Polis avtoxuliqanlıq edən gəncləri bu görüntülərə görə saxladı
Şəmkir polisi rayon ərazisində avtoxuliqanlıq edən iki nəfəri saxlayıb. Onların sürücülük hüququnun olmadığı ortaya çıxıb.

 Xəzər TV xəbər verir ki, avtoxuliqanlıq edən şəxslər saxlanıb.

Əməliyyatı Şəmkir polisi keçirib. Rayon sakini, 22 yaşlı Elnur Teymurlu idarə etdiyi minik avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq edib.

Onun bu hərəkətləri də video görüntüyə alınıb. Aparılan araşdırma zamanı sükan arxasındakı Elnur Teymurlunun sürücülük hüququnun olmadığı ortaya çıxıb.

19 yaşlı Əli Alıyev isə Şiştəpə kəndində avtoxuliqanlıq edib. Onun da minik avtomobili ilə kəndin ərazisində avtoxuliqanlıq etməsi video görüntüyə alınıb.

Əli Alıyevin sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi müəyyən edilib. Hər iki gənc saxlanıb.

Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Bakıda iki il əvvəl 2 nəfəri bıçaqlayan şəxs HAKİM QARŞISINDA
Bakıda iki nəfərə ağır xəsarətlər yetirməkdə təqsirli bilinən Maxsud Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

İş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Nəsimi rayonunda baş verib.

Alı Mustafayev küçəsindəki 10 nömrəli binanın qarşısında naməlum şəxs 1983-cü il təvəllüdlü Cəlilabad sakini Babayev Bəhruz Əvəzağa oğluna və 2001-ci il təvəllüdlü Şamaxı rayon sakini Heybətov Fəxri Şahin oğluna bıçaq zərbələri endirməklə ağır xəsarət yetirib.

Hadisə yerindən yayınan şəxsin müəyyən olunması və axtarışı üçün müvafiq tədbirlər görülüb. M.Məhərrəmov saxlanılaraq məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman "Mercedes" markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda baş vermiş qəza və piyadavurmaların ŞOK görüntüləri  - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə Avtosfer.az bu istiqamətdə birgə fəaliyyətini davam etdirəcək

Təəssüf ki, günümüzün bəlası olan yol qəzaları hər gün can almaqdadır. Ən müxtəlif səbəblərdən yarana biləcək qəzalardan qorunmaq üçün maarifləndirici tədbirlər həyata keçirilsə də bu bəlanın qarşısını almaq çətindir. Lakin Avtosfer.az olaraq gündəlik qəza və piyadavurmaların videolarını təqdim edirik. Bunlardan bəziləri hətta illər öncə baş verib.

Lakin təəssüflə qeyd etmək lazımdır ki, yollar, avtomobillər dəyişsə də qəzaların mahiyyəti dəyişməyib.

Bütün bunlara baxmayaraq təqdim etdiyimiz görüntülərin insanlar üçün qismən də olsa faydalı olacağını düşünürük.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə Avtosfer.az bu istiqamətdə birgə fəaliyyətini davam etdirəcək. Növbəti qəza və piyadavurma videolarından ibarət sosial çarxı təqdim edirik:

 

Taksi sürücüsü "parkovşiki" belə vurdu - BAKIDA REAL VİDEO
Sürücü vurduğu adamı danlayıb

Bakıda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Yol-xeber.az xəbər verir ki, 90 PB 069 dövlət nömrə nişanlı, üzərində taksi nişanı olan avtomobilin sürücüsü geriyə doğru hərəkət edir. Bu vaxt yolda dayanan şəxsi vurur. Xəsarət böyük olmasa da şəxs yıxılır. Sürücü avtomobildən düşərək yıxılan piyadanı danlayır. 

Qeyd edək ki, vurulan şəxs ərazidə parkinq xidməti göstərən nümayəndədir. 

Görüntüləri təqdim edirik:

 

 
Kosmetik məhsulları avtomobildə gizlədərək keçirməyə cəhd etdi - FOTO
Faktla bağlı araşdırma aparılır.

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Ford Fusion" markalı avtomobil saxlanılıb. Yol-xeber.az-ın məlumatına görə yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa oturacaqlarının alt hissəsində, yük yerinin sol tərəfindəki boşluqda vəsalonun nəfəslik hissəsində gömrük nəzarətindən gizlədilən 708 ədəd müxtəlif adda kosmetik məhsullar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 
Bayılda “avtoşlar” yenidən baş qaldırıb: DYP-nin diqqətinə - VİDEO
Əvvəllər də adıçəkilən ərazidə analoji hallar baş verirdi

Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində avtoxuliqanlar yenidən baş qaldırıb. Yol-xeber.az xəbər verir ki, hər gün gecə saatlarında "Gülüstan" sarayının və Dağüstü parkın ətrafında müxtəlif təhlükəli hərəkətlər edirlər. Eyni zamanda işıq cihazlarının biri olmayan (kor maşın), konstruksiya dəyişikliyi edilmiş, yük yerinə daş və qum yığılmış "VAZ" markalı avtomobil sürücüləri aşkar şəkildə ictimai aşayişi pozur.

Maraqlıdır ki, bu maşınlar həmin əraziyə necə gəlirlər? Yol polisindən hansı formada gizlənirlər? Yəqin ki, DYP bu barədə ciddi tədbirlər görəcək.

Qeyd edək ki, əvvəllər də adıçəkilən ərazidə analoji hallar baş verirdi. Amma uzun müddət idi ki, yol polisinin “avtoşlar” görünmürdü.

 

Təqdim olunan videodakı "VAZ-2107"nin qabaq işıqlarından biri yerində deyil, qabaq nömrə isə yoxdur. Avtomobilin arxası yerlə gedir, sürücü adacığın üstündə sağ-sol edib gedir.

 

Zaqatalada yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Faktla bağlı araşdırma aparılır

Martın 12-dən 13-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. 

Yol-xeber.az APA-nın şimal-qərb bürosuna istinadən məlumatına görə, Yevlax rayon Xaldan qəsəbə sakini, 40 yaşlı Seymur Məzahiq oğlu Əhmədovun idarəetdiyi “VAZ 21015” markalı minik avtomobili ilə Zaqatala rayon Qımır kənd sakini, 32 yaşlı Məcid İsmayıl oğlu Məcidovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili toqquşub.

Qəza zamanı Seymur Əhmədovun avtomobilində sərnişin qismində olan,  68 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Xeyransa Həmidova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Onun avtomobildə sıxılmış halda qalan meyitini çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib. 

 

Xəsarət alan  Məcid Məcidov, Seymur Əhmədov və Seymur Əhmədovun digər sərnişini 16 yaşlı Yevlax rayonu Xaldan qəsəbə sakini Allahverdi Paşa oğlu Həmidov  aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Zaqatalada əməliyyat keçirir
Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Zaqatalada xüsusi əməliyyat keçirir. APA-nın məlumatına görə, silahlı qruplaşma üzvlərinə qarşı keçirilən əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.
İki avtomobildən oğurluq edən şəxs saxlanılıb - Binəqədidə
Keçirilən əməliyyat tədbirləri nəticəsində

Bakının Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il fevralın 26-da və martın 3-də rayon ərazisində 2 avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Kazımov saxlanılıb.

Xəbər lenti