|
Minval.İnfo-nun məlumatına görə, uyulun 17-də saat 10 radələrində Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Gəlmə kənd sakini Rasim Qəbilov həyətyanı sahəsinə suyun verilməməsinə etiraz əlaməti olaraq özünü yandırmağa cəhd göstərib.
Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb.
Report-un məlumatına görə, 1995-ci il təvəllüdlü Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında, rayonun Tatarlı kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
E.Əzizovanın nənəsi Savad Məmmədovanın dediyinə görə, 4 uşaq anası olan nəvəsinin heç bir təhsili yoxdur və onu himayəsində böyüdüb.
Nənəsi əlavə edib ki, E.Əzizovanın ailəsində problemi olmayıb:
"Bütün qohum-tanışlarından maraqlanmışıq, heç kim onu görməyib. Övladları olan 4 və 5 yaşlı həmçinin 8 aylıq olan əkiz oğlanları analarının yolunu gözləyirlər. Hətta analarının getdiyi gündən bəri normal yemək də yemirlər. Xahiş edirəm nəvəmi görənlər bizə kömək etsin."
E.Əzizovanı görənlərdən, 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmaları xahiş edilir.
Respublikanın hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.