![]() |
|
Ölkə.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.
Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.
Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.
Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.
Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya aparıldığını yayımlayır.
Ölkə.az xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.
Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələ ki ictimaiyyətə açıqlanmayıb.
Lakin onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.
Məsələ ilə redaksiyamız DTX-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb. Mövzunu diqqətdə saxlayacağıq.
Mayın 23-də vətəndaşların bank kartlarından kiber üsullarla 1200, 1000, 600, 500, 400, 300, 250, 200, 200, 80, 78, 75, 56, 20 manat oğurlanıb.
Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Nazirlik növbəti dəfə vətəndaşları ehtiyatlı olmağa, şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağa çağırıb.
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı istintaq toplanmış materialların təhlili mərhələsinə keçib.
APA xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
Onun sözlərinə görə, məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu öyrənirlər.
Karabayev qeyd edib ki, təhqiqat zamanı qazaxıstanlı və beynəlxalq ekspertlər Bakı, Qroznı və Rostov-na-Donu daxil olmaqla Azərbaycan və Rusiyanın hava limanlarında olublar.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mayın 21-də paytaxtın Xəzər rayonunda baş vermiş yol qəzasının görüntülərini yayıb.
“Qafqazinfo” xəbər verir ki, Qala-Pirallahı yolunda 2 gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas olub.
Qurumdan bildirilib ki, piyadanın xilas olduğu hadisə sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələnib:
“Yollarda sürücü və piyadalar diqqətli olmalı, qəza şəraiti yaratmamalıdırlar.
“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməlidir. Piyada görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməlidir.
Sürücülər isə yol hərəkəti şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidirlər. Sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun”.
Mayın 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1500, 392, 380, 240, 100, 61, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar:
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”.
Düşmən silahlanmağa davam edir, sülhə yox, savaşa hazırlaşır
İstənilən hərbi münaqişə həm də ona cəlb olunan və silah istehsalçısı olan ölkələr üçün ciddi sınaq sayılır. 44 günlük müharibədə Azərbaycanın qardaş Türkiyə və İsraildən aldığı modern silah və hərbi sistemlərin hamısı özünü doğrultdu, xüsusilə də “Bayraktar” dronları işğalçı erməni qüvvələri üçün kabusa çevrildi.
Təsadüfi deyil ki, qalibiyyətli Vətən savaşından sonra həm Türkiyənin, həm də İsrailin hərbi məhsullarının reytinqi xeyli artdı, onların alıcıları çoxaldı. Paralel olaraq Rusiya silahlarına bazarda tələbat azaldı.
Pakistanla Hindistan arasında az öncəki hərbi qarşıdurma Yeni Dehlinin uğursuzluğu və istifadə etdiyi silahların effektsizliyi ilə bitdi.
Məlum olduğu kimi, Ermənistan Hindistandan 702 milyon (başqa mənbələrə görə, 1.5 milyard) dollar dəyərində silah tədarükü ilə bağlı müqavilə imzalayıb. Artıq onların bir çoxu İrəvana çatdırılıb. Bu silahlar döyüş sınağından çıxa bilməyib. Bəlli olur ki, Hindistan silahlarının şöhrəti, yumşaq desək, şişirdilib.
Bəs bu baş verənlərdən sonra Ermənistan yenə Hindistandan silah və hərbi sistemlər almağa davam edəcəkmi? Azərbaycan bu məsələyə necə baxır? Hindistan silahlarından ehtiyatlanmağa dəyərmi?
Sona Əliyeva
Keçmiş millət vəkili, siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistan və Hindistan arasında təxminən 2 milyard dollarlıq ilk böyük müqavilə 2020-ci ildə imzalanıb: “Hindistan yeni nəsil silahların bazarında özünə yer etməyə çalışır. Ancaq silah sənayesi Hindistan dövlətinin yox, dövlət büdcəsini talayan generalların əlindədir. Həmin generalların övladları isə silah istehsalı şirkətlərinə sahibdir. Dövlət büdcəsindən milyardlarla pul mənimsəyən bu generalların istehsal etdiyi silahlar isə ardıcıl sınaqlardan uğurla çıxa bilmir. Nəticə göz önündədir. Pakistanla beş günlük savaşda Hindistan silahları özünü doğrultmadı. Hətta onların silahları sosial şəbəkələrin Ermənistan seqmentində erməni istifadəçilərin lağ, məsxərə obyektinə çevrildi. İndi İrəvan da Hindistan silahlarının alınmasında tərəddüd edir. Hindistan müqavilə imzalayıb və özünə Ermənistan kimi yeni qurban axtarır ki, silahlarını satsın. Bu baxımdan, Ermənistana verilən Hindistan istehsalı olan silahlardan qorxmaq lazım deyil. Çünki Azərbaycanın silah sənayesi, üstəlik, tərəfdaş olduğumuz ölkələrdən aldığımız modern silahlar daha uğurlu, daha təkmildir. Yayılan son məlumatlara görə, Hindistan iyulda Ermənistana "Akaş" hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək. Ermənistan Hindistanla təxminən 710 milyon dollar dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. İlk sistemlər ötən ilin sonunda göndərilib. Bütün bunlar onu göstərir ki, Ermənistan sülhə yox, savaşa hazırlaşır. Bu silahlar Azərbaycanla yanaşı, Türkiyə və Gürcüstan üçün də təhlükə mənbəyidir. Çünki Ermənistan Türkiyə və Gürcüstan ərazilərinə qondarma iddialar irəli sürür. Ermənistan Azərbaycanla 44 günlük müharibə nəticəsində itirdiyi hərbi-texniki potensialı bərpa etmək cəhdi ilə son illər Fransa və Hindistandan silah almağa başlayıb. İrəvanın savaş hazırlıqları içərisində olduğunu göstərən digər amillər də var. İrəvan ABŞ, Yunanıstan, yunan Kipri və Çinlə də hərbi sahədə əlaqələr qurmaqda davam edir. Ermənistanı Hindistandan aktiv şəkildə silah idxal etməyə sövq edən əsas səbəb Yeni Dehlinin parametrlərinə görə Ermənistan ordusunun təchizat sistemləri ilə uyğun gələn Rusiya silah inkişaflarının modernləşdirilməsidir. Ermənistan 2024-2025-ci illər üçün Hindistandan daha 600 milyon dollar məbləğində silah almağı öhdəsinə götürüb. İrəvan artilleriya sistemlərinə və hava hücumundan müdafiəyə üstünlük verir. Hindistanın “Zen Anti-Drone System” (ZADS) şirkəti tərəfindən hazırlanmış pilotsuz uçuş aparatları əleyhinə sistemlərin Ermənistana tədarükü üçün 41 milyon dollarlıq sifariş gerçəkləşib".
Emin Həsənli
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli Ermənistanın bir daha özünü təhlükəyə atmaq ərəfəsində olduğunu qeyd etdi: “Ermənilər vaxtilə aldıqları silahlardan çox danışırdılar. Sonluq məlumdur. Hazırda həmin silahlar Qənimətlər Parkındadır. Bir zamanlar "Ohanyan xətti"ndən ağızdolusu danışırdılar. Amma qəhrəman Azərbaycan Ordusu həmin xətti necə keçdi, darmadağın etdi, yaxşı gördülər. Yenə də bir səhv etsələr, bu dəfə Qənimətlər Parkının ərazisi daha da böyüyəcək. Azərbaycan həm Türkiyədən, həm də İsraildən ən müasir silahları alır. Bunu ermənilər də yaxşı bilir. Azərbaycanın aldığı silahlar 44 günlük Vətən müharibəsində çox uğurla sınaqdan keçdi. Amma Ermənistan tərəfin aldığı silahların müharibədə uğurla sınaqdan keçmədiyini yaxşı gördük. Halbuki Rusiyadan aldıqları silahlarla çox öyünürdülər, hərbi təlimlərində, paytaxtlarında keçirdikləri paradlarda nümayiş etdirirdilər. İndi də yenə hərbi və siyasi yöndə səhvlər etməyə davam edirlər. Erməni tərəfin Hindistandan aldığı silahlara gəlincə, bundan narahat olmayaq. Bizim aldığımız silahlar qat-qat güclüdür. Hindistan-Pakistan qarşıdurmasında hind silahlarının gücünü gördük".
Hərbi ekspert onu da qeyd etdi ki, bu cür hərəkətlərlə Ermənistan həm öz iqtisadiyyatına, həm də yarana biləcək sülh prosesinə zərbə vurur: “Ermənistan çoxdan etimadı itirib. Bu ölkənin nicat yolu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdır. Fransanın və başqa ölkələrin tapşırıqlarını yerinə yetirməkdənsə, regionda qonşularla normal münasibətlər qursun”.
“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.
Sail Ağasəlim