![]() |
|
Bakıda qəza sıxlığa səbəb olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bir qədər əvvəl Ziya Bünyadov prospektində Çermet körpüsü adlanan yerdə (metronun “Koroğlu” stansiyası istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də hazırda prospektin həmin hissəsində sıxlıq müşahidə olunur.
"Ölkə.Az" xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Nobel prospektində yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək, digər maşına çırpılıb.
Hadisə həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.
Həmin görüntüləri təqdim edirik:
Lenta.ru-nun yaydığı xəbərə görə, onun bacısının qadınları özünə cəlb edərək pullarını mənimsəyən İsa Altəmirovla əlaqəsi olub.
Qızın meyiti çoxsaylı bıçaq yaraları ilə Maqas şəhərində yerləşən mənzildən tapılıb.
İstintaq prosesində qardaş bacısını İsa Altəmirovla əlaqəsi olduğu üçün öldürdüyünü etiraf edib.
Məlumata görə, polislər Altəmirovun evinə gələn vaxt qız da həmin evdə olub.
Xatırladaq ki, polislər Altəmirovu tutmaq istəyəndə onun hüquq-mühafizə orqanı əməkdaşlarına atdığı qumbara partlamayıb və o, özünü binanın pəncərəsindən ataraq ölüb.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.
Məlumatda bildirilib ki, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var:
“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb.
Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.
Bakının Suraxanı rayonunda yüksək sürətlə hərəkət edən avtobus qəza törədib.
Yol-xeber.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza anını əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, 113 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Yeni Suraxanı qəsəbəsində yüksək sürət səbəbindən qəza törədib.
Yüksək sürətlə hərəkət edən avtobus yolun kənarındakı səkiyə çırpılıb. Hadisə nəticəsində ölən olmayıb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də 19 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən Yol-xeber.az-a verilən məlumata görə, onlardan 2 əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 3, oğurluq üzrə 5 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən Yol-xeber.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub.
Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd “TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.
Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 19 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər dünyasını dəyişib, daha 1 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.
Bakıda kütləvi şəkildə qayda pozan sürücülərin videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, sürücülərin əksəriyyəti paytaxtın Hüseyn Cavid prospektində sıxlıq zamanı təhlükəsizlik adacığına daxil olaraq yol nişanlanma xəttinin tələbini pozurlar. Onlar qaydanı bu cür pozmaqla sıxlığı daha da artırırlar. Oxucunun göndərdiyi videodan görünür ki, sürücülər yol polisinin gözü qarşısında qaydanı pozur, lakin polis onları məsuliyyətə cəlb etmir. Sürücülər də məsuliyyətdən kənarda qaldığı üçün qaydaları kütləvi şəkildə pozmağa başlayırlar.