Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Ardını oxu...

2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib.

Ardını oxu...

Bakıda ərəb turistlə azərbaycanlı arasında dava baş verib.

Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.

Əraziyə mühafizə polisi cəlb olunub.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri və davaya səbəb olan şəxsin kimliyi araşdırılır.

Sözügedən videonu təqdim edirik:

Gəncə şəhər sakini güllənib.

Ardını oxu...

 

35 yaşlı kişi özünü asdı

Ötən axşam Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Ş
əhərin H.Aslanov küçəsi, ev 25-də yaşayan 35 yaşlı Orxan Tofiq oğlu Məhərrəmli özünü yaşadıqları evin həyətindəki üzüm çardağından asaraq intihar edib. Cəmi 6 gün əvvəl , iyun ayının 17-də Orxanın toyu olubmuş.

O.Məhərrəmli Sabirabad regional Toxumçuluq İdarəsində aqronom işləyirdi. Hələlik intiharın hansı səbədən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Ağstafada ölənlərin və yaralananların

Xəbər verdiyimiz kimi, Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu avtomat silahla atəş açaraq kənd sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb.

"Qafqazinfo"nun məlumatına görə, 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. Yaralananlar Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəlılüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənovdur. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, cinayətin səbəbi ailələr arasında olan qan davasıdır. Fərrux, Novruz və digər qardaş 2007-ci il ildə Elnurun atası və əmisini qətlə yetiriblər. O vaxtdan bəri ailələr arasında qan davası olub. Dünyalarını dəyişən Fərrux və Novruz bir müddət əvvəl həbsdən çıxıblar. Üçüncü qardaşları isə hələ də həbsdədir.

Elmar Əli 

 





 


Erməni hərbçi öldü

Ermənistanda hərbçinin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, gecə saatlarında Sünik ərazisində Vardqes Xaçatryanın idarə etdiyi “QAZ 3110” markalı avtomobil sürət həddini aşaraq yol kənarına düşüb. 42 yaşlı sürücü hadisə yerindəcə keçinib. Onun meyitini avtomobildən xilasedicilər çıxarıblar.

Xaçatryanın Ermənistan ordusunda müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu (MAXE) olduğu məlum olub.

Bakıda İraq vətəndaşlarının qaldığı ev qarət olunub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində baş verib.

Bakıya turist kimi gələn İraq vətəndaşı, 1982-ci il təvəllüdlü Qusay Casim Kərim polisə müraciət edərək bildirib ki, mayın 26-da onun yataq otağından masanın üstündən "Samsuna" markalı mobil telefon, onunla birlikdə qalan 1988-ci il təvəllüdlü Səfa Hüseyn Kəriminin isə mobil telefonu və şalvarının cibindən 2000 dollar oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı evinin həyətində aqrotexniki qaydada qulluq etdiyi 40 çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün böyük Azərbaycan hökmdarı, Səfəvilər İmperiyasının banisi, görkəmli şair Şah İsmayıl Səfəvinin anım günüdür.

Kult.az xatırladır ki, Şah İsmayıl 1524-cü il mayın 23-də vəfat edib. Şahın ölümü ilə bağlı müxtəlif versiyalar var.

I versiya – Çaldıran məğlubiyyəti

Onlardan biri budur ki, Şah İsmayıl Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dərin sarsıntı keçirir və bu, onun sonunu gətirir. Halbuki bəzi faktlar Çaldıran döyüşünün elə də ciddi savaş olmadığını, bundan sonra Xətainin bir sıra döyüşlərə qatıldığını, qalib gəldiyini aşkara çıxarır.

Qaynaqlarda Şahın qorxmaz, cəsur və çox güclü bir sərkərdə olduğu yazılır. Osmanlı sultanı Yavuz Səlim məktublarında Şahı əsəbiləşdirmək üçün onun qorxaq olduğuna eyham vururdu. Halbuki Çaldıran döyüşü zamanı Yavuz bir təpə başından döyüşü izlədiyi halda, Şah İsmayıl meydana atılmış, qısa zaman ərzində Osmanlının ən güclü sərkərdələri ilə təkbətək döyüşmüş və onları məğlub etmişdi. Şah İsmayılın öldürdüyü Osmanlı sərkərdələrindən biri də Malqoçoğludur. Haqqında nağıllar yazılan, filmlər çəkilən Malqoçoğlu Osmanlı ordusunun ən güclü sərkərdələrindən idi. Osmanlı mənbələri Şah Xətainin döyüş zamanı Malqoçoğlunu qılınc zərbəsi ilə iki yerə böldüyünü yazır.

Bu faktlara baxanda cəsur, dözümlü, qorxmaz Şah İsmayılın məğlubiyyət sarsıntısına görə ölməsi haqda iddialar sıradan çıxır.

II versiya - İçki alüdəçiliyi

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dini motivli dövlət qurmasına baxmayaraq, bəzi qərəzli tarixçilər Şahı, az qala, içki düşkünü kimi təqdim edirlər:

“Türkiyəli tarixçi Faruq Sümər qeyd edir ki, Şah İsmayılın “miniatürlərə görə, saqqalı taraş olunmuş, uzun bığlı, türkman üzlü bəyləri ilə gecə-gündüz içdiyini bilirik”. Tədqiqatçı miniatürlərdə əksini tapmış qabların içərisindəki içkinin məhz şərab olduğunu necə müəyyənləşdirdiyini bildirməsə də, qərəzlə iddia edir ki, “içkiyə qarşı hədsiz düşkünlüyü onun gənc yaşında həyata vida etməsində, hər halda, çox mühüm bir amil olmuşdur”.

Halbuki mötəbər mənbələr Şah İsmayılın şərab içilməsinə və sərxoşluğa qarşı mənfi münasibət göstərdiyini qeyd edirlər. İfrat eyş-işrətdən xoşlanmayan Şah İsmayıl hətta qonşu hökmdar Sultan Hüseyn Bayqaranın ona hədiyyə göndərdiyi rəqqasələr qrupunu da acıqla geri qaytarmışdı.

Dini ideologiyanı əldə rəhbər tutaraq, öz səltənətini müqəddəslik örtüyünə bürüməyə çalışan Şah İsmayıl ibadətə xüsusi fikir verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn, Samirə ziyarətgahlarında, İmam Rzanın Məşhəddəki məqbərəsində xüsusi rituallar həyata keçirdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əli məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi. Bəzi vaxtlarda isə bütün gecəni oyaq qalaraq, minacatla məşğul olurdu”.

Mənbələrdə Şah İsmayılın Həzrət Əlinin mədhinə bədahətən 35 beytlik qəsidə dediyi xatırladılır.

Daha ətraflı Axar TV-nin süjetində:

Xəbər lenti