Bakıda güclü yanğın BAŞLADI
Bakının mərkəzində yanğın hadisəsi baş verib.

Alov Qüllələrinin yaxınlığında hazırda böyük ərazidə yanğın hadisəsi qeydə alınıb.

Hadisənin səbəbi bəlli deyil.(metbuat.az)

Azərbaycanda polis ÖZÜNÜ ASDI
Bakıda polis serjantı intihar edib.

Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşı 28 yaşlı Rafiq Əhmədov yaşadığı mənzildə özünü asaraq dünyasını dəyişib.

İlkin məlumata görə, mərhum borc səbəbindən intihara əl atıb.

R.Əhmədov Ucar rayonunun Müsüslü kəndində dəfn edilib.

DYP rəisinin gənc oğlu VƏFAT ETDİ
Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyevin gənc oğlu vəfat edib.

Qafqazinfo xəbər verir  ki, M.Əliyevin 30 yaşlı oğlu insult keçirib və xəstəxanaya yerləşdirilsə də, vəfat edib. 

Qeyd edək ki, Mərdan Əliyev bundan öncə Sumqayıt Şəhər YPX-nin komandiri olub.

Kişi liftdə arvadına 48 bıçaq zərbəsi vurub başını kəsdi
Bakıda dəhşətli cinayət hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, ötən gün saat 21 radələrində paytaxtın Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib.

Belə ki, Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı dəhşətli şəkildə öldürüb.

O, liftdə arvadına çoxsaylı bıçaq zərbəsi vurub və onun başını kəsib. Qadının bədənində 48 bıçaq zərbəsi aşkarlanıb.

Polis arvadını dəhşətli şəkildə öldürən kişini saxlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Daha bir əməliyyat keçirildi
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ağdaşda xüsusi əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, əməliyyat zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş Rayon Şöbəsinin sədri tutulub. 

DSMF-nin yüksək vəzifəli əməkdaşının rüşvət alma faktı üzrə saxlanıldığı deyilir. 

Oğuzda meşədə itkin düşmüş oğlanın PARÇALANMIŞ MEYİTİ TAPILDI
Oğuzda itkin düşən oğlanın meyiti tapılıb. Onu ayının parçaladığı ehtimal olunur.

Report məlumatına görə, 12 yaşlı Cəbrayıl Vüsal oğlu Məmmədlinin meyiti meşəlik ərazidə aşkarlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin tapıldığı əraziyə yollanıb.

Azərbaycanda tanınmış jurnalist koronavirusa yoluxdu
Tanınmış idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Oxu.az xəbər verir ki, bu barədə jurnalist özü “Facebook” səhifəsindən açıqlama verib. 

O bildirib ki, anası və özü yeni tip koronavirusa (COVİD-19) yoluxub və xəstəliklə mübarizəsi davam edir.  

Jurnalistin ilk testinin cavabı neqativ çıxsa da, sonrakı test pozitiv nəticə verib.  

O, həmçinin insanlara səslənərək virusa qarşı diqqətli olmağı tövsiyə edib.

Azərbaycanda koronavirusun tüğyan etdiyi zonada ƏMƏLİYYAT
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”.

Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. 

Yevlaxda qaraçıların yaraladığı polis haqda açıqlama

Daxili İşlər Nazirliyi Yevlax rayonunun “Qaraçı məhəllə”sində baş verən insidentlə bağlı daha bir açıqlama verib.

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo” verilən məlumatda qeyd olunub ki, ictimai asayişi pozan şəxslər tərəfindən daşla xəsarət yetirilən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı hələ də xəstəxanada müalicə alır. Hazırda onun vəziyyəti qənaətbəxşdir. 

Xatırladaq ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi və giriş-çıxışa məhdudiyyət qoyulduğu Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. 

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuzda 20 yaşlı gənc intihar etdi
Tovuzda intihar hadisəsi olub.
 
Report məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. 
 
Belə ki, 20 yaşlı Orxan Ələsgərli özünü asaraq intihar edib. Fakt araşdırılır.

Xəbər lenti