![]() |
|
Şəkidə piyadanın ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Behbudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 32-ci kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Elşad Qərib oğlu Behbudov idarə etdiyi “Howo” markalı yük avtomobili ilə piyada, 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Süleyman oğlu Quliyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarəti alan S.Quliyev Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb və sağ ayağı amputasiya edilib. E.Behbudova Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Bir neçə dəqiqə öncə paytaxtın Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə prospektin əsas hissəsində (90 km/saat sürət olan hissə) baş verib. Belə ki, yolu nəzərdə tutulmayan yerdən keçmək istəyən 35 yaşlı İlqar Abbasovu polis əməkdaşının idarə etdiyi "Mercedes" markalı avtomobil vuraraq öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bakıda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, magistral yolda, günün qaranlıq vaxtında yolu keçən piyada maşın gələn istiqamətə deyil, əks tərəfə baxır. Eyni zamanda sürücü də piyadanı gec görür nəticədə qəza baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bir çox hallarda piyada məsuliyyətsizliyi qəzalara səbəb olur. "Piyadalar yolu düzgün yerdən keçmir, eyni zamanda yolu keçmə qaydalarına da riqyət etmirlər. Həmçinin sürücülər də sükan arxasında diqqətsiz olur. Nəticədə qəzalar baş verir."
Vaqif Əsədov bildirib ki, piyadavurma hadisələri yol polisini ciddi şəkildə narahat edir. "Təbliğatı çoxaltmaq, hər gün bundan danışmaq lazımdır. Düşünürəm ki, mətbuat da bu istiqamətdə yol polisinə dəstək olmalıdır."
Rusiyada 90-cı illər - avtomobil tənzimləmə, seriyalı avtomobillər ilə təcrübələr, tək və kiçik ölçülü modellərin layihələrinin tüninq dövrüdür. Maraqlı, lakin az tanınan konstruksiyalardan biri də tam ötürücülü VAZ-21099 "Samara" idi. 1996-cı ildə Tolyattinin "Metallik-Kvadro" şirkəti "Victory" adı ilə VAZ-21099 sedanının tam ötürücülü versiyasını istehsal etməyə başladı. Konsepsiyaya görə, eyni vaxtda meydana çıxan "Tarzan"dan fərqli olaraq 4x4 təkər formulu olan VAZ-2108 gövdəli bütün yollar üçün minik avtomobili idi.
Konstruksiya baxımından, tərtibatçılar velosiped ixtira etmədilər, "Samara"nın krossover variantlarında Volkswagen Golf Syncro modelindən olan hissələri ilə istifadə etdilər. Normal hərəkət rejimində avtomobil ön ötürücülüdür, ancaq sürüşmə vaxtı "viskoz" muftanın köməkliyi ilə arxa oxa avtomatik qoşulur.
"99"-un sağ ötürücüsü qısaldılmış və indi birbaşa qutu ilə deyil, güc reduktor ötürücü vasitəsi ilə qoşulmuşdur, hansı ki, öz növbəsində zəncir boyunca arxa oxa keçmişdir: "Samara"dan olan sağ ötürücü (artıq qısaldılmamış), VAZ-2101-dən aralıq valı, həmin "Samara"dan sol ötürücü, "Niva"nın ötürücülü "Golf Syncro"dan olan "viskoz" mufta və arxa reduktor.
Təbii ki, belə bir transmissiyanı belə bir ötürücü ilə "dost" etmək qeyri-real idi, buna görə də Golf, "Victory" ilə hətta bölüşdü. Belə bir konstruksiyanın yanacaq çəni bir yerə sığmadı, buna görə də arxa təkərlərədək genişlənərək 60 litrə çatdırdılar. Sedan - ailənin ən uzun avtomobili seçildi, çünki qısa heçbeklərdə belə kompromislərlə aqreqatları birləşdirmək mümkün olmayacaqdı.
"Victory" - "qoyun dərisində canavar" olaraq "Samara"dan üstün idi. Lakin dəyişdirilmənin mənbə qiymətinə ən azı 6500 ABŞ dolları əlavə etməsi səbəbindən avtomobil pərakəndə məhsul olaraq qaldı.
“Yeni Sabah xəbərinə görə, Oğuz – Qəbələ Regional Meşə İdarəsinin müdiri Qəribov İlqar Nəsrəddin oğlu və müəssisənin digər əməkdaşı Calalov İlqar Saməddin oğlu həbs olunub. Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
Onlar barəsində cinayət məcəlləsinin 259.3-cü (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanıb.
Maddənin sanksiyasında göstərilir ki, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hadisə paytaxtın Yasamal rayonu, Ş.Mehdiyev küçəsində qeydə alınıb.
Həmin yolda hərəkətdə olan "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində zərbənin təsirindən avtomobillərdən biri yolu keçən qadını vurub. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alan qadın Ədliyyə Nazirliyinin əməkdaşıdır.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan mediapost-un sorğusuna cavab olaraq bildirilib.
“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, ötən gün İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib. Bildirib ki, xəstədə çox ciddi sistemik qurd eşənəyi deyilən xroniki bir xəstəlik olub:
“Həmin xəstə uzun müddət idi ki, müalicə alırdı. Bu xəstəlik immun sistemini zədələyir və müalicəsində istifadə olunan dərman preparatları immunodepresantlardır. Yəni xəstəni müalicə etmək üçün immun sistemini zəiflədən preparatlar verilir. Ona görə də bu xəstələrdə qorxduğumuz səbəblərdən biri infeksiyalardır. Çünki xəstələrə çox pis təsir edir. Burada ölümə əsas səbəb məhz koronavirus deyil”.
Xatırladaq ki, İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü qadın ötən gün vəfat edib. Onda ciddi xəstəliklərlə yanaşı, koronavirus da aşkarlanıb.
Trend xəbər verir ki, hadisə Binəqədi rayonunda avtovağzal yaxınlığında qeydə alınıb.
Belə ki, dönmə əməliyyatını düzgün yerinə yetiməyən yük avtomobili divara çırpılıb. Nəticədə beton piltə daşıyan avtomobil yolu bağlayıb. Hadisə səbəbindən Bakı Dairəvi 1 yolundan gələn avtomobillər üçün şəhərə giriş bağlanıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Report məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.