![]() |
|
44 günlük İkinci Qarabağ Savaşı əsnasında sürəkli olaraq "Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur" açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət İdarəsinin sabiq rəisi Movses Hakopyan demişdi ki, müharibə günlərində erməni tərəfi "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə edib.
"Bilirəm ki, "İsgəndər"dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı - deyə bilmərəm", - M.Hakopyan söyləyib.
Ermənistandakı "Adekvad" siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi "İsgəndər"dən noyabrın 7-də istifadə edib.
"Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb", - A.Danielyan bildirib.
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib. Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə FHN-dən əlavə qüvvələr cəlb olunub.
Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.
Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.
Göyçayda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 160 m² olan birmərtəbəli beşotaqlı evin iki otağının, mətbəxinin yanar konstruksiyaları 50 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib.
Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Yanvarın 13-də saat 11:00 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Qarabağda daha 7 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
“Ölkə.Az” xəbər verir ki, həyata keçirilən axtarış nəticəsində Fizuli, Cəbrayıl və Zəngilan ərazisində daha erməni hərbçisinin cəsədlərinin qalıqları tapılaraq təhvil verilib.
Axtarışlar Ağdərənib Talış- Suqovuşan (Madaqiz), Hadrut və Daşaltı istiqamətində davam etdiriləcək. İndiyədək 1229 erməni hərbçisinin cəsədi tapılaraq təhvil verilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Müşahidə məntəqələrində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunur", - deyə nazirlikdən bildirilib.
Qeyd edilib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələri hərbçiləri atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazilərin hərtərəfli müşahidəsi üçün hazırlanmış blokpost istehkamları ilə təchiz edilib.
Yanvarın 11-i saat 13 radələrində Qaradağ rayonu, Qobustan qəsəbə sakini Mustafayev Asif Qazbaba oğlunun işlədiyi yerdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ rayon Prokurorluğunundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Qobustan qəsəbəsində yerləşən metaləritmə zavodunda soba fəhləsi işləyən Asif Mustafayev qeyd edilən tarixdə metal əritmək üçün nəzərdə tutulan isti sobaya metal qırıntılarını atan zaman partlayış baş verməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.