Sumqayıtda yol polisi əməkdaşı qəza törətdi, özü və həyat yoldaşı xəstəxanalıq oldu
Sumqayıtda yol polisi əməkdaşı idarə etdiyi avtomobili yol kənarındakı ağaclara çırpıb.

APA bildirir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. 

Belə ki, sürücü 1985-ci il təvəllüdlü İsa Hüseynov idarə etdiyi “Priora” markalı avtomobilin idarəetməsini itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaclara çırpıb. Qəza nəticəsində sürücü və həyat yoldaşı 1987-ci il təvəllüdlü Fərqiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. F.Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, İ.Hüseynov Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşıdır.

Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - Operativ Qərargah
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bakıda zəncirvari qəza
Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən "verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Babək və Qara Qarayev prospektlərinin kəsişməsində qeydə alınıb.

Həmin ərazidəki körpünün üzərində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən hazırda qeyd edilən hissədə nisbətən sıxlıq müşahidə olunur.

Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb

Abşeron yarımadasında koronavirusa yoluxanların sayı məlum olub.

 "Koronainfo.az" xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri (40,2%) Bakı şəhərindədir.

Bildirilib ki, onların əksəriyyəti paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23) və Nərimanov (19) rayonlarındandır.

 

Koronavirus paytaxtın Xətai (13), Səbail (10), Qaradağ (9), Sabunçu (7), Suraxanı (5), Xəzər (3), Pirallahı (2) və Nizami (2) rayonlarında da qeydə alınıb.

Eyni zamanda Bakıda daha 6 yoluxma faktı var. Ancaq onların qeydiyyatı qeyri-müəyyəndir. 

Bundan başqa, Sumqayıt şəhərində 7, Abeşron rayonunda isə 9 koronavirusa yoluxma halı qeydə alınıb. 

Qeyd edək ki, indiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub. Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib. Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.

Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu
Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərdə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4 321 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar
Bakıda itin gözlərini çıxarıb küçəyə atdılar.

Oxu.az xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb.  

Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil.  

Xatırladaq ki, bir müddət əvvəl daha bir itin gözləri çıxarılıb, cinsiyyət orqanı kəsilmişdi.  

Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. 

Azərbaycanda daha 41 nəfər koronavirusa yoluxdu
“Martın 31-dən saat 00:00-da koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı növbəti tədbirlər həyata keçirilib. Vətəndaşların özünütəcrid üçün şərait yaradılıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda əlavə 41 yoluxma var: 

“Səkkiz nəfərin vəziyyəti ağırdıR, 11 orta ağırdır və digərlərinin vəziyyəti stabildir”.

Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı
"Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılmışdır".

Daha bir rayonda koronavirus TAPILDI
Zaqatala rayonunun Gözbarax kəndində koronavirusa yoluxma faktı qeydə alınıb.

Rayon xəstəxanasından "Ölkə.Az"a verilən məlumata görə Bakıda işləyib rayona qayıdan bir ailədə koronavirus əlamətləri aşkar edilib. Həmin şəxslər Balakən rayon xəstəxanasına yerləşdiriliblər.

Keçmiş polis rəisi koronavirusa yoluxdu — VİDEO
Ölkədə koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artmaqda davam edir. Təkcə ötən gün daha 43 nəfərdə bu virus tapılıb.
Virusa yoluxanlar arasında Füzuli rayonunun keçmiş polis rəisi Bünyad Məmmədov da var. Qarabağ müharibəsinin iştirakçısı olan B. Məmmədov qızdırma hiss etdikdən sonra dərhal təcili yardıma müraciət edib.
72 yaşlı keçmiş rəis təkadamlıq palatada müalicə olunur. O, AzTV-yə müsahibəsində əhaliyə müraciət edərək dövlət tərəfindən qoyulan tələblərə əməl etməyə çağırıb.

Xəbər lenti