|
Bakıda evdən 5000 manatlıq qızıl və məişət əşyaları oğurlanıb.
Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Sabunçu rayon Polis idarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Xalid Həsənov saxlanılıb.