunyanın sağ olduğunu sübuta yetirmək məqsədilə aparılıbsa, niyə dialoqun gedişində çəkilişin məhz A.Arutyunyanın öldürülməsindən sonrakı tarixə təsadüf edildiyi vurğulanmır?
2. Video çəkilişdən də aydın olur ki, görüş Qarabağda gedən əməliyyatların ilk dövründə çəkilib. S.Peqov Dağlıq Qarabağa niyə və hansı yolla gəldiyini danışır.
Qeyd olunan sual və əsaslı şübhələrdən belə bir nəticəyə gəlmək olar ki, A.Arutyunyan ya ölüb, ya da ağır yaralıdır.
Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələdən sonra doqquz nəfər polis tərəfindən saxlanılıb.
Təbii fəlakət zamanı dağılan binaların podratçı və elmi məsələrdə məsul şəxslər tutularaq məhkəməyə aparılıb.
Qeyd edək ki, İzmirdə 10 min 287 binada araşdırma aparılıb. 124 ağır, 119 orta və az zərər görən 730 bina təsbit edilib. Ağır vəziyyətdə olan 124 bina təcili olaraq söküləcək.
Xatırladaq ki, zəlzələdə 114 nəfər həlak olub, 1035 vətəndaş xəsarət alıb.
Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməkdə davam edir.
Son günlər insanlar intensiv şəkildə şəhərdən çıxıb və sakinlərin əhəmiyyətli şəkildə azalması ilə şəhərin küçələri boş qalıb.
Özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min təşkil edir. “İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”, -deyə o, bildirib.
D. Sarkisyan qalan insanların da Ermənistana gedəcəklərini istisna etməyib.
Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.
Ordu.az xəbər verir ki, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.
Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib.
Məlumata görə, terrorçulardan biri özünü partladıb.
Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur", - açıqlamada qeyd olunub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev Şuşa həbsxanasından köçürülüb.
Bu barədə Trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, bu barədə bu gün ona Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məlumat verib:
“Bu gün günorta saatlarında komitədən zəng vurub bildirdilər ki, atamı və Şahbaz Quliyevi Şuşa həbsxanasından Ermənistana aparıblar. Komitə əməkdaşları dedilər ki, onları Ermənistanın konkret hansı ərazisinə apardıqları haqda məlumatları yoxdur. Hazırda onların yeri dəqiqləşdirilir. Saxlanıldıqları yer müəyyən ediləndən sonra komitə əməkdaşları onlara baş çəkəcək və sonra bizə məlumat verəcəklər. Sadəcə, bildirdilər ki, girovların bundan sonrakı durumları ilə bağlı bizi xəbərdar edəcəklər”.
K. Əsgərov bildirib ki, axırıncı dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsi girovlara sentyabr ayında baş çəkib: “Həmin vaxt atam bizə məktub da göndərmişdi. Məktubda atam bildirmişdi ki, hər şey normaldır. Ondan sonra xəbər yoxdur”.