Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Bu barədə Ölkə.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. Onun bir neçə döyüş texnikası məhv edilib. Düşmənin artilleriya bölməsinə atəşlə zərərvurma nəticəsində atəş mövqeyində onun toplarla bir yerdə döyüş sursatları da məhv edilib.
Məlum olub ki, düşmənin avtomobil texnikalarının sayının əhəmiyyətli dərəcədə azalması ön xətdəki bölmələrin ərzaq, silah və sursatla təminatında problemlər yaradıb.
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd “Osa” ZRK, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 6 ədəd D-30, 5 ədəd D-20 və 1 ədəd D-44 topu, 2 ədəd 2A36 “Qiasint-B” topu, 1 ədəd 120-mm minaatan, 1 ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Oktyabrın 27-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 20 (iyirmi) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 2 (iki) müraciət daxil olub.
ANAMA-dan bildirilib ki, daxil olmuş 22 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Ağgöl kəndi, Taxtakörpü adlanan ərazisi və Hindarx qəsəbəsi, Ağdam rayonunun Ayaq Qərvənd və Əfətli kəndləri, Bərdə rayonunun Alpout, Qarayusifli, Böyük Göyüşlü kəndləri, Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun 3-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc, Düyərli, Ələsgərli, Qazyan kəndləri, Narlıq qəsəbəsi və E.Səfərov küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd 300 mm-lik raket (9M528), 1 ədəd 57 mm-lik top mərmisi (BM-8), 1 560 ədəd piyada əleyhinə PMN minası, 67 ədəd piyada əleyhinə OZM-72 minası, 33 ədəd tank əleyhinə TM-62M minası, 18 ədəd tank əleyhinə TM-62P2 minası, 34 ədəd MVP partladıcısı, 202 ədəd MVÇ partladıcısı, 76 ədəd detonator və 20 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 29 066 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparıb.

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Hatayda törədilən xain terroru qətiyyətlə qınayırıq”.

Oxu.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “Twitter” hesabında paylaşım edilib. 

“Baş verən hücumun qarşısını alan qəhrəman türk polisini təbrik edir, İskəndərun xalqına keçmiş olsun diləklərimizi çatdırırıq”, - deyə paylaşımda qeyd olunub.

Hatayda gerçekleştirilmek istenen hain terör saldırısını şiddetle kınıyoruz.
Saldırıyı engelleyen kahraman #Türk polisini tebrik ediyor, #İskenderun halkına geçmiş olsun dileklerimizi iletiyoruz. #Terörekarşıdabirlikteyiz#Bizbirliktegüçlüyüz#TürkiyeAzerbaycan

— AzEmbassyTurkey (@AzEmbassyTurkey) October 27, 2020

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “müdafiə naziri" Cəlal Arutyunyan yaralanıb.
Report məlumata görə, separatçını bu vəzifədə Mikael Arzumanyan əvəzləyəcək.

Qeyd edək ki, Cəlal Arutyunyanın ölümü ilə bağlı da məlumatlar yayılıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var.

"Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik".
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk.

Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.

“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (//vimeo.com/472347741).

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir.

Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər. Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır", - H.Hacıyev əlavə edib.

Oktyabrın 26-sı saat 11.20-də yeni humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmənin atəşkəsi pozması nəticəsində Daşkəsən rayonunun Zivlən kəndində olan meşə ərazisində yanğın olub.

Report xəbər verir ki, əraziyə 3 yanğınsöndürən maşın göndərilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Ermənistan Azərbaycan Ordusuna qarşı döyüşmək üçün Şuşa şəhərinə PKK terrorçularını gətirib.

Bu barədə “Anadolu” agentliyinə kəşfiyyat mənbələrindən xəbər verilib.

Qeyd olunub ki, PKK terrorçuları Azərbaycan hərbi qulluqçularının hərbi geyim forması geyinib. Öldürülən terrorçular isə Azərbaycan tərəfindən Suriyadan gətirilən muzdlular kimi təqdim ediləcək.

Qeyd edək ki, əsir götürülən erməni hərbçi Mikayelyan Albert Yervandi müsahibəsində bildirib ki, Qarabağa kürd əsilli muzdlulardan ibarət 1 500 nəfər gətirilib. Muzdlular hər ay 600 ABŞ dolları alırlar.(Report)

Xəbər lenti