![]() |
|
Zığ - Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
Bildirib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq, sürət həddi 60 km/saata qədər endirilib.
“Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq, bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik”.
Yanvarın 20-də gecə saat 23 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində naməlum şəxs havaya fişəng atıb.
Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən qəsəbə sakini, spirtli içki aludəçisi olan Ə.Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun hərəkətinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.
Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Report” xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
205 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu avtomobillə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 1978-ci il təvəllüdlü Nəzərova Nigar Əli qızı bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyənin məşhur aktyoru Tolgahan Sayışman avtomobil qəzasına düşüb.
Milli.Az xəbər verir ki, iş görüşməsi üçün dostu ilə birlikdə İzmirə gedən aktyor Yalova yaxınlığında avtombil qəzasına düşüb. Onun avtomobili aşaraq bir neçə dəfə diyirlənib.
Aktyor təhlükəsizlik kəməri sayəsində ağır qəzadan sağ çıxıb. O və avtomobildəki digər sərnişin xəstəxanaya çatdırılıb, onların vəziyyəti yaxşıdır.
Qeyd edək ki, aktyor evlidir, bir övladı var.
Bakının Səbayıl rayon məhkəməsi erməni Keqart Hovanesyana qarşı cinayət işi qaldırıb. O, qanunsuz silahlı birləşmənin tərkibində Azərbaycan ərazisində terrorizmdə suçlanır. K.Hovanesyana qarşı AR Cm-nin 228.3, 279.2 və 318.2 maddələri əsasında ittiham irəli sürülüb.
K,Hovanesyan hazırda həbsdədir. O, işğaldan azad edilmiş Hadrut və Xocavənd rayonlarında hərbçilərimizlə dinc vətəndaşlarımıza qarşı silahlı hücumlar və terror aktları törətmək istəyən silahlı ermənilərdən biridir.
44 günlük İkinci Qarabağ Savaşı başa çatandan və Ermənistan kapitulyasiya edəndən sonra Qarabağın işğal edilmiş əraziləri bütünlüklə silahlı ermənilərdən təmizləndi.
Lakin rusiyalı sülhməramlıların missiyasının reallaşdırıldığı bölgələrdə isə silahlı ermənilərin sayı minlərlədir.
Ümumiyyətlə isə hazırda Rusiya sülhməramlılarının operativ nəzarətində olan Qarabağ ərazilərində minlərlə silahlı erməni var. Potensial terrorçuların sayı dəqiq bilinməsə də, təxmini hesablamalar mövcuddur.
Belə ki, Tərtər rayonunun Ağdərə bölgəsinin şimalında 456, şərqində 1345, cənubunda 780, qərbində isə 850 nəfər; Xankəndinin şimalında 956 nəfər, cənubunda 1247 nəfər, qərbində 750 nəfər, Əsgəran və Xocalı rayonlarında isə 1247 nəfər, ən nəhayət Xocavənd rayonunda 1120 nəfər erməni var.
İkinci Qarabağ müharibəsi nəticəsində Azəbaycanın nəzarətinə keçən Xocavənd rayonu ərazisində 62 nəfər Ermənistan vətəndaşı saxlanılıb. Rəsmi Bakı hesab edir ki, saxlanılanlar terrorçular, diversantlardır və məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistan tərəfi əmindir ki, bu hərbi əsirlər vətənə qaytarılmalıdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT baş katibi Antonio Quterreşə ünvanladığı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasın sənədi qismində məktub BMT Baş Assambleyası və Təhhlükəsizlik Şurasının sənədi qismində yayılmışdı.
Məktubda "Ermənistanın stabilliyin pozulmasına, beynəlxalq hüquq və 10 noyabr üçtərəfli bəyanata zidd olan fəaliyyəti" haqda məlumat verilib.
Bayramov məktubda qeyd edib ki, "Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanılıb".
BMT baş katibinin diqqətinə çatdırılıb ki, "birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutudur".
Noyabrın 8-dan 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatda deyilir ki, "Qarabağda qoşunlar olduqları yerdə qalmalıdır".
Rəsmi İrəvan bəyanatın bu bəndini belə şərh edir: "Hərgah sabiq Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri çərçiçvəsində Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni hərbçiləri varsa, onlar orada da qalmalıdırlar. İndiki dövrdə münaqişə tərəfləri arasında kəskin mübahisə mövzularından biri də budur.
Lakin sonradan məlum oldu ki, erməni silahlılar işğaldan azad edilmiş ərazilərə sızırlar: özü də onlar meşəliklərdə və ermənilərin gedərkən yandırmadıqları evlərlə yanaşı, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə gizlənirlər.
Digər məsələ isə həmin erməni silahlıların kimliyidir. Onların əksəriyyəti Ermənistan vətəndaşlarıdır və Qarabağa da noyabrın 10-dan, yəni üçtərəfli bəyanat imzalanandan sonra göndəriliblər.
Yəni Ermənistanın anlaşmanın şərtlərini inadla və israrla yerinə yetirmədiyi aşkardır.
Rəsmi İrəvan fasiləsiz olaraq bəyan edir ki, bu şəxslər "könüllülər"dir, hətta çoxu qarabağlı ermənilərdir və onlar Ermənistan Müdafiə Nazirliyinin qərarlarına tabe olmurlar.
İrəvan beləcə, həmin şəxslərin diversant və ya terrorçu kimi yox, hərbi əsirlər qismində tanınmasını qarşısına məqsəd qoyur.
Lakin İrəvanın versiyasına görə, bu şəxslər Ermənistana tabe olmayanlardırsa və üstəlik, əksəriyyəti də qarabağ erməniləridirsə, onda belə çıxır ki, ələ keçirilənlər Ermənistan vətəndaşlarıdırsa öz ölkəsinin qanunlarına, qarabağlı ermənilərdirsə - de-yure və de-fakto vətəndaşları olduqları Azərbaycanın mövcud qanunvericiliyinə tabe olmayaraq mütəşəkkil silahlı dəstələrin və terrorçu qruplaşmaların tərkibində teraktlar törətməyə hazırlaşmış şəxslərdir.
Hər iki halda onlar apriori qaydada qatı cinayətkar hesab olunurlar.
Üstəlik, onlar İrəvanın bəyan etdiyi kimi, "Ermənistan vətəndaşları deyil"lərsə, deməli, Azərbaycan vətəndaşı olan qarabağlı ermənilərdir və belədə heç bir halda hərbi əsir hesab oluna bilməzdər.
Bəhs etdiyim silahlı ermənilərlə bağlı terminologiyada da aydınlıq olmalıdır.
Əgər onları "diversant" adlandırırınqsa, onda bu şəxslər konkret ölkənin silahlı qüvvələrinin tərkibindəki hərbi xidmətçilərdir və qarşılarına qoyulmuş döyüş tapşırığını yerinə yetiriblər.
Terrorçular isə bütün ölkələrdə qanundan kənar adamlardır və hərbi əsirlərlə davranış barədə Cenevrə konvensiyası onlara şamil olunmur.
Erməni əsirlərin maraqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edən vəkil Siranuş Saakyan iddia edir ki, "Azərbaycanda ən azı 120 nəfər erməni əsirin saxlanıldığı haqda Ermənistanda təkzibolunmaz sübutlar var".
Halbuki Azərbaycanın Əsirlərlə İş üzrə Dövlət Komissiyası 5 erməni hərbçi haqda məlumat verib. Onlar 2 hərbçi və 3 mülki şəxsdir.
Tutulmuş onlarla silahlı erməni isə hərbi əsir sayılmır: onlar əməllərinə görə Azərbaycan məhkəmələrində cavab verəcəklər. Milli.az
Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib.
Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyanın hökmü ilə E.İsayevə 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, bu il mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
E.İsayev Mingəçevir Şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayətin aləti olan bıçağı istintaq orqanına təqdim edib.
İstintaqla hadisənin zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Elnur İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
E.İsayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.
İlkin hesablamalara görə, təqribən, 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.
Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, araşdırmalarla Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.