![]() |
|
2019.01.13, 18:26
Bakıda ağır yol qəzası baş verib.
DİN-dən Axar.az-a verilən məlumata görə, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daevoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “Kamaz” markalı avtomobilə çırpılıb.
Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.
Trend-in məlumatına görə, hadisə taksidə baş verib.
Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.
O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.
Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.