Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99 JH 038 Dövlət Qeydiyyat Nişanlı avtobusda yanğın hadisəsi olub.

Bu barədə "Ölkə.Az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.

Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.  

Qeyd edək ki, bu, son 15 gündə "BakuBus" avtobuslarında baş verən sayca ikinci yanğın hadisəsidir.

Bakıda “Lexus” aptekə çırpıldı
Bu gün səhər saatlarında şəhərin Cəfər Cabbarlı küçəsində yol qəzası baş verib.

“Lexus” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn “Chevrolet” markalı avtomobillə toqquşub.

Daha sonra isə “Lexus” yolun sağ tərəfində yerləşən aptekə çırpılıb. Qazet.az

 

 

 

 

Bərdədə qardaş bacısını bıçaqlayıb öldürmək istədi, köməyə gələn polisə də xəsarət yetirdi

Bərdədə bacısını və polisi bıçaqlayaraq öldürməyə cəhddə təqsirli bilinən Elçin Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası sentyabr ayının 23-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin may ayının 30-da Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib.

Kənd sakini Vüsalə Cəfərovanın qardaşı Elçin Cəfərov tərəfindən döyülməsi barədə daxil olmuş məlumat əsasında dərhal rayon polis şöbəsinin əməkdaşları həmin ünvana gediblər.
Polis əməkdaşları evin həyətyanı sahəsinə daxil olarkən Vüsalə azyaşlı övladı Fatimə ilə birlikdə onlara yaxınlaşan zaman Elçin Cəfərov əlindəki bıçaqla onu təqib edərək qadına kürək nahiyəsindən qəsdən 3 dəfə zərbə vurub.

Daha sonra xidməti vəzifəsini həyata keçirməklə Vüsalənin öldürülməsinin qarşısını alan polis əməkdaşı Eşqin Məmmədova da bıçaqla qəsdən bir zərbə vuraraq daxilə keçən deşilmiş-cırılmış xəsarət yetirib.

E.Cəfərov digər polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham verilib.

Şamaxıda avtomobil dərəyə aşdı

Şamaxı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə rayonun Acıdərə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Niva” markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerində ağır bədən xəsarətləri alan sərnişin 1993-cü il təvəllüdlü Məsimov Fərhad Faiq oğlu təcili yardım briqadasının köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona fəqərə sütununun sınığı və onurğa beyninin qapalı travması diaqnozları qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bakıda kişi qardaşı arvadını öldürüb

Bakıda qardaşı arvadını öldürməkdə təqsirləndirilən Səbuhi Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Ölkə.Az" xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayında Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. Onun bədənində səkkizdən çox bıçaq yarası aşkarlanıb. Cinayət L.Kərimlinin bacısının evində törədilib.

L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Onun qaynı Səbuhi Kərimov qardaşının oğlunu götürərək, hadisəni aydınlaşdırmaq üçün qadının dalınca gedib.
Bacısının evində olan gəlin və qayın otaqda tək qalıblar. Qohumlar onların söhbət etdiklərini düşünərək, müdaxilə etməyiblər.

Bir müddət keçəndən sonra kişi həmin yeri tərk edib və qohumları L.Kərimlini ölü vəziyyətdə tapıblar.

S.Kərimova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Ata qızına təcavüz etdi
Bakıda ata qızına təcavüz edib.

demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.


Bakı şəhər sakini Ceyhun Cümşüdov öz doğma azyaşlı qızına zor tətbiq edib, onunla cinsi əlaqədə olub.


Ceyhun Cümşüdov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub.


İstintaq orqanı tərəfindən Ceyhun Cümşüdovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.


Ceyhun Cümşüdovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Əhməd Quliyevin icratına verilib.


Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə başlanacaq.

Abşeronda sevgilisini öldürən qadına HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsinə adam öldürməkdə ittiham edilən Qasımova Günel Eldar qızının cinayət işi məhkəmə prosesi başa çatıb.
Apa xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror törətdiyi əmələ görə Günel Qasımovanın 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Xırdalan sakini, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin kişinin sevgi münasibətində olduğu Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub, hadisəni törətməzdən bir müddət əvvəl işdən çıxıb. G. Qasımova ailəli olub.

Bakıda qəza tıxaca səbəb oldu
Səhər saatlarında paytaxtda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, hadisə yolun Ziya Bünyadov prospektindən (DİN Hospitalının yaxınlığında) 20 Yanvar istiqamətində olan hissəsində qeydə alınıb.

O bildirib ki, bu səbəbdən hər iki istiqamətdə sıxlıq var.

Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.

Bu barədə Konkret.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun vəkilinin şikayət ərizəsində Melorasiya və Su Təsərrüfatının özbaşınalığı qeyd olunub.

“Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları “olmayıb və bu, ağ yalandır”. Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında atam bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın” – deyə K.Əsgərov qeyd edib.

O, həmçinin vurğulayıb ki, qaldırılan məsələ “ağ yalandırsa”, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müqavilələr necə imzalanıb?

“Bilmək istəyirik, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki, məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın” – deyə K.Əsgərov sözlərinə əlavə edib.  

Azərbaycanlı hərbçilər erməni kəşfiyyatçını tutduqlarına görə cəzalandırılıblar?
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi erməni kəşfiyyatçısını tutduqlarına görə guya xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, həmin hərbçilərin guya erməni kəşfiyyatçısını tutduqlarına görə cəzalandırıldıqları haqda deyilənlər yalandır, uydurmadır və ordu rəhbərliyinə qarşı böhtandır:

“Baş verənlərlə bağlı bunları bildiririk ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar. Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və videogörüntülərini çəkərək yaxın qohumlarına göndəriblər, nəticədə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar. Faktla bağlı aparılan ilkin araşdırmaların nəticəsi olaraq təqsirkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilib”.

Xəbər lenti