DİN insan alverinə dair animasiya hazırladı - VİDEO
Baş İdarənin 152 Qaynar Xəttinə zəng edin

İnsan alverinin qurbanı olmusunuzsa, 
DİN-in İnsan Alverinə Qarşı Mübarizə 
Baş İdarəsinin 152 Qaynar Xəttinə zəng edin.

 
Bakı metrosunda qatarda nasazlıq yaranıb
"Hazırda interval qrafikə uyğun şəkildə davam etdirilir"
Bakı metrosunda qatarda problem yaranıb. Yol-xeber.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə səhər saatlarında “Sahil” stansiyasından “28 May” stansiyasına hərəkət edən qatarda baş verib: "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda qəfil texniki nasazlıq yaranıb. "Qatar “28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq vaqonlar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə yeni qatar buraxılıb. Hazırda interval qrafikə uyğun şəkildə davam etdirilir".
Avtomobillə vurulan piyada xəstəxanada öldü
Binəqədi RPİ tərəfindən araşdırma aparılır

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Oğuz rayon sakini Fərrux Həmidovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Nəqliyyat şirkətindən iş axtaran xanıma iyrənc təklif - FOTOLAR
Elan saytında iş axtaran qadının başına iş gəlib

Bakıda transport şirkətinin yerləşdirdiyi elandakı nömrəyə mesaj yazan gənc qız əxlaqsız təkliflə üzləşib. Şirkətin nümayəndəsi iş axtaran qadına intim suallar ünvanlayıb, istədiyini ala bilmədikdə isə nalayiq söyüşlərlə təhqir edib.

Onların WhatsApp yazışmalarının görüntüləri sosial mediada yayılıb.

Yazışmaları sizə təqdim edirik:

 

AzNews.az 


Təmizlik Departamentinin direktoru qəzaya düşüb - FOTO
Faktla bağı araşdırma aparılır

Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru xidməti maşını ilə qəza törədib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovun idarə etdiyi "Toyota Prado" markalı xidməti avtomobil digər nəqliyyat vasitəsinə dəyərək aşıb. Qəza zamanı maşın deformasiyaya uğrayıb və idarə rəsi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağı araşdırma aparılır.undefined

 
Avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğulub - Ağdaşda
Faktla bağlı araşdırma aparılır
Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə velosipedçi, Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov su kanalına düşüb. Nəticədə o boğularaq ölüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Ağdaşda minik avtomobili yük maşını ilə toqquşdu: xəsarət alanlar var
Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yol-xeber.az-ın “Report”a istinadən məlumatına görə, Goranboy rayon sakini 1977-ci il təvəllüdlü Rauf Nəbiyev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilini içərisində mişar daşı olan, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Nəcəf Bayramovun idarə etdiyi “KamAZ” markalı yük maşınının qoşqusuna çırpıb.

Qəzada minik avtomobilinin sürücüsü və iki sərnişini (bir uşaq və bir qadın) xəsarət alıb. R.Nəbiyevə hadisə yerində ambulator yardım göstərilib.

Xəsarət alan sərnişinlər isə Yevlax şəhər Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Oğuzda yol qəzası olub, xəsarət alan var
Faktla bağlı araşdırma aparılır

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın "Report"a isitnadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon ərazisində baş verib. Belə ki, rayonun Padar kənd sakini, 1957-ci il təvəllüdlü İkram Mürvət oğlu Abdullayevin idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobil toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 62 yaşlı İ.Abdullayev Oğuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıya sol baldır oynağının çıxığı, bazu başının sınığı və sifətin sıyrıqları diaqnozu qoyulub, vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Avtomobillərdən qanunsuz pirotexniki vasitələr aşkarlanıb - FOTO
Hər iki faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ- 21074" və "Volkswagen Passat" markalı avtomobillərlə gələn Azərbaycan Respublikası vətəndaşları saxlanılıb və şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Avtomobillərə gömrük baxışı zamanı isə minik maşınının gizli saxlanc yerlərindən, ümumilikdə 1440 ədəd "EKO201E 60 PCS" yazılan pirotexniki vasitələr aşkarlanıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 
Zolaqlara sığmayan taksi sürücüsü - FOTO
Qonşu zolaqdakı avtomobilin hərəkət istiqamətini dəyişməyə məruz qoyub
Yol hərəkəti qaydasını kobud şəkildə pozaraq təhlükəli manevr edən sürücünün görüntüsü kameraya düşüb. Yol-xeber.az xəbər verir ki, oktyabrın 15-də Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində hərəkətdə olan 90-LJ-943 qeydiyyat nişanlı "Mercedes" markalı taksi avtomobilinin sürücüsü, sağ zolağa manevr edərkən qonşu zolaqdakı avtomobilin hərəkət istiqamətini dəyişməyə məruz qoyub. O, bundan sonra qarşısında dayanmış avtobusu görüb qəfildən sol zolağa yerdəyişmə edib. Bu zaman sol zolaqda düzünə hərəkət edən avtomobilə qəza vəziyyəti yaradıb.
<iframe width="500" height="300" src="https://bax.tv/player/77282.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></iframe>

Xəbər lenti