Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, əməkdar məşqçi Fuad Zeynalovla insidentdən sonra həbs edilən kikboksçuların ittihamı ağırlaşdırılıb.

“Qafqazinfo” məlumatına görə, ibtidai istintaq zamanı toplanmış sübutlar nəticəsində təqsirləndirilən şəxslər - Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun əməlində ağır cinayət tərkibi müəyyən olunub.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq) maddəsindən əlavə, eyni məcəllənin daha ağır - 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə yeni ittiham elan edilib. İdmançılar təqsirli bilinəcəkləri halda 6 ildən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məlumatı təqsirləndirilən şəxslərdən birinin vəkili Yusif Seyfəlov saytımıza təsdiq edib.

Yaxın günlərdə iş üzrə məhkəmə araşdırması başlanacaq.

Qeyd edək ki, bu ilin yanvarında Xətai rayonunda baş verən hadisə zamanı bir qrup idmançı kikboksinq üzrə əməkdar məşqçi Fuad Zeynalov və onunla birlikdə olan şəxsə hücum edib. Hadisə nəticəsində sonuncunun ağır xəsarət aldığı bildirilib.

 

 

 
Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü - Foto

Mayın 27-si Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesindəki marketin qarşısında baş verib.

 Belə ki, marketin reklam lövhəsini dəyişdirən Naxçıvan MR sakini 44 yaşlı Ayxan Əsgərov və Gəncə şəhər sakini 24 yaşlı Elvin Zeynalovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Fotoda Ayxan Əsgərov

 

 

 
Araz Musayevi bıçaqlayanlar Azərbaycan vətəndaşları imiş

Antalyanın Kəmər rayonunda keçirilən İFMA U23 Muaytay üzrə Dünya Çempionatı zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev 2 nəfər tərəfindən bıçaqlanıb.

"Unikal" xəbər verir ki, hadisəni törədənlər Azərbaycan vətəndaşlarıdır. Onlar hadisə yerindən taksi ilə Antalya hava limanına qaçıblar. Lakin polis azərbaycanlıları hava limanında saxlayıb.

Qeyd edək ki, hadisə Göynük bələdiyyəsində yerləşən Atatürk İdman Sarayında baş verib. Daxil olan məlumata görə, Atatürk İdman Sarayında keçirilən çempionat zamanı Azərbaycan Muaytay Federasiyasının prezidenti Araz Musayev iki şəxs tərəfindən bıçaqlanıb.

Araz Musayev sarayda olan sağlamlıq qruplarının ilkin yardımından sonra təcili yardımla Kəmər Dövlət Xəstəxanasına aparılıb. Burada edilən müdaxilədən sonra Musayev Antalya Şəhər Xəstəxanasına köçürülərək əməliyyat olunub. Onun müalicəsi davam edir.

Hadisə ilə bağlı Kəmər rayon Respublika Prokurorluğunun koordinasiyası ilə istintaq işləri davam etdirilir.

araz-musayevin-turkiyede-bicaqlanmasinin

Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.

“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.

Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. 

A. Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Xatırladaq ki, A. Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib.

***

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

***

Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı məlum olub.

“Oxu.az”ın məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən İFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılıb.

Muay Tay Federasiyasının prezidenti Araz Musayev isə heyətə başçılıq edib.

Dünən keçirilən görüşdə Azərbaycan yığma komandasının üzvü yarımfinala yüksəlib. Bu gün günorta saatlarında keçirilən yarışda Araz Musayevlə türkiyəli idmançı arasında mübahisə yaranıb. Arenada yaranmış mübahisə çempionatın təşkilatçıları tərəfindən yatırılıb və turnir davam edib. Nahar fasiləsində türkiyəli nümayəndə heyətinin rəhbəri ilə Araz Musayev mübahisə edib və onlar arenanın binasından kənara çıxıb küçədə yenidən dalaşmağa başlayıblar.

Hadisə nəticəsində Araz Musayev kürək nahiyəsindən bıçaqlanıb. O, təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Hazırda Araz Musayevin səhhəti sabit-ağır qiymətləndirilir.

Video: Baku.ws

elgunun-olumunden-15-gun-kecdi

Gəncədə 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsi ölkə ictimaiyyətini silkələdi. 15 gündən artıqdır ki, onun adı medianın və sosial şəbəkələrin gündəmindən düşmür.

Ölümün səbəbləri barədə yayılan versiyalar bir-birini təkzib etsə də, Elgünün ailəsi, yaxınları, elə cəmiyyət də bu olayın üstündən sirr pərdəsinin götürülməsini istəyir.

Elgün İbrahimov mayın 12-də Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında huşsuz halda aşkar olunub. Gələn məlumatlar, ardınca istintaqçıların gəldikləri qənaət budur ki, bu, yıxılma deyil.

Hələ ki, onun bədəni üzərində müəyyən olunan xəsarətlərin, çapılmış, kəsilmiş yaraların, küt əzilmələrin, 1 qabırğasının hansı şəraitdə sınmasının rəsmi izahı yoxdur. Onun meyitini müayinə edən məhkəmə tibb-ekspertləri də qənaətlərini, rəylərini ortaya çıxarmağa, istintaqa təqdim etməyə tələsmirlər.

Həmin rəy istintaqçılara Elgün İbrahimovun həyatına son qoyan xəsarətləri hansı vəziyyətdə alması və ya ona bu xəsarətlərin hansı şəraitdə yetirilməsi ilə bağlı çox ciddi istiqamət vermək gücündədir.

Hazırda gözlər Gəncə Prokurorluğundadır. Versiyalar isə hər gün bir az daha ağır, bir az daha ağrılı olur: intihar, döyülmə, qətl…

Yayılmış versiyaların əsas qayəsi budur: bu, planlaşdırılmış və izləri ört-basdır edilən bir zorakılıq cinayətidir.

Mərhumun üzərindəki xəsarətlər ölüm səbəbinin təbii olmadığını göstərir. Cəmi bir qabırğa sınığı, göz qapağında zədə, qan izlərinin olmaması, alın və burun nahiyəsinin zədəsiz qalması - bütün bu detalları “yüksəklikdən yıxılma” ilə izah etmək mümkün deyil.

Əgər Elgün 5 mərtəbəli binadan özünü atsaydı, çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxmalar və sümük əzilmələri qaçılmaz olardı. Amma ortada belə izlər yoxdur. Əksinə, küt alətlə və ya əllə vurulmuş zərbələrin səbəb olduğu izlər mövcuddur. Bu da əsas versiyanı – qəsdən döyülmə və sonradan əraziyə gətirilmə ehtimalını daha da gücləndirir.

Elgünün anası Fizzə Zeynalova acısını sakitliklə danışır:

“Oğlum intihar etməzdi. Son zəngə hazırlaşırdı, rəqsə getmək istəyirdi. Əhvalı da yerində idi. Özünü atan adam bu qədər plan qurmaz…”

Bu sözlər ananın instinkti deyil. Çünki Elgünün həyatında depressiya, təhlükəli münasibət, ya da intihara aparacaq psixoloji travma izləri yoxdur. Ailə məhz buna görə “Onu döyüb öldürüblər”, deyir.

Elgün harada və kim(lər) tərəfindən döyülüb?

Onun yarıcan halda aşkarlandığı ərazidə nə üçün heç bir qan və ya süpürləşmə izləri tapılmayıb? Hadisə vaxtı ətrafda olan kameralarda Elgündən başqa kimlər olub? Cinayət yerinin dəyişdirilməsi təsadüfidirmi? Ekspertiza nəticələri nə üçün bu qədər gecikir? Elgün İbrahimovun telefonunda istintaqçılar iş üçün əhəmiyyətli video, foto, yazışma aşkarlayıblarmı?

Bu sualların cavabı Elgün İbrahimovun sirli ölümünün səbəbini ortaya qoya bilər.

Azərbaycanlılar Türkiyədə qəzaya düşdü, ölən və yaralananlar var - FOTO

Türkiyənin Iğdır vilayətində azərbaycanlılara məxsus nəqliyyat vasitəsi qəzaya uğrayıb.

İHA xəbər verir ki, səhər saatlarında Taşburun yolunda "Mitsubishi" markalı, 68-CA-524 Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfərdən 1-i ölüb, 4-ü isə yaralanıb.

Avtomobildə olan 5 nəfərin Azərbaycan vətəndaşı olduğu bildirilib.

Hadisəni görən vətəndaşlar dərhal aidiyyəti qurumlara məlumat verib.

Avtomobildə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Yaralılar Iğdır dövlət xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda nazirlik əməkdaşı HƏBS OLUNDU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı həbs edilib.

Oxu.az xəbər verir ki, bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məhkəmənin hökmü ilə nazirliyin tabeliyində "DOST" Mərkəzinin nəzarətçi köməkçisi vəzifəsində işləyən şəxs 3 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döyməkdə ittiham olunur. Belə ki, təqsirləndirilən şəxs Balakən rayonunun Kortala kəndindəki şadlıq sarayında keçirilən toy məclisində həddindən artıq spirtli içki qəbul edərək həmkəndlisi ilə mübahisə edib. Mübahisə zamanı o, həmkəndlisinin baş nahiyəsinə ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və nazirlik əməkdaşı məsuliyyətə cəlb edilib.

pirsagi-cimerliyinde-suiti-cesedleri-askarlandi

Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb.

“Trend” xəbər verir ki, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib. Belə ki, Qızılqum çimərliyində 4 suiti cəsədi aşkar edilib.

“Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur: “Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Abşeron Xəzər dənizinə daxil olduğu üçün şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik”.

O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür: “Onların öz biologiyası var, çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmırlar, nəticədə zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır. Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir”.

 

 





 
Arvadını qucaqlayan müəllimi baltaladı - Dəhşətli cinayətin TƏFƏRRÜATI

Cəlilabad rayonunun Ağdaş kəndində həmkəndlisini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə səbəb qısqanclıq olub.

Eldəniz həmkəndlisi Fərasəti baltalayıb. Bu zaman onları aralaşdırmağa çalışan Fərasətin arvadı Rəsmiyyə də xəsarət alıb.

Eldəniz xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib.

Hadisənin baş vermə səbəbi qısqanclıqdır. Belə ki, hadisədən bir neçə gün əvvəl Eldənizi arvadı İlhaməxanımı xadimə işlədiyi məktəbə aparıb. Onu gözləyən zaman İlhaməxanım məkəbin həyətində Fərasətlə rastlaşıb. Bu zaman Fərasət İlhaməxanımı qucaqlayaraq onun yanağından öpüb.

Bunu görən Eldəniz qəzəblənib və arvadından bunun səbəbini soruşub. İlhaməxanım deyib ki, Fərasət müəllim məktəbdə işləyən digər xanım əməkdaşlara qarşı da belə edir.

Eldənizlə arvadı arasında soyuqluq yaranıb və İlhaməxanım atası evinə gedib. Bunu özünə təhqir hesab Eldəniz qisas almaq qərarına gəlib. Maska taxaraq Fərasətin evinə gedib. İttihama görə Eldənizin əlində balta olub və evə girən kimi Eldənizə zərbələr endirib. Bu zaman onun xanımı Rəsmiyyə onları aralaşdırmağa çalışıb. Bu zaman o da xəsarət alıb.

Evdə olan digər şəxslərin müdaxiləsi ilə Eldənizin əlindən baltanı alıblar.

Eldəniz ifadəsində deyib ki, Fərasəti öldürmək niyyəti olmayıb. O, Fərasəti qorxutmaq istədiyini, söhbət etmək istədiyini deyib.

Onun sözlərinə görə balta Fərasətin arvadı Rəsmiyyədə olub. Rəsmiyyə onu vurmaq istəyəndə balta təsadüfən Fərasətə dəyib. Eldəniz Rəsmiyyəni itələyərək yıxdığını, bu zaman onun xəsarət aldığını bildirib.

Məhkəmədə zərərçəkmiş Fərasət də ifadə verib. O, İlhaməxanımı qucaqlamadığını, öpmədiyini bildirib. Deyib ki, İlhaməxanımın onkoloji xəstə olduğunu bilərək onun əlindən tutub, yazığı gəldiyi üçün təsəlli verib.

Fərasət məhkəmədəki ifadəsində Eldənizdən şikayətçi olmadığını, xəstə anasının xətrinə onu bağışladığını deyib.

Məhkəmənin hökmü ilə Eldənz 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Sabunçu Tibb Mərkəzində faciə: xəstə 3-cü mərtəbədən yıxıldı

Bakıda xəstəxanada faciəli hadisə baş verib.

Lent.az məlumatına görə, hadisə Sabunçu Tibb Mərkəzində qeydə alınıb.

Orada müalicə alan Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Sübhan Əliheydər oğlu Heydərov xəstəxananın 3-cü mərtəbəsinin pəncərəsindən düşüb.

S.Heydərovun vəziyyəti orta-ağırdır.

Hadisənin motivi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti