|
Oktyabrın 24-də, saat 23:05 radələrində Yevlax-Bərdə mənzilində xəsarətlə nəticələnən hadisə qeydə alınıb. Yol-xeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, teplovoz Yevlax-Bərdə mənzilinin 31-ci kilometrində hərəkətdə olan zaman Ağdam rayonundan olan 1979-cu il təvəllüdlü Mənsurə Fərhad qızı Quliyeva və 1988-ci il təvəllüdlü Kənan Elbrus oğlu Məmmədov qadağan olunmuş yerdən dəmir yolunu keçmək istəyiblər. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Xəsarət alan Mənsurə Quliyeva Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Paytaxtın Nizami rayonu M.Şərifli küçəsində əks istiqamətə çıxan avtobus sürücüləri kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, oktyabrın 25-də qeyd etdiyimiz küçədə əks istiqamətə çıxan 106 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-MA-451 qeydiyyat nişanlı və 191 nömrəli xətt üzrə fəaliyyət gösrərən 90-VB-363 qeydiyyat nişanlı avtobusun sürücüləri qarşıdan gələn sürücülərin hərəkətini məhdudlaşdırıb. Avtobusun sürücüləri qayda pozmaqlarına baxmayaraq yoluna çıxdığı sürücüyə irad da bildiriblər. İkinci əks istiqamətə çıxan sürücü yolun əks tərəfində sərnişin düşürməklə onların həyatını da təhlükəyə atıb.
Görüntüləri sizə təqdim edirik:
Təbriz
Qaydaları pozub qəza vəziyyəti yaradan sürücü Yol-xeber.az-ın kamerasına düşüb. Belə ki, oktyabrın 23-ü Bakıxanov prospekti ilə hərəkətdə olan 10-TK-064 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü, düzünə hərəkət təşkil olunmuş zolaqdan sola- Ceyhun Hacıbəyli küçəsinə dönərkən sol zolaqdakı avtomobilə qəza vəziyyəti yaradıb. Sürücü qəzanın qarşısını almaq məqsədiylə səs siqnalından istifadə edən zaman, qaydaları pozan sürücü onun üstünə qışqıraraq haqsız şəkildə etirazını bildirib.
Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, qəza Şövkət Məmmədova küçəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı minik avtomobili dönmə əməliyyatı etmək istəyərkən Mətləb Ağakişiyevin idarə etdiyi "Ford" markalı yük avtomobili ona çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.
Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ınverdiyi xəbərə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu, Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Yevlax-Şəki yolunda yol qəzəsı baş verib.
Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaldan-Çayqaraqoyunlu yolu istiqamətində qeydə alınıb.
Belə ki, kiçiktutumlu "Ford" markalı yük maşını "VAZ 2107" markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Şəki rayon sakini Hacıyev Fədat Taleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həkim briqadası tərəfindən ona yerində tibbi yardım göstərilib. Yaralı şəkər xəstəsi olduğu üçün öz istəyi ilə Şəkiyə geri göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunda piyadanı avtomobil vurub. Yol-xeber.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “BMW” markalı minik avtomobili yolu keçən piyadanı vurub. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İsmayıllıda baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Yol-xeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Kürdmaşı kənd sakini, 1994-cü il təvəllüdlü Məcidov Tərlan Müqabil oğlu idarə etdiyi "Lada Priora" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə zamanı sürücü Tərlan Məcidov və sərnişini olan həmkəndlisi, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən T.Məcidov hazırda koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi "Hyundai Tucson" markalı 90 BM 329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10 B 619 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.