![]() |
|
Azərbaycanın sabiq baş prokuroru, Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı eks-səfiri Eldar Həsənovun işi üzrə həbslər davam edir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Həsənovla biznes ortağı olduğu bildirilən, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuş sahibkar Bəhruz Əsədbəyli də Baş Prokurorluq tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
B.Əsədbəyli Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 311.3.2-ci (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
İstintaqın təqdimatı ilə Nəsimi rayon məhkəməsinin hakimi Natavan Tağıyeva B.Əsədbəyli barəsində həbs qətimkan tədbiri seçib.
Avropada yaşayan jurnalist Cavanşir Həsənlinin rəsmi sənədlərə istinadən yaydığı məlumata görə, Eldar Həsənova məxsus olan, 2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu içkilər zavodu Türkiyə bazarında ciddi iştirak payına sahibdir. 27 milyon dollar civarında sabit investisiyaya malik “RAGS ALKOLLÜ İÇECEKLER SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin təsisçiləri Azərbaycan vətəndaşlarıdır. Şirkəti Bəhruz Əsədbəyli, Eldar Həsənovun qohumları Ceyhun Bəylərov, Elmir Paşayev və Fuad Quliyev təsis edib. Fabrik illik 3 milyon litr araq və 7.5 milyon litr rakı istehsal etmək gücünə sahibdir. 450 civarında işçisi var. Türkiyə bazarında daha çox rus araqları markası ilə tanınır. "Dostoyevski", "Rus yıldızı", "Russian Gold", "1934 Rags" araqları, "Destan" rakısı, "MONTBLANC", "Rags" likör və şərabları ən məşhurlarıdır.
"Bakı Şərab-2" ASC-nin rəhbəri, Eldar Həsənovun qudası Rabil Hüseynov da şirkətin rəsmi ortaqlarından olub. 2017-ci ildə Eldar Həsənovun qudası ona məxsus 10500 səhmlik payını 10 milyon 500 min lirəyə Əkbər Fərəcova satıb. Əkbər Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğludur. O, Azərbaycanda 2017-ci ilin dekabrında İNŞAATÇI A.H mənzil tikinti kooperativi açıb.
Bəhruz Əsədbəyli Eldar Həsənovun Balkanlardakı və Türkiyədəki biznesini idarə edən əsas fiqurlardandır.
İddiaya görə, Eldar Həsənovun Monteneqroda səfir kimi fəaliyyətə başlamasının ardından Əsədbəyli orda da biznes layihələrinə başlayıb. E.Həsənov Bəhruz Əsədbəylini Monteneqro ictimaiyyətinə Azərbaycan hökumətinin nümayəndəsi kimi tanıdıb və Əsədbəyli bu ölkə mətbuatına məhz bu statusla açıqlamalar verib.
Bəhruz Əsədbəylinin Türkiyədəki daha bir şirkəti olan “MONOTO OTOMOTİV SANAYİ VE TİCARET ANONİM ŞİRKETİ”nin ortaqları isə keçmiş deputat Fərhad Qəribov, oğlu Anar Qəribov, yaxın qohumları Xalid və Azər Qəribovlar, Nadir Həsənov və Natiq Mürsəliyevdir.
Xatırladaq ki, Eldar Həsənov barəsində də məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə "Ölkə.Az"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Bülbülə qəsəbəsində yaşayan Çiçək Əliyeva mənzilində döyülərək qətlə yetirilib.
Hadisədən 12 gün sonra cinayəti törətməkdə şübhəli bilinən Elnur İsmayılov Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İstintaqla müəyyən olunub ki, Elnur İsmayılov qeyri-rəsmi münasibətdə olduğu Çiçək Alıyevanın ona xəyanət etməsindən şübhələnərək onunla dəfələrlə buna görə mübahisə edib.
Hadisə baş verən günü kirayə yaşadıqları evə gələrkən o qadının otaqdakı çarpayının üstündə oturaraq telefonla yazışdığını və sonra tez telefonu gizlətdiyini görüb. Elnur Çiçəydən telefonu istədiydə sonuncu buna qəti şəkildə etiraz edib.
Qısqanlıq zəmnində Alıyevanı qəsdən öldürmək qərarına gələn Elnur əvvəlcə onun sifət və baş nahiyyələrinə yumruq, sonra isə təpiklə zərbələr vurub. Niyyətini başa çatdırmaq istəyən Elnur Çiçəyin döşəmədə hərəkətsiz vəziyyətdə olmasından istifadə edərək onun burun və ağız dəliklərini qapayıb. Bununlada ona ağır xəsarətlər yetirərək qəsdən öldürüb.
İş üzrə dindirilən Elnur İsmayılov ilk vaxtlarda Çiçək Alıyeva ilə münasibətlərinin yaxşı olduğunu bildirib.
Aprelin 12-də Elnur Çiçəyin istifadə etdiyi mobil telefona baxarkən onun sosial şəbəkədə müxtəlif şəxslərlə yazışdığını görüb və bu səbəbdən onların arasında mübahisə baş verib.
Ayın 17-də təxminən saat 16:00 radələrində o işdən çıxıb evə gəlib. Otağa daxil olarkən Çiçəyin telefonla yazışdığını və onu görən kimi telefonu döşəyin altına qoyduğunu görüb. Ondan telefonu istəyib, sonra sifətinə iki dəfə şillə vurub döşəyin altından telefonu götürmək istəyəndə Çiçəy onun əlindən tutub dişləməy istəyib. Bu zaman Elnur qadının kürəyindən təpiklə vurub və telefonu alıb baxarkən Çiçəyin bir oğlanla yazışdığını görüb. Həmin vaxt artıq qadının səsinin çıxamadığını hiss edib. Onun çarpayıya söykənib dayandığını və rənginin ağardığını görüb.
Elnur bildirib ki, dərhal təcili yardıma zəng edib və Çiçəyi çarpayıya uzadıb ona bir neçə dəfə süni nəfəs verib. Lakin qadında heç bir tərpəniş olmayıb.
Təxminən 10 dəqiqə sonra gələn tibb işçiləri Çiçəyi müayinə edəndən sonra onun öldüyünü bildiriblər.
Məhkəmə prosesində Elnur İsmayılov özünü təqsirli bilməyərək bildirib ki, Çiçəy Alıyeva ilə 2015-ci ildə internet saytlarının birində tanış olub. Bir müddət sonra kirayə ev tutaraq birlikdə yaşayıblar. Ayın 17-də o işdən çıxıb evə gəldiyində evin qapılarının açıq və Çiçəyin mətbəxdə yerdə uzandığını görüb. Dərhal qadını yatağa uzadıb və sonuncunun qardaşına sonra isə təcili yardıma zəng edib.
İsmayılov ifadəsində göstərib ki, onun qadını öldürməsi üçün heç bir səbəbi omayıb.
Məhkəmə həmin ifadələri özünü müdafiə xarakterli ifadələr və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin cinayət əməli məhkəmə baxış zamanı tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə Elnur İsmayılov 13il 6 ay müddətinə azadlıdan məhrum edilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 08:35-də Zaqatala stansiyasından 23 km şimal qərbdə Balakən rayonunda zəlzələ qeydə alınıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Qeyd olunub ki, yeraltı təkanların maqnitudası 2,7, dərinliyi isə 7 km olub.
Trend bildirir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə Eldar Həsənovun ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.
E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.
"Ölkə.Az" xəbər verir ki, 31 may 2020-ci il tarixdə Bakı Metropolitenin “Qara Qarayev” stansiyasında xidməti vəzifələrini icra edən Bakı Metropoliteninin Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq Nizami rayon prokurorluğunda istintaq aparılıb.
Nizami rayon Prokurorluğundan verilən məlumatına görə, istintaqla qeyd edilən tarixdə Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimovun bir qrup şəxs halında Bakı Metropoliteninin “Qara Qarayev” stansiyasında “Covid-19” pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin tələblərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşları Vüqar Məlikov və Samir Nəsirovun qanuni tələblərinə tabe olmamaqla onlara qarşı müqavimət göstərib xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Baxşiyev, Şirzad Şirzadov, Ramin Baxışov, Allahverdi İmamquliyev və Sarvan Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Baş Prokurorluq Ermənistan təxribatı ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir.
Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən xəbər verir.
İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.
Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 09 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək.
Nzirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisi öz “Facebook” səhifəsində status paylaşıb:
“Paylaşımda deyilir ki, Neftçala rayonunda bir kişi həmkəndlisi olan qızı zorla qaçırıb, onu soyunduraraq şəkillərini çəkib və kənddə yayıb. Polis isə heç bir tədbir görmür”.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Natiq Cavadov bildirib ki, Vəfa Nağının iddiaları yalandır və qərəzdən irəli gəlir:
“O ki qaldı fakta, bəli, belə bir fakt qeydə alınıb. Dərhal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 151-ci və 156.1-ci maddələri ilə cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli bilinən rayonun Mürsəqulu kənd sakini, 30 yaşlı Əyyar Əzizov tutularaq istintaqa cəlb edilib”.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.
"Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib", bəyanatda vurğulanıb.