![]() |
|
Apa xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində baş verib.
Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib. Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.
Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadasl ilə Bakı şəhərində gətirilib.
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Bakıda yol polisi əməkdaşı oğurluq edən şəxsi izləyərək tutub. Yol-xeber.az xəbər verir ki, oğurluq hadisəsi aprelin 5-i paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, oğurluq edən şəxs Yasamal rayonu Zahid Xəlilov küçəsində bankomatdan pul çıxaran qızı öncədən izləyib. Qız pulu çıxarıb bankomatdan uzaqlaşarkən, həmin şəxs ona yaxınlaşıb çantasını zorla əlindən alaraq oradan qaçıb.
Bu zaman öz şəxsi avtomobili ilə həmin ərazidən keçən Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Şöbəsinin baş inspektoru polis mayoru Vüsal Seyidov oğurluq edən şəxsi izləməyə başlayıb. O, yaxınlıqdakı küçələrin birində həmin şəxsin qarşısını kəsərək tutub.
Polis zabiti Vüsal Seyidov çantanı sahibinə qayatararaq oğurluq edən şəxsi Yasamal Rayon 28-ci Polis Bölməsinə təhvil verib.
Bu barədə qaynarinfo-ya kənd sakinləri məlumat verib. Onlar baş verən qandonduran hadisədən son dərəcə sarsıldıqlarını və bu haqda hüquq-mühafizə orqanlarını xəbərdar etdiklərini bildiriblər.
Məlumata görə, rayonun Kirəvud kənd sakini, 2003-cü il təvəlüdlü, 11-ci sinif şagirdi 1961-ci il təvəlüdlü Kirəvud orta məktəbinin rus dili müəllimindən 5 aylıq hamilədir. Bildirilir ki, qız hələ 7-ci sinifdə oxuyanda müəllim ona göz qoyub və o, sinifdə şagirdlərin gözü qarşısında dəfələrlə seksual hərəkətlərə məruz qalıb. Sinifdə baş verən xoşagəlməz hadisələr haqda şagirdlərin bəziləri evdə valideynlərinə məlumat verib. Bundan əlavə isə məsələ ilə məktəb rəhbərliyinin məlumatlandırımasına baxmayaraq, o, müxtəlif bəhanələrlə bu hadisəni ört-basdır edib.
Qaynarinfo bununla bağlı araşdırma aparıb. Kirəvud kənd icra nümayəndəsi Şəfiq Əliyev 11-ci sinif şagirdinin hamilə olduğunu təsdiqləyib:
"Hadisənin nə dərəcədə doğru olub-olmadığını və necə baş verdiyini istintaq deyəcək. Hazırda iş istintaq orqanlarındadır. Yekunda hər şey məlum olacaq. Qız hamilədir və o rus dili müəllimi tərəfindən zorakılığa məruz qaldığını deyib. Amma onun həmin müəllim tərəfindən zorakılığa məruz qalması sübuta yetirilməyib. Çünki qız hər dəfə bir ittiham irəli sürüb. Dərs prosesində baş verməsi ilə bağlı şayiələr danışılır. Belə bir hadisə olmamalıydı. Həm kəndin, həm də rayonun adına utanc gətirən hadisədir. Arzuolunmaz və böyük biabırçılıqdır. Əgər bu, təsdiqini taparsa, kənd camaatı bunu qəbul etməyəcək. Yəqin ki, ondan sonra həmin müəllimin kənddə yaşaması sual altında olacaq. Kimin bu məsələdə əli varsa, cəzasını alacaq".
Kirəvud kənd orta məktəbinin müəllimlərindən biri də hadisəni təsdiqləyib:
"Qız hamilədir. Hazırda qız 11-ci sinifdə oxumalı idi. Amma o 9-cu sinifdə bizim məktəbdən çıxıb. Təhsilini davam etdirmək üçün qonşu kəndə getməli idi. Lakin getmədi. Hazırda iş istintaqdadır. Qız Kirəvud kənd orta məktəbinin rus dili müəllimi tərəfindən hamilə qaldığını deyib. Həmin müəllim ailəlidir, 3 uşağı var".
Kirəvud tibb məntəqəsinin rəhbəri Akif Nəciyev də hadisəni təsdiqləyib:
"Mənə müraciət olunmayıb. Amma məsələdən xəbərdaram. İş polisdədir. Qız 5-6 aylıq hamilədir və xəstəxananın doğum şöbəsində qeydiyyata götürülüb".
Lerik Rayon İcra hakimiyyətinin müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova məsələdən xəbərsiz olduğunu dedi:
"Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib. Belə hadisə olanda mütləq bizə hüquq-mühafizə orqanlarından rəsmi məktubla məlumat verilir. Məsələ araşdırılacaq və məlumat veriləcək".
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Azərbaycan Respublikasında 57 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.
Ümumilikdə, ötən dövr ərzində ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, yeddi nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilmiş, 5 şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, daha 3800 nəfər cərimə olunub, 1 nəfərə isə xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
Nazirlikdən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Bərdə rayonu Göyüşlü bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində iydə ağaclarının kəsildiyi və təbiətə 4 810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı Göyüşlü bələdiyyəsi barəsində akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.
Apa xəbər verir ki, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E. Əliyev və Y. Əliyevin üzərilərinə benzin tökərək onları yandırıb.
İlkin məlumata görə, E. Əliyev və Y. Əliyev A. Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlədiblər.
Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək E. Əliyev və Y. Əliyev üstünə töküb, daha sonra alışqanla onları yandırıb.
E. Əliyev və Y. Əliyev qardaşları Ağcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, daha sonra isə Bakıdakı Yanıq Mərkəzinə köçürülüblər.
Hadisə zamanı Amil Əmrahov özü də yanıq xəsarətləri alıb, Aftandil Əmrahov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Report xəbər verir ki, hadisə rayonun Abulbəyli yaşayış massivində qeydə alınıb.
Belə ki, rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.
A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. O, mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı A.Sultanov əlinədi bıçaqla E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. E.Mehdiyev A.Sultanovun əlindən qaçaraq rayonun Ə.Cavad küçəsi istiqamətində qaçıb.
Səhər saatlarında E.Mehtiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.
A.Sultanov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.