Bakıda 3 tələbə qızın ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Bakıda ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Yol-xeber.az"a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, ötən gecə paytaxtın Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib. Ümümi sahəsi 36 m² olan 1 otaqlı mənzildə 1 ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Nəticədə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Onların Bakıda universitetlərin birində tələbə olduqları bildirilir.

Əyləcdən istifadə etməyən sürücü avtomobilin arxasınca qaçdı - VİDEO
Xoşbəxtlikdən bu vaxt yoldan başqa avtomobil keçməyib

Türkiyənin Yozqat şəhərində yanacaqdoldurma məntəqəsinin avtomobil yuma hissəsində sürücünün əl əyləcini çəkməyi unutduğu maşın hərəkətə başlayıb.

DHA-nın məlumatına görə, sürücünün arxasınca qaçmasına baxmayaraq, çatmadığı maşın E-88 şossesinə çıxıb.

Xoşbəxtlikdən bu vaxt yoldan başqa avtomobil keçməyib.

 

Sürücünün qaçaraq izlədiyi maşın nəhayət ki, öz-özünə yol kənarında dayanıb. Yalnız bundan sonra sürücü maşınına oturaraq, ərazidən uzaqlaşıb.  

Baş verənlər yanacaqdoldurma məntəqəsindəki nəzarət kamerası tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik.

Vüqar Muradov qəzaya düşüb?
Xəbər verdiyimiz kimi, müğənni Vüqar Muradovun sosial şəbəkədə tanınmaz halda şəkli yayılıb. Sənətçinin avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı qeyd olunub.

Xəstəxanaya yerləşdirilən Vüqara təcili qan lazım olduğu bildirilib.

SİA-ya məsələ ilə əlaqədar olaraq, ifaçının özü ilə əlaqə saxlayıb, xəbərin yalnış və ya doğru olmasını dəqiqləşdirmək istədi. Lakin ifaçının telefonu sönlü olduğuna görə əməkdaşımız əlaqə saxlaya bilmədi.

Ailə üzvləri ilə əlaqə saxladıq. Vüqarın bacısı Könül xanım xəbərin kökükündən yalnış olduğunu bildirib: "Qardaşım sağ-salamatdır. Ona heç nə olmayıb. Hazırda ailəsi ilə birlikdə Qaxda istirahət edir.

Şəkli yayılan şəxs isə Vüqar Muradov Fikrət oğludur. Həmin şəxsin iki uşağı var. Onu da xüsusi ilə qeyd edim ki, qardaşımın avtoqəza xəbərini yayan şəxsi məhkəməyə verəcəyik".

Bərdədə qaçırılmış avtomobillə yol qəzası törədilib
Faktla bağlı araşdırma aparılır

Bərdədə oğulanmış avtomaşınla zəncirvari qəza törədilib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bərdənin Üzeyir Hacıbəyov küçəsində baş verib. Bərdə rayon sakini Vüaqr Əliyevə məxsus qaçırılmış “Mercedes” markalı avtomaşın zəncirvari yol-nəqliyyat hadisəsinin yaranmasına səbəb olub. “Mercedes” əvvəlcə “VAZ 2106”, daha sonra isə” Tofaş” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Tofaş"da olan şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. "Mercedes" markalı avtomobili qaçıraraq qəzanı törətməkdə şübhəli bilinən şəxs Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gəncədə iki "VAZ" toqquşdu: xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Həsənov Raul Çingiz oğlu və 1983-cü il təvəllüdlu Yolçiyev Vasif Asif oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılara dərhal lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Salyanda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb
“Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Qazel” markalı mikroavtobus anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Nəticədə Sabirabadın Muğan Gəncəli kənd sakinləri, 1971-ci il təvəllüdlü Mirzəyeva Nüşabə Nadir qızı, 1959-cuil təvəllüdlü Quliyev Faiq Yavər oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Dilbər Allahpayı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda bahalı avtomobil sürücülərinin qanunsuz hərəkəti - VİDEO
Sürücülər eyni zamanda bir neçə qaydanı pozub

Bakıda qayda pozan bahalı avtomobillərin videogörüntüsünü oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərərək ictimailəşməsini istəyib. Avtosfer.az xəbər verir ki, yanvarın 7-i paytaxtın Səməd Vurğun küçəsində hərəkət edən 90-XA-400 qeydiyyat nişanlı "Kia" markalı və 99-RR-135 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüləri yolayrıcındakı svetofor obyektinin sola əlavə bölməsində hərəkət edənlərin zolağını zəbt edərək yolu kəsiblər. Sol zolaq yalnız sola dönən avtomobillərə aid olmasına baxmayaraq sürücülər həmin zolaqdan düzünə hərəkət ediblər. 

Hətta həmin vaxt "Kia" markalı avtomobilin sürücüsü qırmızı işıqda stop xəttini tam keçərək yolayrıcına daxl olub. Qayda pozuntusu videoda öz əksini tapıb.

 

Nərminin öldürüldüyü kənddə son vəziyyət — Qatili xüsusi təlim keçmiş itlər axtarır - VİDEO
"Nərminin öldürülməsini hamı qınayır. Mən bir ağsaqqal kimi bu hadisəni vandalizm adlandırıram".

  Baku.ws xəbər verir ki, bu sözləri "İctimai" kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib.

O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır.  

Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub:

"Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub". 

Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.

İtkin düşən Xəyalə ilə bağlı — RƏSMİ AÇIQLAMA


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şəmkir rayonunda 17 yaşlı Xəyalə Həsənovanın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:

“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Yük maşını yolu bərbad hala salır - VİDEO
Yük maşını hərəkət etdikcə arxasınca palçıq tökülür

Bakıda yük avtomobilini palçıqlı halda idarə edən sürücü yolu bərbad hala salıb.Sürücü yük maşınını təkərlərinə yığılan palçıq və daşları yola tökərək idarə edib. Bu isə digər sürücülərin hərəkətinə mane olub.

Yük maşını hərəkət etdikcə arxasınca palçıq tökülür.

Avtomobilin sürəti artdıqca təkərlərin arasına yığılan palçıqla bərabər daşlar da yola düşür.

 

Görüntülər yeni günəşli qəsəbəsi abbas fətəliyev küçəsində lentə alınıb.

Yük maşını yolu digər minik avtomobilləri üçün demək olar ki, keçilməz edir.

Videonu çəkən sürücü bildirir ki, torpaq ərazidə işləyən yük maşınları bu küçədə hərəkəti mümkünsüz edir.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə bildirir ki, sürücü burda kobud qayda pozaraq yol infrastrukturuna zərər vurmaqla yanaşı, digər sürücülər üçün də təhlükə yaradıb.

Qeyd edək ki, hazırda yolda olan palçıq və daşlar ərazidən təmizlənib.

 

Xəbər lenti