Servis mikroavtobusu aşdı: 15 işçi xəsarət alıb - FOTO

Türkiyənin Zonquldaq vilayətində mədən işçilərini daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.

Yol-xeber.az xəbər verir ki, insident bu gün səhər 06.30 radələrində Ereğil-Zonquldaq avtomagistralının Qandilli istiqamətindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ereğil rayonundan mindirdiyi mədən işçilərini, Türkiyə Daş-kömür Qurumuna bağlı Qozlu müəssisəsinə aid mədən yerinə aparan Mustafa Turxanın idarə etdiyi 67 AAU 323 qeydiyyat nişanlı mikroavtobus, naməlum səbəblərdən idarəetmədən çıxaraq aşıb.

 

Nəticədə servis sürücüsü ilə işçilər Okan B.(26), Coşqun D. (33), Məhəmməd E. (24), Ərsin Ö. (35), Hakan D. (22), Sərxan B. (33), İlyas A.(35), Qurtuluş S. (24), Tayfun Y. (26), Həmdi K. (35), Fateh D. (27), Yıldıray A. (29), Hüseyin U. (34) və Şərafəddin T. (48) yaralanıb.

Yaralılar, ambulanslarla Erğili Dövlət Xəstəxanasına və rayonda yerləşən özəl xəstəxanalara çatdırılıblar. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilib.

Polis qəzanın baş vermə səbəblərini araşdır.

 

Qatarda dəhşətli yanğın: azı 65 ölü - VİDEO (Yenilənib)
Yanğın qaz balonunun partlamasından sonra genişlənib

Pakistanın Pəncab vilayətində qatarda baş verən yanğın nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Bildirilir ki, partlayış baş verən vaqonlarda (2 ekonom və 1 biznes-klass) ümumilikdə 209 nəfər olub.

 

 

***10.10

 

Pakistanda qatarda baş vermiş yanğın zamanı azı 65 nəfər ölüb. Yol-xeber.az xəbər verir ki, insident bu gün Liakvatpur şəhərində qeydə alınıb.

Bildirilir ki, Karaçi şəhərindən Ravalpindi istiqamətinə irəliləyən qatarın vaqonlarından biri yanmağa başlayıb və alov genişlənərək daha 3 vaqona keçib.

Nəticədə azı 65 nəfər dünyasını dəyişib, onlarla insan xəsarət alıb.

“Pakistan Railways” şirkətinin nümayəndəsinin sözlərinə görə, yanğın qaz balonunun partlamasından sonra genişlənib.

Qeyd edilir ki, sərnişinlərin əksəriyyəti özlərini qatardan atan zaman dünyalarını dəyişib.

 

Nazirlik FHN əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Daxili İşlər Nazirliyi (DİN) ötən gün baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, Ü.Vəliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı olub.

Bakıda keçiddə piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb. Yol-xeber.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə oktyabrın 22-də paytaxtın Binəqədi rayon, Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbənin Natavan küçəsində yerləşən piyada keçidində Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Ş.Ələsgərovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb.

Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb.

 

Binəqədi Rayon Polis İdarəsi, Dövlət Yol Polis Şöbəsi və 6-cı Polis Bölməsinin keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1989-cu il təvəllüdlü R.Namazov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİN Yevlaxda əməliyyat keçirdi — FOTO

Yevlax rayon sakinindən narkotik maddə götürülüb.
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat məlumatı əsasında rayon sakini Cəlal Abduyev yaşadığı Havarlı kəndinin yaxınlığında polislər tərəfindən tutulub.

Onun evinə baxış keçirilən zaman 2 kiloqram 15 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı C.Abduyev barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
Prospektdə vurulan piyada öldü

Paytaxtın Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

“Yol-xeber.az” xəbər verir ki, qəza oktyabrın 29-da saat 21 radələrində qeydə alınıb. 

Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Oqtay Gülalıyevin vurulduğu an
Nəsimi rayonunda, "28 May” stansiyasının yaxınlığında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulma anının görüntüsü yayılıb.

“Yol-xeber.az” xəbər verir ki, qəza piyada zolağının üstündə baş verib.

Məlumata görə, O.Gülalıyev ağır vəziyyətdə xəstəxanaya aparılır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Ötən gün baş verən yol qəzalarında - 6 ölü, 3 yaralı - VİDEO
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabr ayının 29-dan 30-dək daxili işlər orqanlarında törədilən 19 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bakı-Sumqayıt yolunda evakuator qəzaya uğrayıb, tıxac yaranıb - FOTO
Əraziyə DYP əməkdaşları gəlib

Bakı-Sumqayıt yolunda evakuator ilə avtomobil toqquşub. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, 50-DA-813 dövlət nömrə nişanlı "VAZ 2106" avtomobil yolun ortasında idarəetməni itirib. Bu anda qarşı tərəfdən gələn 99-JP-098 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı evakuator maşını ona dəyib.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

 

Əraziyə DYP əməkdaşları gəlib.

 
Binəqədidə avtomobil 33 yaşlı kişini vurub
Faktla bağlı araşdırma aparılır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının yaxınlığında 1986-cı il təvəllüdlü Qədirov Orxan Adil oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti